________________Milli Kitabxana________________
Xaqani deyir: Mən "Zənd"i qələt bildiyim üçün atəşpərəst deyiləm. "Quran"ı da dərk
eləmədiyimdən məni iman əhli saymırlar.
Səh. 150.
Zöhrə - Əsəddə gövhəri, Bəhram - əlində xəncəri,
Ulduzlar olmuş ləşkəri, fəthində "Quran" görsənər.
Yəni: Zöhrə ulduzu onun (şahın) gövhəridir; Mars ulduzu (Mərrix ya Bəhram
mifologiyada buna müharibə Allahı deyilir) - silahı, ulduzlar-qoşunudur; görünür, Turanı
alacaqdır.
Səh 138.
Azdır hələ ki, rəyəti, Bolğar və Xəzran görsənər.
Bolğar - orta əsrlərdə Volqa boyu və Ural dağları ətrafinda yaşamış türk tayfalarından
birinin adıdır. Xəzran - xəzərlər, orta əsrlərdə Xəzər dənizinin şimalında Volqanın hər iki
sahilində yerləşən Bolğarlar ölkəsinin cənubunda yaşamış türk tayfalarından birinin
adıdır.
Bu misrada Xaqani deyir: görünür, şah bolğarları və xəzərləri də alıb öz dövlətinə
qatmaq istəyir.
Səh. 138.
Salsa atı bir nal əgər, Rüstəm onu şəmşir edər,
Mum alsa xatəmdən əsər, "hirzi-Süleyman" görsənər.
Rüstəm - "Şahnamə"nin məşhur qəhrəmanı. Süleyman - bütün canlılara ağalıq edən
Süleyman peyğəmbər. Onun sehirli üzüyü muma basıldıqda tilsimləri sındırarmış. Xatəm -
üzük.
Xaqani şahı mübaliğəli şəkildə Rüstəm və Süleymandan üstün tutur.
Səh .139.
Şahdır Günəş, təxti - Əsəd, çərx isə meydan görsənər.
Əsəd - şir, aslan; burada: Aslan bürcü deməkdir. Günəş bu bürcə iyul ayında girir.
Xaqani burada şahı Günəşə, taxtını Aslan bürcünə, onun hərəkət meydanını isə göyə
bənzədir. Eyni zamanda şair şahın taxta oturmasını Günəşin aslana minməsi obrazında
verməklə İran dövlətinin emblemin (Şirü xurşidə) işarə etmiş olur.
Səh. 139.
Göylər - üzəngi, at - külok, sanki Süleyman atlanıb,
Atlı - pəri, at - div kimi, qüdrətli sultan atlanıb.
Qədim əfsanələrə görə, guya külək də Süleyman peyğəmbərin ixtiyarında imiş və hər
zaman onu minib, istədiyi yerə gedərmiş.
Səh .140.
Mehdi kimi çalmış zəfər, olmuş çoban, qayğı çəkər,
Dəccaldır dövran məgər? - Qurd kimi düşmən bəsləyər.
Mehdi - xalq arasında Mehdiyi-sahibəzzaman adlanan qeyb olmuş 12-ci imamdır.
Dini xurafata görə, guya o, dünyanın axırında, yəni zülm əlindən artıq yaşamaq mümkün
olmadığı zaman zühur edəcək, dünyanı düzəldəcəkdir. Dəccal - yalançı, ziyankar bir
adam olub, guya dünyanın axırında zühur edib, özünü Mehdi adlandıracaq, lakin Mehdi
tərəfindən öldürüləcəkdir.
Xaqani burada şahı Mehdiyə, onun düşmənlərini Dəccala bənzədir.
Səh .140.
Şah əvvəlinci Mehdidir, sani Süleyman olsun həm.
İnsan ona xidmətçidir, cinlər də dərban olsun həm.
________________Milli Kitabxana________________
Dini rəvayətə görə, cinlər də Süleyman peyğəmbərə tabe olub, ona qulluq edərmişlər.
Səh 140.
Keyvan - qılınc, nüsrət - yolu, Bəhram - peykan olsun həm.
Keyvan - Zühəl ulduzu;
nüsrət – kömək; Bəhram - Mərrix (Mars) ulduzu,
mifologiyada müharibə allahı; peykan - oxun ucu deməkdir.
Şerin mənası: şahın zəfər çalması üçün Zühəl ulduzu ona qılınc, Mərrix ox, nizə
olmuşdur.
Səh. 141.
Bəzmi behiştə oxşayır, səhnində sidrə hökmü var,
Sədrin görən Kəbə sanar, hər hökmü fərman olsun həm.
Səhn - həyət, meydan deməkdir. Sidrə - guya göyün yeddinci təbəqəsində elə bir
yerdir ki, ondan o yana
mələklər, nə peyğəmbərlər gedə bilməmişlər; sədr
evdə,
məclisdə birinci ('baş) yer.
Beytin mənası: şahın məclisi behişt kimi bir yer, həyəti göyün ən yüksək məkanıdır;
oturduğu yer Kəbəyə bənzər, hər hökmü bir fərmandır.
Səh. 141.
Camı - Günəş ol sərvərin, gör, Müştəridir əlləri,
Cam - ayneyi-İskəndəri, mey - abi-heyvan olsun həm.
Yəni: şahın qədəhinə və əlinə baxsan, Günəşlə Müştəri ulduzunu görərsən. Onun
parlaq camı İskəndər Zülqərneynin güzgüsü kimidir, içindəki şərab isə dirilik suyudur
(İskəndərin güzgüsü Ərəstunun ixtira etdiyi bir güzgü imiş; guya onu İskəndəriyyə
şəhərində uca bir qalanın üstündə qoyub, oradan 100 kilometrlərlə məsafədə hərəkət edən
düşməni müşahidə edrmişlər).
Səh. 141.
Əzmi bütün bal oldu pər, bəzmi butün fal oldu fər,
Bəxş etdiyi mal oldu zər, fəzli onun can olsun həm.
Əzm - bir işi etməyə möhkəm niyyət, işin qəti həlli; bal və pər qol-qanad; fal və fər –
təntənə və xoşbəxtlik əlaməti deməkdir.
Səh .141.
Mədhi mənə təlqin edər ilhami-yəzdan hər nəfəs,
Hər fikrimə "amin" deyər İdris və Rizvan hər nəfəs.
İlhami-yəzdan hər nəfəs - hər nəfəsdə Tanrı ilhamı təlqin edər; İdris -İdris peyğəmbər;
Rizvan - cənnətin qapıçısı.
Səh. 142.
Baş hərfidir eydin hilal, olmuş fələkdə bərqərar.
Eyd - ərəbcə bayram deməkdir. Onun baş hərfi şəklində olur; zahiri görünüşü ilə bu
hərf yeni Aya (hilala) bənzəyir. Xaqani bu bənzəyişdən istifadə edərk, demək istəyir ki,
yerin bayramında göy də iştirak edir.
Səh 142.
Əyri qaşı Zalın yenə dağlar başında parlayar.
Ərəb əlifbasında Zal sözünün birinci hərfi şəklində yazılır ki, bu da həm qaşa, həm də
hilala (təzə Aya) oxşayır. Burada Zalın əyri qaşı dedikdə, təzə Ay nəzərdə tutulur.
Səh. 143.
Mütrüb olub tutisayaq, düşmüş işə barmaq dodaq,
Bərbət fəğanı sinədən, mizmar boğazından çıxar.