www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
184
Ən yüksək dəyərli gövhərdi, zərdi!
Dram əsərlərin düşdü dillərə,
Oldu səhnəmizin nəcib zinəti.
İncilər bəxş etdin bizim ellərə,
Ucaltdın göylərə eşqi, sənəti.
Nurlu olsun deyə Vətənin yazı,
Canını bu yolda sən fəda etdin.
Bizə ibrət qoyub "Hökmdar və qızı"
Qəlbində Qarabağ yarası getdin.
Ömrə naxış oldu "Körpü salanlar"
Qovuşmaq eşqilə uzandı qollar.
Bulaqtək çağladı "Bahar suları",
Yetişdi kamına "İşıqlı yollar".
Sehirli bir "Mahnı dağlarda qaldı",
Doymadı kamanın, tarın səsindən.
Könüllər mülkü də xəyala daldı,
Dolmuş buludların kişnəməsindən!
"Unuda bilmirəm" - hikmət dəryası,
Bizə xatırladır keçən günləri.
Çox olur bir ömrün eşqi, cəfası...
Dünyaya göz açıb gələndən bəri.
"Dağlardan gələn səs" çağırır bizi,
Qartallı dağ kimi biz də ucalaq.
Əsla qatlanmasın igidin dizi,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
185
Hər yerdə, hər zaman qələbə çalaq!
Ömrün mənasını sərvətdə görən,
Gününü keçirir "Büllur sarayda",
Halal zəhmətinin barını dərən,
Həmişə bəxş edir xalqına fayda!
Xurşidbanu Natəvan da Şuşada,
Sənin sənətinə əydi başını.
Dedi: çox sağ ol ki, salmısan yada,
Nisgilli könlünün atdı daşını!
Zəkan işıqlıdır, hikmətin dərin,
Ömrün həm bahardı, həm də ki qışdı.
Dünyaya sığmayan şah əsərlərin
Görəsən bir ömrə necə sığışdı?!
Göylərə baş çəkən uca çinarsan,
Dəyərli töhvən var sənət bağında.
Nə qədər həyat var, həmişə varsan;
Yaradan yaşayır yaratdığında!
Yazdığın əsərlər həkk olub yada,
Öz şirin barını bağ özü yığmır.
Dünyada hər şeyi ölçmək olsa da,
Sənin böyüklüyün ölçüyə sığmır!
Sənin o mənalı ömür kitabın,
Misilsiz dəyərli gövhərlə doldu.
Sənət yollarında dözümlü tabın, -
Dahilik zirvəsi nəsibin oldu!
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
186
Adına layiqdir övladların da,
Xalqımın fəxridir alim Timuçin.
Tanınır sınanmış etibarında
Yolunu yaşadan yazıçı Elçin!
Canından çox sevdin Ana Vətəni,
Bu yurdun şöhrəti, düz ilqarısan.
Unudan deyilik heç zaman səni,
Xalqımın həmişə iftixarısan...
( Bax: ―Ədalət‖ qəzeti, 2014-06-03.)
Bu şeirlər müxtəlif üslublu, müxtəlif qələm təcrübəsi
və fərqli istedada malik şairlərimizin şeirlərindən
seçmələrdir. Hərəsinin özünəməxsus avazı, ovqatı var...
Amma, onları bir nüans şəksiz birləşdirir – İlyas
Əfəndiyev şəxsiyyətinə və sənətinə səmimi məhəbbət,
lirik münasibət, poeziyanın sarı sim üstə köklənmiş
havacatı... Hissin gözü ilə İlyas Əfəndiyev dünyasının
görünməyən tərəflərinin görüntüləri...
―Şeirə sığmayan ömür‖ kitabının təqdimatından ən
maraqlı məlumatlardan biri olan ―Ədalət‖ qəzetinin
/2011/03/17/ sayında gedən məlumat-şərh də bu sıradan
məzmun və münasibət yeniliyinə, şərh üsuluna və
deyilənlərin reallığını əks etdirdiyinə görə maraq
doğurur.
Məqalə-məlumat
“Muzey mərkəzindəki işıq”
adlanır, müəllifi də Əbülfət Mədətoğludur. Bu
tədbirdə də, İlyas Əfəndiyevin yaradıcılığı barəsində çox
görkəmli ziyalılarımızın, tənqidçilərimizin, mədəniyyət
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
187
adamlarının İlyas Əfəndiyev şəxsiyəti və yaradıcılığı
haqqında
dəyərli
fikirləri
səslənibdir.
Tədbrin
materiallarını Əbülfət Mədətoğlunun qələmindən şərhsiz
tədqim edirik:
―Dünən, yəni xalqımızın ilin son çərşənbəsini qeyd
etdiyi gözəl bayram ovqatının tonqalları hələ sönməmiş
paytaxtımızın Muzey Mərkəzində möhtəşəm bir tədbir
düzənləndi. Əslində bu tədbirdən daha çox bizlərin
Muzey Mərkəzini və bütövlükdə Azərbaycan ədəbi
ictimai fikrin zaman-zaman öz işıq selində yaşadan xalq
yazıçısı İlyas Əfəndiyevin ziyarət mərasimi idi.
Ola bilsin ki, kimsə mənimlə razılaşmasın. Düşünsün
ki, xalq yazıçımız müqəddəs bir ünvanda dəfn olunub.
Biz isə Muzey Mərkəzinə yığışmışıq. Mən də öz
növbəmdə mənimlə razılaşmayanlara etiraz edirəm və
qəti şəkildə bildirirəm ki, məhz həmin gün martın 16-da
saat 16:00-da Muzey Mərkəzi İlyas Əfəndiyevin işığına
bürünmüşdü və biz də bu işığın içində bu dünyadan, bu
indiki auramızdan ayrılıb o işığa qərq olmuşduq.
Əslində bizim Muzey Mərkəzində bir araya
gəlməyimizin səbəbkarı məhz İlyas Əfəndiyevin işığı idi.
Sadəcə bu işığı yönəldənlər var idi və biz də o yönəldilən
işığın şüaları altında Azərbaycan Mədəniyyət və Turizm
naziri Əbülfəs Qarayev cənablarının səmimi və həqiqətən
ürəkdən gələn açılış çıxışının sayəsində bir daha bildim
ki, İlyas Əfəndiyev yəni, Azərbaycanın o zamanlara
hökm edəcək böyük yazıçısı özündən sonra təkcə ədəbi
irsi yox, həm də bu irsin layiqli nəsil davamçılarını qoyub
gedibdi.
Məhz
İlyas müəllimin nəvəsi Günay
Əfəndiyevanın tərtib etdiyi, həmçinin redaktoru olduğu
"İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" kitabının
təqdimat mərasimində biz sözün bütün mənalarında həm
Dostları ilə paylaş: |