________________Milli Kitabxana________________
Mütrüb - burada: fleyta çalan; bərbət - simli musiqi aləti;
mizmar - fleyta deməkdir.
Səh143.
Bax bir o qara buynuza, qamı deşilmiş gürzədir,
Ovsunçu qorxmaz heç nədən, gürzə dodağından sorar.
Qara buynuz - burada abnus adlanan sərt və qara hind ağacından qayrılmış musiqi
aləti deməkdir. Xaqani onu, formasına uyğun olaraq, qarnı deşilmiş gürzəyə bənzədir.
Ovsunçu həmin aləti məharətlə çalan adamdır ki, qorxmadan ilanla öpüşür, yəni, dodağı
ilə üfürüb çalır. Bundan sonrakı beytlərdə də musiqi alətləri bədii vasitələrlə yad edilir.
Səh. 143.
Bir dəfvuran ustanı gör, dəfdə şikaristanı gör.
Səf-səf duran heyvanı gör, bir-birlərilə çarpışar.
Sikaristan - ovlaq deməkdir. Burada Xaqani məclisdə çalınan dəfin kənarlarına rəsm
edilmiş ovlağın və bu ovlaqda çəkilmiş biri-birilə döyüşən heyvanların şəkillərini təsvir
edir.
Səh. 144.
Altun sədəfdir, ya Günəş xərçəngə böylə yar olub,
Xərçəng isə pərvanətək qorxmaz, od ilə oynayır...
Xərçəng - burada Günəşin ətrafinda dolanan on iki bürcdən biridir. (Bu bürc Sərətan
da adlanır) Günəş bu bürcə iyun ayında girir. Xaqani burada Günəşi bir qızıl sədəfə,
Xərçəng bürcünün ulduzlarını isə od qatarına bənzədir və bunun pərvanə kimi Günəşin
ətrafına dolandığını göstərir.
Səh. 145.
Bostanı, gah-gah sal yada, onda san üzlü Günəş.
Dörd bir yanı on aypara, hər il üzə bir yol çıxar.
Burada şair: Sarı üzlü Günəş - dedikdə qovunu bildirir, on təzə ay isə qovunun
üstündə olan təbmi xətlərə, on dilimə işarədir ki, bunların da hərəsi bir təzə Aya (hilala)
bənzəyir.
Səh. 145.
Ey İsaya naib olan dodağı iki mərcan,
Ey, atəşdən qüdrətilə abi-həyat yaradan.
Naib - əvəz edən, müavin deməkdir. Şerin mənası: ey İsa nəfəsli (Müvəffəqəddin), ey
böyük alim!
Səh 145.
Ey, zəhəri sağaldıcı olan hər bir dərmandan!
Yeni: ey acı (doğru) sözləri hər kəsə kömək olan, düz yol göstərən.
Səh 145.
Qanadları altındadır vəslin Simurğ quşunun,
Kölgəsində bəsləmişdir vüsalını Süleyman.
Yeni, sənin ağlına və
biliyinə
çatmaq mümkün deyildir. Burada Xaqani
Müvəffəqəddinin biliyini Simurğ quşunun uca bildiyi, əlilişməz yüksəkliklərə, bu biliyin
geniş və dərinliyini isə Süleyman peyğəmbərin sonsuz dövlətinə bənzədir.
Səh 146.
Bülbüllərdən yuz Barbəd əyləşib hər tərəfdə...
Barbəd - Sasani şahlarından Xosrov Pərvizin məşhur çalğıçısıdır.
Səh. 147.
Calalının nərdi üstə doqquz qatlı fələyə,
________________Milli Kitabxana________________
Qabaqca o altı oyun bağışlayır hər zaman.
Altı oyun bağışlamaq - mahir oyunçunun oynadığı adama oyunun əvvəlində etdiyi
güzəşt deməkdir. Beytin mənası: o, (Müvəffəqəddin) ağıl və tədbir işlərində zəmanənin ən
böyük adamlarından qat-qat üstündür.
Səh. 148.
"Əlif" ilə "sıfır" kimi yalqız və boş qalmışan.
"Əlif" Hərfi ərəb əlifbasında şəklində yazılır; bu, eyni zamanda bir, tək deməkdir;
"sıfır" (o) - içi boş bir dairədir. Xaqani öz yalqızlığını "əlif"ə, yoxsulluğunu isə "sıfıra"
bənzədir.
Səh 148.
Bəli, kiçik bir təndirdən yaranmışdır o tufan!
Kiçik təndir - burada: şairin yanan qəlbi, tufan isə onun göz yaşlarıdır. Bu isə Nuh
tufanının çörək bişirən bir qarının təndirindən başladığı əfsanəni də yada salır.
Səh. 148.
Arranlı bir namussuzun axmaqlığı üzündən,
Bax, ey Allah, gör ki, neçə qəlb evi oldu viran.
Arran - Xaqani dövründə Azərbaycanın bir vilayəti, Beyləqan da Arranın bir hissəsi
olmuşdur. Burada Xaqani "Arranlı bir namussuzun..." dedikdə Mücirəddin Beyləqanini
nəzərdə tutur. Mücirəddin Xaqaninin şagirdi olduğu halda, özünü müəllimindən üstün
tutmuşdur.
Səh .149.
Odur mühit dənizləri, Ümman, Ceyhun, Nil çayı,
Dağlardansa Cudi, Həri, ya da ki, Qafü Səhlan.
Birinci misrada çay, ikincidə dağ adları verilir. Xaqani bu beytdə dörd böyük çay ilə
dörd yüksək dağı göstərərək, aşağıdakı beytdə bunların səkkizinin də Müvəffəqəddinin
səxavətindən çox kiçik olduğunu söyləyir.
Səh. 149.
Günəştək saf ürəklisən, Müştəritək təqvalı,
Xasiyyətdə Məhəmmədsən, ehsanda şahi-Mərdan.
Təqvalı - Allahdan qorxan, mömin adam deməkdir; şahi-Mərdan - İmam Əlidir. Bu
beytdə Xaqani Müvəffəqiddinin Allaha necə ürəkdən bağlı olduğunu Müştəri
ulduzunun Günəşə bağlı olması ilə, onun sifətlərini Məhəmmədin və Əlinin sifətlərilə
müqayisə edir.
Səh 149.
Tərif etmək xəyalıyla səndə olan kamalı
Bəndəniz bir Ütariddir, ya da söz bilən Həssan.
Ütarid - Günəşə ən yaxın ulduz, Həssan - Məhəmməd peyğəmbərə ən yaxın olmuş və
ona mədhiyyələr yazmış şairdir. Xaqani bu beytdə özünü Ütaridə və Həssana bənzətməklə
Müvəffəqəddini Günəşlə və Məhəmmədlə müqayisə edir, eyni zamanda özünün ona ən
yaxın xeyirxah bir adam olduğunu göstərmiş olur.
Səh. 149.
Məhəmmədəl-Mustafanın qapısında, bəllidir,
Sədaqətlə xidmət etmiş qulu Ənəslə Səlman.
Ənəs – Məhəmmədin yaxın xidmətçilərindən olmuş, on yaşından iyirmi yaşına qədər
(Məhəmmədin ölümünə qədər) ona qulluq etmişdir. Səlman (Səlmani - fars adı ilə tanınır)