www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
149
qoyulmasından on illər keçməsinə baxmayaraq öz fikri-
bədii təravətini həmişə qoruyur, oxucu və tamaşaçıların,
tənqidçi və tədqiqatçıların yeni-yeni nəsillərinin mənəvi
dünyasında və ədəbiyyatımızın tarixində öz şərəfli
mövqeyini qoruyub saxlayır. Elə bu ədəbi-bədii
keyfiyyətlərinə görə İlyas Əfəndiyev yaradıcılığının
tanınma və yayılma coğrafiyası olduqca geniş və
əhatəlidir. Bu proses hələ sovet dövründən başlamış,
respublikamızın müstəqillik illərində isə daha da
güclənmişdir. Ədəbi tənqidin nəzərindən İlyas Əfəndiyev
irsinin bu populyarlığı da yayınmamışdır.
Bu barədə ikicə
faktı xatırlatmaqla kifayətlənirik.
Ədəbiyyatşünas, şair-tənqidçi, filologiya elmlər
doktoru Qasım Qasımzadə keçən əsrin 80-ci illərində
İlyas Əfəndiyevin ―Söyüdlü arx‖, ―Dağlar arxasında üç
dost‖, ―Sarıköynəklə Valehin nağılı‖, ―Üçatılan‖, ―Geriyə
baxma, qoca‖ kimi əsərlərindən söz açaraq, onu da
xatırladırdı ki, ―nasirin ən gözəl povest və romanları
qardaş (?! – red.) sovet xalqlarının – Ukrayna, gürcü,
erməni, eston, litva, latış, özbək və b., eləcə də dünyanın
– ingilis, fransız, alman, ərəb, macar, polyak, bolqar, çex,
slovak və b. dillərində nəşr edilmişdir.‖ (Bax: Qasımzadə
Q. Tarixə müasir baxışın yeniliyi. ―Ədəbiyyatımız,
mənəviyyatımız‖ kitabı, Bakı, Yazıçı, 1988, s.234.)
Filoligiya elmlər doktoru, professor, teatrşünas- tən-
qidçi Məryəm Əlizadə isə İlyas müəllimin əsərlərinin
Türkiyə Cümhuriyyətində nəşri münasibətilə bu faktları
yenidən oxuculara xatırladır: ―Ən önəmlisi budur ki,
onun əsərləri yalnız Azərbaycan oxucularına və
seyrçilərinə
yox,
həmçinin
dünya
xalqlarının
ədəbiyyatsevər nümayəndələrinə də yaxşı məlumdur.
Müəllifin nəsrinin və dramaturgiyasının əcnəbi dillərə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
150
tərcümə tarixi keçən əsrin 50-ci illərindən başlayır. İlyas
Əfəndiyev yaradıcılığının işığını, poetikasını, bədii-
estetik siqlətini, İlyas Əfəndiyev dünyasının mənəvi
parametrlərini bütövlükdə özündə əks etdirə bilmiş ən
bariz, xarakterik örnəklər ingilis, rus, alman, tacik, ispan,
fransız, çex, eston, slovak, litva, gürcü dillərində nəşr
olunmuşdur. Hətta kumık ədəbiyyatında da İlyas
Əfəndiyevin tərcümə edilmiş əsərləri özünə layiqli yer
almışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra isə İlyas
Əfəndiyev sözün əsl mənasında dünya masştabında,
dünya çapında tanınan bir yazar, bir dramaturqdur. Odur
ki, İlyas Əfəndiyevin əsərlərinin türkcə nəşri Azərbaycan
milli mədəniyyəti üçün son dərəcə əhəmiyyətli bir hadisə
kimi qiymətləndirilməlidir. Azərbaycan xalqının ədəbi-
bədii irsi ilə türkiyəli oxucu arasında körpü yaratmaq
baxımından da bu addım önəmli mahiyyət kəsb edir.‖
(Bax: Əlizadə M. Azərbaycan teatrında İlyas Əfəniyev
amili. ―525-ci qəzet‖, 01.10. 2011.)
İlyas Əfəndiyev yaradıcılığının xaricdə öyrənilməsi və
tədqiqini təsdiq edən bir faktı da nəzərə çatdırmaq
istərdik. ―525-ci qəzet‖ 26.06. 2011-ci il tarixli sayında
belə
bir
məlumat
verir: ―Son illərdə klassik
ədəbiyyatımız,
folklorumuz
xarici
ölkələrin
də
ədəbiyyatşünaslarının tədqiqat obyektinə çevrilir. Bu
baxımdan xalq yazıçısı İlyas Əfəndiyevin əsərləri bir çox
xarici dillərə tərcümə olunub, onun bədii yaradıcılığı
haqqında
elmi-nəzəri məqalələr, tədqiqat işləri yazılıb.
Böyük ədibimizin yaradıcılığı Türkiyədə də geniş
yayılıb. Son illərdə qardaş ölkənin oxucuları İlyas
Əfəndiyevin türk dilində nəşr edilmiş ―Geriyə baxma,