www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
146
ədəbiyyatçı
səriştəsi
ilə
belə
ifadə
etmişdi:
―Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda
lirik əhval-ruhiyyə dəmir ağacın həyat eşqi kimi
güclüdür. Amma yaxşı ki, heç vaxt
lirikaya nə isə lirik bir
səhnə və yaxud vəziyyət yaratmaq xatirinə meyl etmir.
Onun lirikası qəhrəmanların psixoloji vəziyyəti ilə və
bilavasitə yaranmış zəruri situasiya ilə bağlı olur. (Bax:
«Sən həmişə mənimləsən» // «Ədəbiyyat və incəsənət»,
1974, 23 noyabr.)
Dramaturgiya janrının tədqiqatçısı kimi tanınan
filologiya üzrə fəlsəfə doktoru Arif Səfiyev İlyas Əfən-
diyevin nəsrində də lirik, poetik bir dramatizmin
mövcudluğundan söhbət açır: ―Yazıçının nəsr əsərlərində
psixologizmin ardıcıllığı və dramatizmin gərginliyi
poetik bir ovqat yaradır. İlyas Əfəndiyev ən kiçik
hekayələrində də dramaturqdur - obrazların fərdi
psixoloji və ictimai dramatizminin ifadəsində, onların
bir-birinə münasibətində və dərin sarsıntılarının, içəridəki
"mən" yaşantışının ziddiyyətlərinin monoloq siqlətli
daxili nitq kimi səsləndirilməsində bu özünü tam biruzə
verir. ( Bax: Səfiyev A. ―Azərbaycan dramaturgiyası
müasir mərhələdə‖, Bakı, Ozan, 1999, s.68.)
Bu cəhətdən Yusif Seyidovun, Musa Adilovun,
Əbdülhəmid Bağırovun, müasir, gənc dilçilərimizdən
Aynurə Paşayevanın fikir və tədqiqləri diqqətimizi cəlb
etdi. Aynurə Paşayeva ―İlyas Əfəndiyevin Qarabağ
mövzusundakı
dramlarının
bəzi
sənətkarlıq
xüsusiyyətləri‖ məqaləsində yazır: ―Dil – bədii
ədəbiyyatın əsas vasitəsidir. Kamil obrazlı bədii dilin
rəngarəng parıltısı, işığı, ahəngi, musiqisi olmasa, bədii
yaradıcılıqdan söhbət açıla bilməz. Onun bədii dilindəki