37
O za mankı tarixin d igər mühüm ibrət dərslərindən biri də budur ki, həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə
barışa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və iki aydan çox müddət ərzində Parlamentin iclaslarında
iştirak etmədilər. Parlamentə qatıld ıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliy inə qarşı xəyanət mövqeyindən çıxış
etdilər.
Bundan əlavə, ö lkədə ali hakimiyyəti öz ə lində cə mləşdirmiş və sayı 100 nəfə rə çat mayan Pa rla mentdə 11 fra ksiya
və qrupun fəaliyyət göstərməsi də olduqca mürə kkəb da xili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl
törədirdi. Ayrı - ayrı fraksiya və qruplar bir ço x hallarda özlərinin məhdud fraksiya və qrup mənafələrini ü mu mmilli
mənafədən üstün tuturdular. Məsələn, Parla ment in sosialist bloku "yo xsulların mənafeyin i müdafiə et mə k" pərdəsi altında,
müntəzəm o laraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplo matik
nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail o lmuş, nəhayət, Qırmızı Ordunun ölkəyə müdaxiləsinə tərəfdar
çıxmışdı ki, bu da, mahiyyətcə, Azərbaycan Xalq Cü mhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.
Digər tərə fdən, fra ksiyalararası mübarizə nəticəsində aqrar məsələ haqqında qanun lay ihtsinin ic lasdan-iclasa
örürülməsi və nəticə etibarilə qəbul olun maması da A zərbaycan Xalq Cümhuriyyətinin xalq içərisində nüfuzunu itirməsində
və süqutunda az rol oyna madı.
Bununla belə, A zərbaycan Xa lq Cü mhuriyyətinin Parla menti 17 aylıq ara ms ız və gərgin fəaliyyəti ərzində həyata
keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə
Azərbaycan dövlətçiliy i, xüsusən də parla ment mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr -1918 il mayın
27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfə r
müsəlman-türk deputatdan ibarət olan ilk Azərbaycan Parlamenti çox mühiim tarixi qərarlar qəbul etmişdir. İlk
Parlament 1918 il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və
tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi
məqamda Tiflisdə - Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycanın demokratiya və
parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu giin də öz tarixi və praktiki əhəmiyyətini
saxlamaqdadır. Milli Şura dövründd Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir.
İlk iclas 1918 il mayın 27-də Tiflisdə, son iclas — 1918 il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan
Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər
Məclisi çağırmaq şərti ilə, bütiin qanunverici və icraedici hakimiyyəti Müvəqqəti Hökumətə vermişdir. Xalq
Cümhuriyyəti Hökuməti 1918 il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz
fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası hə min il dekabrın 3-də Miiəssislər
Məclisinin - geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və özfəaliyyətini dayandırdı.
Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövriində Tiflisdə, Gəncədə və
Bakıda fəaliyyət gbstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrii 1918 il dekabrın 7-dən
1920 il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk iclas 1918 il dekabrın 7 -də, son iclas - 1920 il aprelin 27-də
keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Biitiin bu iclaslarda Azərbaycan Xalq Ciimhuriyyətinin
Parlamenti İstiqlal bəyannaməsinin miiəyyən