43
etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və
müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüq uqi-demokratik
dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə
etibarilə, hakimiyyətin üç qolunun -qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Birinci dünya müharibəsi (1914-1918) illərində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsin in
həllədic i mərhələyə da xil olduğu və ölkənin başı üzərin i yeni işğal təhlükəsin in ald ığı ço x mü rəkkəb da xili və beynəlxa lq
şəraitdə fealiyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühü m hissəsini dövlət müstəqilliyin in qorunub
saxlan masına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olun malıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun
və qərarların mü za kirəsində Parla ment üzv ləri, b ir qayda olaraq, hə mrəylik və yekd illik nü mayiş etdirirdilər.
Ço x mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan xalqın ın milli oyanışını əbədi et-
məyə ça lışan Cü mhuriyyət Hö ku məti və Parla menti elmin, təhsilin və xa lq maa rifin in, səhiyyənin inkişafın ı d iqqət
mə rkə zində saxlayırdı. Ölkənin hər yerində mü xtəlif pillədən olan mə ktəblər, gimna ziyalar, qız məktəblə ri, uşaq bağçaları,
qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yolu xucu
xəstəliklə rə qarşı mübarizə aparılırdı. Bu ba xımdan Parla mentin 1919 il sentyabrın 1-də Ba kı Dövlət Universitetin in təsis
olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımd ır. Milli universitetin açılması Cü mhuriyyət xadimlərinin
xalq qarşısında çox mühüm tarixi xid məti idi. Sonralar Azərbaycan Xalq Cü mhuriyyəti süqut etsə də, Cümhuriyyət
ideyalarının yaşamasında və xalq ımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
1991 ildə Azərbaycanın müstəqilliy i bərpa olunduqdan sonra Bakı Dövlət Un iversiteti öz tarixi missiyasını yenə şərəflə
davam etdird i və bu gün də davam etdirməkdədir (ba x Bak ı Dövlət Universiteti).
Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cü mhuriyyət Parlamenti və Höku məti, vaxt itirmədən, bu
sahədə milli kadrlar ha zırlan masının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu za man A zərbaycan Parla menti Hö ku mətin
təklifinə əsasən, 100 nəfə r a zə rbaycanlı gəncin dövlət hesabına təhsil a lmaq üçün xarici ölkə lərə göndərilməsi barədə qanun
qəbul etmişdi. Bu iş ə nə qədər böyük əhə miyyət verild iyi ondan görünür ki, Parla ment xa ricə göndəriləcək gəncləri
müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığ ı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy
Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə ko missiyası yaratmışdı. Ko missiyanın qərarına əsasən, ali təhsil
almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada
oxu maq üçün se-
44
çilmiş 13 nəfər gənc orada vətəndaş müharibəsi getdiyi üçün təhsil almağa
gedə bilmə mişdi (ba x
Xaricə təhsil almağa göndərilən azərbaycanlı
tələbələr haqqında qərar).
Azərbaycan Xalq Cü mhuriyyətinin Parla menti və Hö ku məti
ölkənin başının üstünü alan xarici müdaxilə təhlü kəsini sovuşdurmaq üçün
gənc respublikanın beynəlxa lq alə mdə tanın masından ötrü də böyük iş
aparırdı. Bununla bağlı o laraq Cü mhuriyyət Parlamenti 1918 il dekabrın 28-
də Parla mentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına
xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul et mişdi.
Cü mhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır
çətinlikləri dəf edərək A zərbaycan Xalq Cü mhuriyyətinin Paris sülh kon-
fransında iştirak edən müttəfiq dövlətlərin Ali Şurası tərəfindən de-fakto
tanınmasına nail o lsa da, 11 -ci Qırmızı o rdunun Şimali A zərbaycanı işğal
etməsilə onun bu sahədəki fəa liyyəti yarımçıq qaldı. Əlimərdan bəy Topçu-
başov və onu müşayiət edən digər Cü mhuriyyət xad imləri b ir daha vətənə
dönə bilmədilər və siyasi mühacir həyatı sürməyə məcbur oldular.
Azərbaycan
Parla mentin in
və
Cü mhuriyyət Hö ku mətinin
fəaliyyətinin ço x mühüm və daim diqqət mərkə zində duran hissəsi yaxın
qonşularla münasibətlər və sərhəd məsələləri ilə bağlı olmuşdur. Aparılan
çox gərg in işdən sonra Gürcüstanla münasibətlər nizama salındı (bax Azər-
baycan-Gürcüstan müqavilələrı). Ermən istan hökumətin in böyük ərazi
iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini isə normal
məc raya yönəltmək mü mkün olmad ı. Azə rbaycan Xalq Cü mhuriyyəti
Höku məti fəaliyyətə başladığı ilk günlərdən, real vəziyyəti nəzərə alaraq və
münasibətləri n izama salmaq məqsədilə Azərbaycanın qədim mədəniyyət
mə rkə zlərindən olan İrəvanı ermənilərə güzəştə getdi və onların "siyasi
mə rkə zi" kimi tanıd ı (1918, 29 may). La kin buna baxmayaraq, Ermənistan
Respublikası A zərbaycana qarşı yeni əra zi iddia ları irə li sürdü və qəsb-
karlıq planlarından əl çəkməd i (bax Azərbaycan-Ermənistan konfransı).
Azərbaycan Cümhuriyyəti dövründə İranla da bir sıra müqavilə və
sazişlər imzalandı və həmin sənədlər Parlamentdə təsdiq olundu. 1920 ilin martında İran Azərbaycan Xalq Cü mhuriyyətini
de-yure tanıdı (ba x Azərbaycan - İran müqavilələri).
Azərbaycan Xa lq Cü mhuriyyəti, ü mu miyyətlə, mövcud olduğu qısa tarixi dövr ərzində, son dərəcə mürə kkəb və
ziddiyyətli ta rixi şəraitdə olduqca fəa l xarici siyasət yeritdi. A zərbaycan dövləti 1920 il yanvarın 11-də Paris sülh kon-
fransında Azərbaycan haqqında xüsusi qərar qəbul edilməsinə nail oldu. Həmin qərara əsasən, konfrans iştirakçısı olan
ölkələr A zərbaycanı müstəqil dövlət kimi de-fakto tanıdılar.
Azərbaycan Xa lq Cü mhuriyyəti Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, A BŞ, Fransa, İta liya, Belç ika, Ho llan -
diya, Yunanıstan, Polşa, İsveçrə, İsveç, Danimarka, Latviya, Litva, Estoniya, Finlandiya, Ru mıniya, Almaniya, Gürcüstan,
Ermənistan, Dağlılar Respublikası, Krım və başqa ölkələrlə səfirlik və nü mayəndəliklə r səviyyəsində diplo matik
münasibətlər yaratdı, ikitərəfli və ço xtərəfli müqavilələr, sazişlər imzaladı (bax Azərbaycan Xalq Cümhuriyyətinin xaricdə
nümayəndəlikləri, Bakıda xarici diplomatik nümayəndəliklər).
Parla mentli respublika olan Azə rbaycan Xalq Cü mhuriyyəti dövründə Azərbaycanda parla mentçilik ənənələri
getdikcə möhkə mlən ir və in kişaf edir, ən müasir parla ment mədəniyyəti forma laşırd ı. A zərbaycan Xalq Cü mhuriyyətinin
mövcud olduğu dövrdə, ü mu miyyətlə, Parlamentin 155 iclası keçirilmişdir ki, bunun da 10-u A zərbaycan Milli Şurasının
(1918, 27 may - 19 noyabr), 145-i isə Azerbaycan Parla mentinin fəa liyyət göstərdiyi dövrdə (1918, 7 dekabr - 1920, 27
aprel) o lmuşdur.
Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olun muşdu.
Qanunlar qızğ ın və işgüza fikir mübadiləsi şəraitində müzakirə o lunur, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul edilirdi.
Parlament qanunlarının hazırlan ması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət
vəkillə ri iştirak ed ird ilə r.