Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə50/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
154 
(relyativ) zaman, fərdi zaman, mücərrəd zaman. Paradoks 
elə  burdan  başlayır  ki,  bütün  bu  sadalanan  anlayışlar  bir 
sözdə - hamının rahatca istifadə etdiyi Zaman, vaxt söz-
anlayışında  birləşir.  İstənilən  sənət  fenomenini  məhz  və 
yalnız Zaman anlayışını paradoks kimi qəbul edəndə cüzi 
də olsa, anlamaq mümkün olur.  
...Nəzərə  alınsa  ki,  "paradoks"  sözünün  lüğəti  mənası 
ilk baxışdan qəribə olan nə isə deməkdir, aydın olmalıdır 
ki, İ.Əfəndiyev irsinə bu rakursdan yanaşma da yalnız ilk 
baxışdan qəribə kimi dəyərləndirilə bilər.  
İ.Əfəndiyevin dramaturji əsərlərinin adlarına müraciət 
edib,  onları  təklif  olunan  rakursdan  analiz  etmək 
kifayətdir  ki,  irəlidə  açılan  yeni  məzmunların  məna 
tutumunu  açıq  görək.  Misal:  "Sən  həmişə  mənimləsən" 
və  yaxud  "Boy  çiçəyi"  (əbədi  zaman),  "Məhv  olmuş 
gündəliklər"  (yazıya  həkk  edilmiş  günlər),  "Unuda 
bilmirəm"  (yaddaş  zamanı),  "Bizim  qəribə  taleyimiz" 
(mistik  zaman),  "Atayevlər  ailəsində"  (nəsillər-zaman), 
"Sevgililərin  cəhənnəmdə  vüsalı"  (infernal  (o  tay) 
zaman), "Büllur sarayda" (dondurulmuş zaman) və s. 
...İ.Əfəndiyevin ədəbi istedadının genetik kökləri milli 
ədəbiyyatın 
ən 
dərin 
qatlarından 
"şirələnərək" 
institusional mədəniyyətin faktı olan teatr sənətinin ədəbi 
əsasına,  dramaturgiyaya  hikmətli  sözün  enerjisini 
ötürməyə  müvəffəq  oldu.  XX  əsrin  II  yarısında  yaşayan 
soydaşlarımız 
İ.Əfəndiyevin 
səhnədən 
söylədiyi 
monoloqları dinlədi, düşündü, əxz etdi. Bu monoloqların 
mənəvi  əhatə  dairəsində  formalaşan  dramaturgiyamızın 
yeni  nəsli  öz  yaradıcılıqları  ilə  inkişaf  prosesinin 
dialektikasını təsdiqləmiş oldu. Mədəniyyətimizin zaman 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
155 
zəncirbəndinin  qırılmazlığını  məhz  bu  cür  münasibət 
təmin edir.‖ (Bax: Yenə orada.) 
Ədibin  ümumən  yaradıcılığı  bu  dediklərimizi  parlaq 
surətdə  təsdiq  etməkdədir.  Bu  baxımdan  sözü  gedən 
əsərlərinin bir cəhətinə diqqəti cəlb etməyi lazım bilirik. 
Onun  hekayə,  povest  və  romanlarının,  dram  əsərlərinin 
―zaman zəncirbəndinin‖ qırılmaz bəndi olan müasirliyidir 
ki,  bu  müasirlik  heyrətamizdir  və  gətirdiyimiz  ədəbi-
tənqidi faktlar da, bunu dönə-dönə qeyd etmişdir. 
 Düzdür,  bu  əsərlərin  yazıldığı  illər  arasındakı  fərq 
xronoloji  baxımdan  о  qədər  də  çox  deyil.  Lakin  nəzərə 
almaq  lazımdır  ki,  bu  illər  ərzində  vətənimizdə  köklü 
tarixi-ictimai  hadisələr  baş  vermiş,  Azərbaycanda 
müstəqil  demokratik  dövlət  qurulmuş,  ədəbi  irsə 
münasibətdə  yeni, obyektiv meyarlar bərqərar olmuşdur. 
İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə 
məhz ədəbi milli-mənəvi dəyərlər,  yüksək bəşəri ideallar 
işığında təqdimindən və tərənnümündən ibarətdir. Və bu 
cəhət  onun  yaradıcılığının  müasirlik  meyarı,  müasirlik 
kredosudur... 
Bu  baxımdan,  dəqiq  müşahidədir:  ―İlyas  Əfəndiyev 
qədər  teatr  sənətinə  məhəbbət  yaradan  ikinci  bir 
dramaturq  yoxdur.  İlyas  Əfəndiyev  Şekspir,  Şiller, 
Servantes 
kimi 
Azərbaycan 
xalqının 
ölməz 
dramaturqudur.  Onun  əsərləri,  pyesləri  hər  zaman 
aktualdır. Yetər ki, o pyeslər olduğu kimi səhnəyə gəlsin. 
İlyas  Əfəndiyevin  ideyasına  toxunmaq  bəşəri  ideyaların 
üstündən xətt çəkmək deməkdi.‖ (Bax: Vidadi Hüseynov. 
Bu günün İlyas Əfəndiyevi. ―525-ci qəzet‖, 03.10. 2012.) 
İlyas  Əfəndiyevin  qələmindən  çıxmış  əsərlərin 
unikallığı da elə burada üzə çxır ki, ədəbi tənqidimiz bu 
cəhəti  həmişə  yüksək  dərəcədə  qiymətləndirmişdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
156 
Ədibin  bütün  yaradıcılığı  boyu  vaxtaşırı  müraciət  etdiyi 
və  gözəl  nümunələrini  yaratdığı  hekayələri,  povestləri, 
romanları,  peyslərindən  ―Atayevler  ailəsi‖,  ―Sən  həmişə 
mənimləsən‖,  ―Məhv  olmuş  gündəliklər‖  kimi  hər  biri 
səhnə  sənətimizin  tarixində  hadisəyə  çevrilən  pyesleri, 
―Xurşidbanu Natəvan‖ kimi tarixi dramı , ―Söyüdlü arx‖, 
―Geriyə  baxma,  qoca‖,  ―Sarıköynəklə  Valehin  nağılı‖ 
təkin  çox  populyar  romanları  həmişə  ədəbi  tənqidin 
M.Arif, Məmməd Cəfər, Bəkir Nəbiyev, Yaşar Qarayev, 
İnqilab  Kərimov,  Məriyəm  Əlizadə,  Akif  Hüseynov, 
İlham  Rəhimli,  Nizaməddin  Şəmsizadə,  Vaqif  Yusifli, 
Şirindil  Alışanlı  kimi  tənqidçilərin,  ədəbiyyatşünasların 
diqqət mərkəzində olmuş, onlar bu əsərlərin bədii-estetik 
məziyyətlərini 
yüksək 
dərəcədə 
açmış 
və 
qiymətləndirmişlər.  
Qeyd  etdiyimiz  kimi,  İ.Əfəndiyevin  yaradıcılığı 
Azərbaycan  ədəbi  tənqidinin  və  sənətşünaslarının  daim 
diqqət  mərkəzində  olmuşdur.  Onun  həyat  və  yaradıcılığı 
haqqında  az  yazılmamışdır.  Ədəbi  tənqid  heç  vaxt 
İ.Əfəndiyev  yaradıcılığına  qarşı  laqeyd  olmamış  və 
susmamışdır. Ədibin nəşr olunan hər bir yeni kitabı, dərc 
edilən  təzə  əsəri,  tamaşaya  qoyulan  hər  bir  pyesi  ədəbi 
tənqid  və  ictimaiyyət  tərəfindən  maraqla  qarşılanmış  və 
yüksək qiymətləndirilmişdir. 
Dediyimiz  kimi,  Əkbər  Ağayevin  ədibin  «Kənddən 
məktublar»  kitabına  yazdığı  resenziyası  ilə  başlanan  bu 
proses  sonralar  müvəffəqiyyətlə  davam  etmiş,  İ.Əfən-
diyev  haqqında  çoxlu  məqalələr,  teatr  tamaşalarına  külli 
miqdarda 
resenziyalar, 
kitablar, 
namizədlik 
dissertasiyaları yazılmışdır.  


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə