www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
189
çıxışı və bütün səmimiyyəti bu mərasimin demək olar ki,
ən yaddaqalan anlarından biri oldu.
Bir oxucu kimi mən zaman-zaman mütaliyə etdiyim
xalq yazıçısı İlyas Əfəndiyevin adı ilə bağlı olan bu
tədbirdə gözəl
pianoçu Şahin Növrəslinin,
eləcə də balaca
xanəndə Mirpaşanın "Qarabağ" şikəstəsini heç vaxt
unutmayacam. Ümumiyyətlə, bu gecədə iştirak edən
millət vəkilləri
Sabir Rüstəmxanlı, Nizami Cəfərov,
görkəmli söz, sənət adamları
Nəriman Həsənzadə, İlyas
Tapdıq, Fikrət Qoca, Anar, Rəşad Məcid, Nizaməddin
Şəmsizadə,
eləcə
də
dövlət
və
hökumət
nümayəndələrindən
Misir Mərdanov, Elçin Əfəndiyev,
Ədalət Vəliyev, Vaqif Əliyev, həmçinin səhnə
xadimləri Amaliya Pənahova, Azər Paşa Nemətov,
rəssamlar, bəstəkarlar İttifaqlarının sədrləri və digər
tanınmış ziyalılar yaddaqalan bir tədbirin iştirakçılarına
çevrildilər.
Tədbirin sonunda çıxış edən
Günay Əfəndiyeva
təşkilatçılara və kitabın ərsəyə gəlməsində xidməti olan
hər kəsə, eləcə də dəyərli müsafirlərə öz səmimi
minnətdarlığını çatdırdı və mən bütün bunları bilgisayara
diqtə etdikcə hələ də o səmimi mühitdən uzun müddət
ayrıla bilməyəcəyimə bir daha əmin oldum.‖ ( Bax:
―Ədalət‖ qəzeti, 2011.03.17.)
Bizim öz institutumuzun da (AMEA Nizami adına
Ədəbiyyat İnstitutu – red.) bir tədbirini xatırlatmalı
olacağıq və ―Azərtac‖ın (
04.10.2006) məlumatını olduğu
kimi təqdim edirik:
―3 oktyabr 2006-cı il tarixdə AMEA-nın əsas bina-
sında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
xalq yazıçısı, Dövlət mükafatı laureatı
İlyas Əfəndiyevin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
190
vəfatının onuncu ildönümünə həsr
olunmuş elmi konfrans
keçirildi.
Konfrans AMEA Ədəbiyyat İnstitutu və İlyas
Əfəndiyev adına Ədəbi Bədii Xeyriyyə Fondu tərəfindən
təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan AMEA Ədəbiyyat
İnstitutunun direktoru,
akad. Bəkir Nəbiyev İlyas
Əfəndiyevin elmi fəaliyyəti haqqında ətraflı məruzə etdi
və bildirdi ki, müasir Azərbaycan ədəbiyyatının böyük
bir mərhələsi məhz İlyas Əfəndiyevin yaradıcılığı ilə
bağlıdır. İlyas Əfəndiyevin əsərləri səlis, gözəl bədii
dilinə, dərin məzmununa və yüksək sənətkarlığına görə
fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun
kitablarında həm körpüsalanların çətin işi, neftçilərin
qəhrəman əməyi, müasir kəndin həyatı, həm də
Azərbaycan
ziyalıları
arasında
mənəvi-psixoloji
prosseslər inandırıcı şəkildə və dərindən əks etdirilmişdir.
O, həmçınin qeyd etdi ki, İ.Əfəndiyev dramaturgiyası
Azərbaycan səhnəsinə yeni poetik düşüncə, nəfəs və
həyat gətirdi.
Sonra s.e.d., prof.
Məryəm Əlizadə “Azərbaycan
teatrında İlyas Əfəndiyev fenomeni və zaman", f.e.d.
Məhərrəm Qasımlı
“İlyas Əfəndiyev yardıcılığında
folklor", f.e.n.
Şirindil Alışanlı “XX əsr Azərbycan
fikrinin inkişafında İlyas Əfəndiyevin yeri", f.e.n.
Vəfa
Xanoğlan “İlyas Əfəndiyev ədəbi-tənqidi görüşləri",
f.e.n.
Asif Rüstəmov “İlyas Əfəndiyev adına Bədii
Xeyriyyə Fondunun fəaliyyəti və perspektivləri" adlı
məruzə ilə çıxış etdilər.
Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar İttifaqının
sədri, xalq yazıçısı
Anar, xalq şairi, millət vəkili
Sabir