www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
163
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar İlyas
Əfəndiyevin
əsərlərinin
Azərbaycan
nəsri
və
dramaturgiyasının çox qiymətli səhifələri olduğunu
vurğulayıb. Anar bildirib ki, çap olunan miniatür kitab
İ.Əfəndiyev irsinin, Azərbaycan ədəbiyyatının rus dilində
nəşri baxımından dəyərli nümunədir.
Professor Bəkir Nəbiyev milli dramaturgiyamızda və
nəsrimizdə
lirik-psixoloji
üslubun
inkişafında
İ.Əfəndiyev yaradıcılığının xüsusi əhəmiyyətini qeyd
edib.
İ.Əfəndiyev yaradıcılığının hər zaman rəğbətlə
qarşılandığını, sevildiyini deyən xalq artisti Amaliya
Pənahova yeni kitabın gənc və gələcək nəsillər üçün
böyük töhfə olduğunu diqqətə çatdırıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
miniatür kitabın nəşrini yüksək dəyərləndirərək, ədibin
adının ədəbiyyatımız və mədəniyyətimiz tarixində əbədi
yaşayacağını söyləyib.
Yazıçı Gülrux Əlibəyli İ.Əfəndiyevin ədəbiyyatı-
mıza, milli dramaturgiyamıza yeni məzmun və forma
gətirərək, önəmli mərhələ yaratdığını qeyd edib.
Görkəmli dramaturqun milli teatrın inkişafında xüsusi
rolu olduğunu vurğulayan aktyor Əli Nur İ.Əfəndiyevin
əsərlərində cəmiyyət problemlərinin yüksək sənətkarlıqla
əks etdirildiyini dilə gətirib.
Qazaxıstanın Azərbaycandakı səfiri S.Primbetov
İ.Əfəndiyevin
pyeslərinin
onun
ölkəsində
də
səhnələşdirildiyini və maraqla qarşılandığını bildirib.
Mərhum sənətkarın oğlu, xalq yazıçısı Elçin İ.Əfən-
diyev irsinə göstərilən diqqətə görə minnətdarlığını ifadə
edərək, miniatür kitabın nəşrini ədibin biblioqrafiyasında
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
164
nadir hadisələrdən biri kimi qiymətləndirib.‖ (Bax:
AzərTac-ın xronikası.)
Bu cür informasiyalarda müxtəlif sənət adamlarının
olduqca maraqlı fikir və mülahizələri var ki, bunu
nəzərdən qaçırmaq mümkünsüzdür...
İlyas Əfəndiyevin yaradıcılıq diapozonunu və
şəxsiyyətinin monumentallığını göstərən, onun haqqında
tərtib edilən digər əsərlərdən biri də, yazıçının vəfatından
sonra nəşr edilən ―Sən həmişə bizimləsən‖ (Bakı,
"Gənclik", 1999. – 392 səh.) xatirələr kitabıdır.
Kitabı
Dilsuz və Abid Tahirli tərtib etmişlər, redaktoru Dilsuz,
nəşriyyat rekdaktou Tahirə Muxtarovadır.
Bu kitab da ədəbi-mədəni ictimaiyyət tərəfindən
böyük maraqla qarşılanıb, təqdimat mərasimi keçirilibdir.
Bu mərasimlər haqqında məlumatlarda oxuyuruq:
"1999-cu il, oktyabrın 6-da Azərbaycan Elmlər Aka-
demiyasının
Nizami
Gəncəvi
adına
Ədəbiyyat
Muzeyində sənət adamlarının, ədəbiyyatşünas və yazı-
çıların, rejissor və aktyorların unudulmaz xalq yazıçısı
İlyas Əfəndiyevin ömür yolundan, yaradıcılığından,
müasir
Azərbaycan
ədəbiyyatının
inkişa-fında
xidmətlərindən bəhs edən məqalələrinin, xatirələrinin
toplandığı "Sən həmişə bizimləsən" kitabının təqdimat
mərasimi keçirilmişdir.
"Bəstəkar Süleyman Ələsgərov öz çıxışında ("Sən
həmişə bizimləsən" kitabının təqdimat mərasimində -
tərt.) bildirdi ki, İlyas Əfəndiyev mədəniyyətimizin,
ədəbiyyatımızın üfüqündə sönməz ulduz kimi əbədi
olaraq parlayacaqdır. O, xalqın məhəbbətini qazanan,
mənalı ömür yaşamış dramaturq-yazıçı, vətəndaş kimi öz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
165
missiyasını yerinə yetirib dünyadan köçmüşdür." (Bax:
Pərvanə Sultanova. "Xalq qəzeti", 7 oktyabr 1999.)
"Sən həmişə bizimləsən" kitabı haqqında məqalə
yazmış müəlliflər görkəmli sənət adamlarının İlyas
Əfəndiyev haqqında fikirlərini nümunə gətirir və yazırlar:
"Bunlar gəlişigözəl ifadələr yox, 20 əsəri səhnədə uğurla
tamaşaya qoyulmuş, istedadlı aktyor və rejissorlar
nəslinin yetişdirilməsində misilsiz xidmətlər göstərmiş,
Azərbaycan ədəbiyyatı kimi zəngin bir xəzinədə "İlyas
Əfəndiyev məktəbi" yaratmış bir yazıçının əməyinin
tutarınca qiymətləndirilməsi üçün diqqətlə, məsuliyyətlə
seçilən sözlərdir." (Bax: Ramiz Bilalov, Mirəvəz
Rəhimov. ("Ad günü" qəzeti, noyabr 1999.)
Başqa bir məlumatda bildirilir:
― İlyas Əfəndiyevin vəfatının dördüncü ildönümü
münasibətilə görkəmli ziyalılar, mədləniyyət, elm,
incəsənət xadimləri Fəxri Xiyabanda böyük sənətkarın
məzarını ziyarət etmiş və mitinq keçirmişlər. Mitinqdə
Yazıçılar Birliyinin sədri Anar, Mədəniyyət naziri Polad
Bülbüloğlu, xalq artistləri Bəsti Cəfərova, Ramiz
Məlikov, xalq şairi Qabil, əməkdar incəsənət xadimi
Azərpaşa Nemətov, "Ədəbiyyat qəzeti"nin baş redaktoru
Ayaz Vəfalı və sonda yazıçının oğlu, xalq yazıçısı,
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin
çıxış etmişlər.
Mərasim Milli Akademik Dram Teatrında davam
etmişdir.
Hollda
İlyas
Əfəndiyevin
həyat
və
yaradıcılığından bəhs edən sərgi açılmışdır. Sonra Əmin
Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı" kitabının
təqdimatı olmuşdur. Təqdimat məclisini akademik Bəkir
Nəbiyev aparmışdır. Ədəbiyyatşünas Vaqif Arzumanlı,
teatrşünas İlham Rəhimli, Bəstəkarlar İttifaqının birinci
Dostları ilə paylaş: |