www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
179
Tarixi ən kəskin ittiham da var.
Möhtəşəm hökmdar ucalığı da,
«Məhv olmuş gündəlik», sönən şam da var.
Saçı zirvələrin qarına döndü,
Sarvantək daşıdı karvan dərdləri.
Onun qələmiylə dindi, danışdı
Qarabağ, Borçalı, Şirvan dərdləri.
Enişli-yoxuşlu həyat yolunda
Neçə dərə keçib, neçə dağ çıxıb.
Zaman sınağında təmiz, ləkəsiz,
Sənət sınağından üzüağ çıxıb.
Təzələr içində təzədən təzə,
Köhnələr içində köhnə kişiydi.
Uca şəxsiyyəti, əsərləriylə
Tamaşa kişiydi, səhnə kişiydi.
25 may 2010.
(Bax: İlyas Əfəniyev virtual muzeyi)
Şair Hüseyn Kürdoğlunun İlyas Əfəndiyevin 70
illiyinə həsr etdiyi "Yüz il yaşamağa haqqın var sənin"
adlı şeiri:
Bələyə bükəndə səni Qarabağ,
Bir qartal lələyi taxdı qundağa,
Qəlbinə od verdi halal bir ocaq,
Bir gün iməkləyib qalxdın ayağa.
Baxtını yazmışdır o dağlar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
180
Dünyanı qanlı bir tufanda gördün,
Dağlar sinə gərdi ildırımlara.
Nalə də eşitdin, hicran da gördün,
Yolun dikəlsə də sıldırımlara.
Əlindən tez tutdu bu diyar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Torpağa kök atıb, eldən güc aldın,
Sal qayalar kimi bərkidi dizin.
Tufanlar önündə göyə ucaldın,
Yaşıl yarpaq kimi açıldı sözün,
Budağın gətirdi təzə bar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Misri qılınc verib döyüşən sözə,
Yamanın, yalanın bağrını yardın.
Tamahı qul kimi çökdürüb dizə,
Büllur sarayları viran qoyardın,
Olsaydı əlində ixtiyar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Düşmədin dalınca şöhrətin, adın,
Çeşmədən durusan, aydan arısan.
Yaratmaq eşqindən sən ki, doymadın,
Baharın, gəncliyin nəğməkarısan.
Saçına yağsa da vaxtsız qar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Min il yaşamağa haqqın var sənin!
( Bax: Hüseyn Kürdoğlu. Ziyalımız -
ziyamız, Bakı, "Ozan", 1999. səh. 17.)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
181
Tanınmış şairə Firuzə Məmmədlinin ―Adın gələndə‖
şeiri:
(Xalq yazıçısı İlyas Əfndiyevə)
Sözlər əzizlənir adın gələndə,
Ey ustad, Tanrıya ucalır sözün.
Deyən arzusuna çatır qələmlər,
Həzin duyğuların açılır gözü.
«Dağlar arxasından» əl edir «üç dost»,
Dağlar – xan qızının «Büllur sarayı».
İlişib «dağlarda qalan mahnını»
Daha nə axtaraq, nə də arayaq.
Daşsın gözümüzdən «Bahar suları»,
Su deyil, qan axsın «Söyüdlü arxdan».
Nahaqca qurutduq axar suları,
Bu qanı su ilə yuduq nahaqdan.
«Üçaçılan» qınında qalıb paslanır,
«Salınan körpülər» laxlayır daha.
Cavanlar sabahı görmək istəmir,
«Qocalar geriyə baxmayır» daha.
«İşıqlı yollardan» keçdi min kərə,
«Mənim günahım»ın sınağı yoxdur.
Baxıram «Məhv olmuş gündəliklərə»,
«Qəribə oğlan»ın günahı yoxdur.
Sözlər əzizlənir adın gələndə,
Ey ustad, Tanrıya ucalır sözün.
Deyən arzusuna çatır qələmlər,
Həzin duyğuların açılır gözü.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
182
2010.
(Bax: İlyas Əfəndiyev.Wirtual muzey.)
Qocaman şair Oqtay Rzanın ―Müdrik yazıçımız İlyas
Əfəndiyevə‖ şeiri:
Yenə izdihama qoşulub mən də
Gəldim Xiyabana, İlyas müəllim!
Kaş bu sətirlərim anım günündə
Yayıla hər yana, İlyas müəllim!
Əsərlər – ədəbi sərvətin, varın,
İncisi, yaqutu çoxsaylı, min-min.
Fəxrimiz-sevimli yadigarların:
Şöhrətli Elçin, hörmətli Timuçin…
Sənətkar yaşamaz həyatdan ayrı,
Sağ olsun əhdinə sadiq qalanlar –
Coşub çağlayanda «Bahar» suları»,
Dağ çayı üstündə «Körpü salanlar».
« Natəvan» özünün gül bağındadır,
Ruhu Şuşamızın Kirs dağındadır.
Bir gözəl boylanır «Büllur saray»dan,
«Hökmdarın qızı» otağındadır.
Yoxdur yad hüceyrə türkün qanında,
Fəqət çən çoxalıb, duman sürünür;
Çağdaş ədəbiyyat, söz meydanında
Ustad, həmişəlik yerin görünür.
Dərinlik, ucalıq rəmzidir adın,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
183
Məzarın-müqəddəs, xatirən – əziz!
Möhtəşəm salnamə yaratmasaydın,
Kimə güvənərdi milli səhnəmiz?!
Yenə izdihama qoşulub mən də
Gəldim Xiyabana, İlyas Əfəndi!
Kaş bu sətirlərim anım günündə
Yayıla hər yana, İlyas Əfəndi!
29 aprel 2010.
(Bax: İlyas Əfəndiyev. Wirtual muzey)
Şair Əjdər Qiyaslının İlyas Əfəndiyevin anadan
olmasının 100 illiyi münasibətilə yazdığı yeni şeiri:
―DAHİLİK ZİRVƏSİ‖
(Zəkalar kəhkəşanında əbədi parlayan müdrik xalq yazıçısı
İLYAS ƏFƏNDİYEVİN əziz və unudulmaz xatirəsinə.)
Sən elə dağ idin zirvəsi qarlı,
Əyilən deyildin tufana, qara.
Bir ömür yaşadın qışlı, baharlı...
Sədaqət gətirdin əhdə, ilqara.
Vüqarın bənzərdi uca çinara,
Min cürə nemətli barlı bağ idin.
Zülmətə qərq olub düşsən də dara,
Kəhkəşan qoynunda çilçıraq idin.
Zəkan nur saçırdı... Hikmətin dərin,
Sənin dərdin idi xalqın da dərdi.
Can qoyub yazdığın hər bir əsərin,
Dostları ilə paylaş: |