________________Milli Kitabxana________________
iltifatsızlığını və eyni zamanda öz mühitindən və dövründən narazı olduğunu ifadə edir.
Səh. 302.
Qalmışıq Tai, Yəminindən geri,
Onların bizdə səxasın görmürəm.
Tai - (Hatəmi-Tai) öz sərvətilə məşhur olan ərəbdir (VII əsr).
Yəmini – Qəznəvi Bəhramşah zamanı yaşayan (X əsr) məşhur alim Əmid ibn Osmana
işarədir.
Səh. 303.
İndi ünsürlər məhəbbət doğmayır,
Dörd ananın mərd balasın görmürəm.
Dörd ana - dörd ünsür (od, su, hava, torpaq).
Beytin mənası: indi analar mərd oğul doğmayır.
Səh. 315.
Bu fələyin xonçasında var ancaq,
İki fətir - biri sarı, biri ağ.
Xaqani bədii ifadələrlə səmanı fələyin süfrəsinə, Günəşi - ağ (isti), Ayı sarı (soyuq)
fətirə bənzədir.
Səh. 315.
Hümmətim var yenilməz Rüstəm kimi,
Məhv edərəm mən tamahın divini.
Şair hümmətini, "Şahnamə" qəhrəmanı Rüstəmə bənzədərək, tamahkarlıq evini onun
əlilə viran edir. Yəni, özünün tamahkar olmadığını bildirir.
Səh. 318.
Söylə, Ey Xorasan, Şəhabın hanı?
Söylə, ey İsfahan, ne oldu Camal?
Şəhab - şair Şəhabəddin, Xaqani ilə müasirdir
Camal - isfahanlı Cəmaləddin
Əbdürrəzaqdır; Xaqanilə müşairəsi olmuşdur.
Səh. 329.
Necə vəfa ayəsi unudular "Quran"da,
"Ufu biəhdi" sözü var surə qurtaranda.
"Ufu biəhdi" - əhdinə vəfa elə, verdiyin sözə əməl et!
Səh. 330.
Bu oyunbaz fələyi yeddi şirindil uşaq,
Al diliylə edibdir öz əlində oyuncaq.
Yeddi uşaq - yeddi səyyarəyə işarədir. Orta əsr geosentrik (yerin mərkəz olması)
təfəkkür və ya qədim astrologiyaya görə bu səyyarələr belə adlanır: Ütarid, Zöhrə, Ay,
Günəş, Mərrix, Müştəri, Zühəl.
Səh. 333.
"Səfər" o nöqtə ilə çevrilib oldu "səqər".
Ərəb əlifbasında səfər sozünün üstünə bir nöqtə də qoyulsa səqər əmələ gələr. Səfər –
səyahət, səqər - cəhənnəm.
Xaqani deyir: Mənim səfərim cəhənnəm əzabına çevrildi.
Səh. 334.
Eyib tutma Şirvana, Xaqaniyə gülmə sən,
Demə "şər"lə başlayan şəhərin oğluyam mən.
________________Milli Kitabxana________________
Xaqani bu və bundan sonra gələn beytlərdə sözlərin yazılışı ilə əlaqədar məna
çalarları göstərir. O, deyir: Şirvan şər sözüylə başlayırsa, o şər yeri deyil, xeyir yeridir.
Bədəxşan bəd sözüylə başlayırsa, o xoş bir məkandır. Təbrizin əvvəli təb (qızdırma) ilə
başlayırsa, ora sağlamlıq məkanıdır və s.
Səh. 338.
Bir ovucdur onlar - İsmayililər,
Bunlar bir dəstədir - israyililər.
İsmayililər - yeddinci imamın oğlu İsmayili axırıncı imam hesab edib, fırqə yaratmış
və terror vasitəsilə Yaxın Şərqdə hökmranlıq etmək iddiasında olmuşlar. Onların ən
görkəmli başçısı Həsən Səbbah olmuşdur (XIII əsr). İsrayililər yəhudilərə işarədir. Xaqani
onları pisləyir.
Səh. 3639.
Biri "haşa"ru "haşa"dan ayırmaz,
Biri "Bəhmən" nədir, "bəhmən"nə, qanmaz.
Haşa və Bəhmən sözlərinin iki mənası var. Haşa - həm inkar odatı, həm də dərman
otudur. Bəhmən həm şəxsi qələndərdə ay adı, həm də qar topası deməkdir.
Xaqani yuxanda adları çəkilənlərin nadan olduqlarını nəzərə çarpdırmaq istəyir.
Səh. 339.
Giv, Bəhmən axmaqla çıxmaz cidala.
Giv və Bəhmən "Şahnamə" qəhrəmanlarındandır. Xaqani özünü onlara nisbət verib,
axmaqlarla vuruşmaq istəmədiyini bildirir.
Səh. 339.
Fil elə qorxmaz ki, sapand daşından,
Qorxar Əbablin kiçik quşundan.
Əbabil - qaranquş fəsiləsindən quşlardır. Dini rəvayətə görə onlar Məkkədə filin
başına daş yağdırıb, onu xəsarət verməkdən çəkindirmişlər.
Səh. 340.
"Kaf" ilə "nun", "yasin" murad və rəhmət,
Onun kərəminə bağlıdır fəqət.
"Kaf" - "Quran"ın "Kaf ha ya eyn sad" adlı surəsi. Nun - "Nuni-vəl-qələm" surəsi.
"Yasin"- çox oxunan "Yasin" surəsidir.
Xaqani deyir: bu surələrin oxunuşundan məqsəd Allahdan kömək ummaqdır.
Səh. 340.
Onun əlindədir kilidi, bilin,
Yeddi göy günbəzin, səkkiz behiştin.
Mənası: Yeddi səma və
səkkiz behişt qapısının açan Məhəmməd peyğəmbərin
əlindədir. Ondan kömək ummaq lazımdır.
Səh. 342.
Bələmdə kəhf itini yüz aslanə satmaram.
Bələm (ibn Baur) - Musa ilə müasir bir abid olmuş, vaxtı ilə ruhani bir adam kimi
tanınmış, sonra arvadının fitnəsinə uyaraq, dünya malına tamah etmiş, haqq yoldan azmış
və nəticədə guya it kimi ləhləmək bəlasına mübtəla olaraq, dili ağzından sallanmışdır.
Səh. 350.
Torpaq altında yatırsan bu gün ey mehr-giya!
Mehr-giya - sevgi otudur; guya bu ot kimdə olsa, onu hamı sevər.
Səh. 353.
________________Milli Kitabxana________________
Davudun göz yaşı, Nuhun novhəsi,
Sənin Yusifinə etmədi təsir.
Nuh - novhe (mərsiyə) sözündəndir. Guya Nuh peyğəmbər yüz illərlə novhə
oxuyaraq, öz tayfasını haqq yola çağırmışsa da, nəticəsi olmamışdır. İkinci misra Yusifın
məhv olduğunu eşidən atası Yəqubun hədsiz-hesabsız ağlamasına işarədir.
Xaqani burada Yusif deyərkən, öz oğlu Rəşidəddini nəzərdə tutur.
Səh. 358.
Təfəkkür yaxşıdır Mərva, Səfa dağına qaçmaqdan.
Mərva və Səfa – Məkkədə iki dağın adıdır.
Səh. 359.
Kədərli hər gecəmdir hamilə bəhcətli bir sübhə,
Çıxar lağmım o gəncə kim qalıbdır Ali-Samandan.
Bəhcətli - sevincli; gənc – xəzinə; Ali-Saman - 900-cü ildən 999-cu ilə qədər İranda
hökm sürmüş Səmanilər sülaləsidir.
Səh. 359.
Olanda bayram, ustadı bağışlar lövheyi-əlvan.
Lövheyi-əlvan – qədimdə məktəbdə müəllimin uşaqları sevindirmək üçün onların
oturduqları taxta müşk və zəfəranla çəkdiyi naxışlardır.
Səh. 359.
Üzümdə göz yaşın görcək "əlif 'lə nöqtə şəklində,
Oxu qəm rəmzini, öyrən bu Məddü Həmzədən asan.
Mədd və Həmzə ərəb əlifbasında uzun və dəyirmi işarələrdir. Xaqani üzünə axan göz
yaşını onlara oxşadır.
Səh. 359.
Gözünü bağladım hirsin, tamahın dişini qırdım,
Necə katib yazar "mim"i, necə "sin"i yazar divan.
Ərəb əlifbasında "mim " şəklində gözsüz bir kiçik dairə kimi "sin" isə şəklində diş-diş
bir fiqur kimi yazılır.
Səh. 360.
Mənə vəhdət bağında bir şərikdir həzrəti-İsa,
Verib canı, ucuz aldım ikinci səhmi İsadan.
Burada Xaqani deyir: vəhdət (birlik, təklik) bağçası İsa peyğəmbərlə mənim aramda
müştərək idi, mən canımı verdim, onun payını ucuzca aldım. Burada şair tamamilə üzlətə
(yalqızlığa) çəkildiyini bildirir.
Səh. 360.
Hələ İsfəndiyarım keçməmişdir yeddi tilsimdən.
İsfəndiyar - İranın qədim Kəyan sülaləsi padşahlarından Kəştasbın oğludur; müxtəlif
iftiralara düşmüş, atası tərəfındən həbsxanaya atılmış, nəhayət, Rüstəmin haça oxu ilə
öldürülmüşdür. Firdovsinin "Şahnamə" əsərində bu böyük bir epizoddur.
Səh. 360.
Hələ Ruyindəj olmuşdur gözəl dilbərlərə zindan.
Gözəl dilbərlər - İsfəndiyarın bacılarıdır. Möhkəm bir qala olan Ruyindəjin yeddi
tilsimli yolu olmuş, Turan padşahı Ərcasb İsfəndiyarın bacılarını Ruyindəj qalasında həbs
etmişdi. İsfəndiyar 'bütün tilsimli yolları keçib, Ruyindəjə çatmış, Ərcasbı öldürüb,
bacılarını xilas etmişdi.
Dostları ilə paylaş: |