www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
175
İstedad və sənətkarlıq dediyimiz vergi də elə
bundadır.
Ramiz Rövşənin ―İlyas müəllimin xatirəsinə‖ şeiri
cəmi üç kiçik bənddən ibarətdir, ancaq mən o şeiri
oxuyanda İlyas Əfəndiyevi aydın gördüm və az qala
cismani hiss etdim:
Daş atanlar az olmadı,
Bu kişinin əkdiyinə.
Sevənlərdən yaza-yaza,
Çəkildi öz təkliyinə.
Hərdən yaşla
doldu gözü,
Bir cüt gölə döndü gözü,
Hərdən elə döndü üzü –
Daş mat qaldı bərkliyinə...
Dünyayla küsüb-barışdı,
Ağ varağa könül açdı,
Qarışdı, ruhu qarışdı,
Ağ varağın paklığına.
Bunlar Ramiz Rövşənin İlyas Əfəndiyev şəxsiy-
yətində və yaradıcılığında gördükləri və bəlkə də,
gördüklərindən daha çox – hiss etdikləridir.
Ancaq hər şairin, hər sənətkarın öz baxış bucağı, öz
hisslər dünyası var. Və yəqin elə buna görə də Günay bu
kitabın adını ―Şeirə sığmayan ömür‖ qoyub və mən də bu
kiçik ön sözü belə adlandırdım.
...Günay rəssamların, heykəltəraşların İlyas Əfəndiyev
mövzusunda işlədiyi bir sıra əsrlərin reproduksiyalarını
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
176
da bu kitaba daxil edib və güman edirəm ki, poeziya ilə
rəngkarlıq həmişə olduğu kimi, bu dəfə də bir-birini
yaxşı tamamlayır.‖ ( Bax:
Yenə orada, s.17.)
―...Bu kitabın müəllifləri XX-XXI əsr şairlərimizin
müxtəlif nəsillərinə mənsubdurlar.
Süleyman Rüstəm, Mədinə Gülgün, Qabil, Hüseyn
Kürdoğlu, Vilayət Rüstəmzadə... mənim yaxşı tanıdığım,
uzun illər boyu mehriban, istiqanlı ünsiyyətdə olduğum
bu gözəl insanlar artıq Haqq dünyasındadırlar.
Gedənlərin ruhu şad olsun, qalanlara, bu gün də yazıb-
yaradanlara isə mən onların bu kitaba toplanmış
şeirlərinin səmimiyyətilə yoğrulmuş ən gözəl arzularımı
bildirirəm. Elçin, 08 iyul 2010. Bakı.‖ ( Bax: Yenə orada,
s.18.)
Biz də, bir müəllif kimi Elçin müəllimin bu səmimi,
səmimi olduğu qədər də, elmi fikirlərinə, isti arzularına
qoşularaq İlyas müəllimə həsr edilmiş bir neçə şeiri
oxucularımıza təqdim etməklə, kitabımızı süsləndirmək
istədik...
Xalq şairi Fikrət Qocanın "İlyas Əfəndiyevin
unudulmaz xatirəsinə" şeiri:
İlyas Əfəndiyevlə bağlı xatirəm çoxdu. Elə ki, yazmaq istəyirəm,
hamısı pərən-pərən düşür. Qalıram boşluqda. Nəhayət, anladım ki,
insan haqqında xatirəni onu itirdiyinə daxilən inandıqdan sonra
yazmaq asan olur. Mən İlyas müəllimin ölümünə-yoxluğuna inana
bilməmişəm. Onun yoxluğunu qəbul etməyə hazır deyiləm. Mən
xatirə yazmaq istəyəndə bu şeir yarandı:
Dağların Bəbir qadını,
Doğdu bir eşqin odunu,
Xızır İlyasın adını
Verdi əziz balasına.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
177
Bu
diyarda ömür boyu,
Xəyalında dağ çiçəyi,
Nəğmə oldu adı, soyu,
Ürəyində bulaq suyu,
Bu şəhərdən keçdi, getdi…
Zaman piyada, o atlı,
Elçin, Timuçin qanadlı
İlyas Məhəmməd oğlu.
Nə dostlarla yarışardı,
Nə də dərdin danışardı,
Öz yolunda, öz ilhamı
Bir şam kimi alışardı.
Hava tutqun, yollar çətin…
Həmişə təmiz saxladı
Öz varlığın, öz siqlətin.
Təmiz, saf bir parçasıydı
O, dağların, təbiətin.
Adı məşhur, sözü dadlı…
Elçin,Timuçin qanadlı
İlyas Məhəmməd oğlu.
Hələ bizim aramızda
Ömür sürür söz Paşası.
Dillərdə sözü-söhbəti,
Səhnələrdə tamaşası.
İlham şamı sönməyibdi,
Xatirəyə dönməyibdi.
Evdə ayaq izi isti.
Heç mürəkkəb qurumayıb,
Hələ səsi, sözü isti…
Hələ,
hələ bundan belə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
178
Ruhu, mehriban xəyalı
Üzümüzə gülə-gülə
Neçə nəvə böyüdəcək
İlyas qəlbli, İlyas adlı…
Elçin, Timuçin qanadlı
İlyas Məhəmməd oğlu.
2 oktyabr 1998.
(Bax: "Ədəbiyyat qəzeti", 2 oktyabr 1998.)
Xalq şairi Zəlimxan Yaqubun ―Köhnə kişi‖ şeiri:
(Xalq yazıçısı İlyas Əfəndiyevin ruhuna bağışlayıram)
Təzələr içində təzədən təzə,
Köhnələr içində köhnə kişiydi.
Uca
şəxsiyyəti, əsərləriylə
Tamaşa kişiydi, səhnə kişiydi.
«Bahar suları»tək axırdı dili,
Çəmən qucağında çeşmə kimiydi.
Nəsrin şeriyyəti Valeh dilində,
Bayatı kimiydi, qoşma kimiydi.
Fikrə,
düşüncəyə, zehnə, yaddaşa,
Əlvan naxışları vurdu yaşadı.
«Büllur saray»lara tamah salmadı,
Könül sarayları qurdu yaşadı.
Onun əsərələri taleyimizdi,
Hey bizdən danışdı, hey bizdən dedi.
Kamran Borçalıdan söhbət açandı,
«Şeyx Xiyabani» Təbrizdən dedi.
Onun
qələmində tariximiz də,