________________Milli Kitabxana________________
Səh. 258.
Məşhur olan Çin "Ərtəng"i "Tənglüşa"dan gözəl.
Ərtəng – məşhur nəqqaş Maninin kitabıdır; son dərəcə gözəl rəsmləri olduğundan,
Mani bu kitabın göydən gəlmiş olduğuna xalqı inandırırmış.
"Tənglüşa " - Lüşa adlı bir rum aliminin rəsmlər kitabıdır; Lüşa bu kitabı Maninin
"Ərtəng"inə müqabil çıxarmışdır.
Səh. 259.
Çaxmaq daşı, Əqsa deyri, Beytül-müqəddəsə mən,
And verirəm Şəlixaya, Ənsariyə, pak ikən.
Əqsa deyri (və ya məscidi-Əqsa) - Davudun və Süleymanın Beytül-müqəddəsdə
tikdirdikləri kilsədir. Şalixa - İsanın ən yaxın adamlarından biri. Ənsar - islamı yaymaq
üçün mübarizədə Məhəmmədin köməkçilərindən olmuşdur.
Səh. 259.
And verirəm zünnar ilə, paqus ilə qəndilə,
Yuhənnaya, Bəheyraya, Şəmmasa, gəl, rəhm elə.
Yuhənna - Yəhya peyğəmbər; Bəheyra (Büheyra) - məşhur nəsrani rahiblərindən
olmuşdur. Guya o, Məhəmmədin peyğəmbər olacağını 20 il qabaq söyləmişdir. Şəmmas -
Məhəmmədin tərəfdarlarından biridir.
Səh. 259.
O təslisə, o tərbiə, təsdisə, səlasəyə.
Təslis - əsil, əsaq; tərbi - xaçın dörd guşəsi; təsdis - dünyanın altı cəhəti (sağ, sol, ön,
arxa, yuxan, aşağı); səlasa - Gün, Ay, ulduz, yaxud cəmadat, nəbatat və heyvanat
deməkdir.
Səh. 264.
Qüreyşilər bayrağınla sənin oldu səfərbər,
Yəmanilər xəncərinlə sənin oldu müzəffər.
Qüreyşilər - Hicazda ərəb qəbilələrindən biridir; Məhəmməd bu qəbilədən çıxmışdır.
Yəmanilər (Yəmənilər) - Yəmən əhli; İslamiyyətdən qabaq yəmənilər qonşu xalqların
təzyiqi altında olmuş, islamiyyətdən sonra isə bu düşmən təsirindən qurtarmışlar.
Səh. 264.
Söz Misrinin Yusifləri sağlığına hər zaman
Nuş eyləyir mənaların badəsini şadiman.
Yəni: ən gözəl şairlər sənə mədhlər yazırlar.
Səh. 268.
Gözüm içindəki bir cüt gözəl doğar hey qan,
Odur ki, basdırıram qanlı körpələr hər an.
Bir cüt gözəl - bəbəkler. Qanlı körpələr - qanlı göz yaşları; Beytin mənası:
gözlərimdən axan qanlı yaşları silirəm (basdırıram).
Səh. 268.
Yazım sarı üzümün zəfəranı ilə dua,
Bəlkə qısır bəxtimi duam uşağa qoya.
Orta əsr dua kitablarında qısır qadınların uşaq doğması üçün zəfəranla dua yazardılar.
Xaqani həbsdə üzünün saraldığını zəfərana oxşadaraq, onun suyu ilə (göz yaşı ilə)
"dua" yazmaq istəyir ki, bəlkə həbsdən azad ola.
Səh. 268.
________________Milli Kitabxana________________
Sinəm çapıldı dağın bağrıtək, günahı budur,
Ki, məxzənində Günəş parçası qalıb, qorunur.
Günəş parçası - şairin qəlbinə işarədir.
Mənası: fələk Xaqaninin dağ kimi sinəsini parçalayır ki, köksündə saxlanan Günəşi
(ürəyi) çıxartsın.
Səh. 268.
Qəfəsdə bağlı qalan Zal kimi fəqan edərəm Ki,
bəlkə Bəhmənə təsir edə mənim naləm.
Zal - "Şahnamə" surətlərindən İran sərkərdəsi Samın oğlu. Bəhmən - mələk adı,
Sasani şahlarından birinin adı... Burada Xaqani özünü atılmış Zala bənzədir. Bəhmən
dedikdə onu həbsə salan Şirvanşah Axsitanı nəzərdə tutur.
Səh. 269.
Qəm ilə yüklü dəvə iynənin gözünü tapar.
Dini ehkama görə dəvə iynənin gözündən keçəndə kafirlər behiştə gedər. (Yəni: heç
vaxt getməz)
Xaqani mübaliğə ilə deyir ki, həbsdə o qədər qəm çəkib, incələr ki, iynənin gözündən
keçə bilər. Yəni: tam incəldikdə bəlkə həbsdən azad olar.
Səh. 269.
El içindən qaçaq düşən qəribə Simurğəm,
Odur ki, Zal əvəzi munisim olubdur qəm.
Simurğ - vücudu görünməz olan əfsanəvi quş. Guya o meşəyə atılmış Zalı
bəsləmişdir.
Xaqani özünü xalqın gözünə görünməyən Simurğa, qəm, kədərə isə könlündə
bəslədiyi Zala bənzədir.
Səh. 270.
Dəvə-pişik oyunu oynayır bu aləm əgər,
Əlimdə təsbih olur gah mənim də, gah sağər.
Dəvə-pişik təmsili xalq arasında məşhurdur. Guya bir ərəb itmiş dəvəsini taparsa, onu
bir dinara satacağına and içmişdi. Tapdıqda dəvənin boynuna bir pişik bağlayıb, dəvəni
bir dinara, pişiyi isə min dinara satmaq istəyir, ancaq ikisini bir yerdə.
Xaqani bu məşhur el rəvayətinə toxunub, əlindəki təsbehi - dəvə, sağəri (badəni) -
pişik mənziləsində tutur.
Səh. 270.
Daş hərləyən öküzəm, bağlanıb gözüm möhkəm.
Burada Xaqani özünü dəyirman daşını hərləyən gözü bağlı öküzə bənzədir ki, aramsız
kədər içərisində hərlənib durur.
Səh. 271.
Behişt bağına can, qəlb, ağılla çatsam mən,
Bu üçlük ordakı səkkizliyi edər məskən.
Üçlük - can, qəlb, ağıl – yəni Xaqani. Səkkizlik- behiştin guya səkkiz qapısı var ki,
hamısı şairin üzünə açılmış olar.
Səh. 271.
Fələkdən istəsəm isti, soyuq təam əgər,
İki fətirlə fələk süfrəmi müzəyyən edər.
İki fətir - isti Günəş və soyuq Aya işarədir.
Səh. 271.
________________Milli Kitabxana________________
Dəniyle Pərvinin illərlə bəslənib Nəsreyn,
Tamamlayar o iki quşla süfrəmin bəzəyin.
Pərvin - səmada səpələnmiş yeddi ulduz. (Xaqani onlan dənə bənzədir.) Bu ulduz
topasını bəzən Sürəyya adlandırırlar. Nəsreyn - Səmanın şimal qütbündə yan-yana durmuş
iki işıqlı ulduzdur.
Xaqani deyir ki, həbsxanada bu ulduzlar mənim süfrəmi bəzəyir, yeni, yeməyə bir şey
tapmıram.
Səh. 271.
Ağac əgər o zaman od veribsə Musaya,
Nə vacib onda gətirmək odu bu səhraya?
Dini rəvayətə görə guya Musa peyğəmbər yaşıl ağacdan od almışdır. Xaqani
həbsxanada od (hərarət) olmadığını nəzərə çarpdırır.
Səh. 271.
Gətirdilər mənə Bəhram kimi əgər cəhrə,
Qılıncla qarətə keçmək kimə verər bəhrə?
Tarixdən məlumdur ki, Hörmüz Bəhrami-Çubinə cehrə göndərdikdən sonra münaqişə
dayandırılmışdı.
Səh. 271.
Hələ bu dul qandan doğmamış kərəm gəlini.
Dul qarı - dünyaya işarədir ki, onda heç vaxt kəramət olmamışdı.
Səh. 272.
Mənijə Bijən ilə yalvarar ki, serimdən,
İşıq saçam quyuya ki, dibindədir Bijən.
Bijən və Mənijə - "Şahnamə" dastanlarında sevişən surətlərdir. Bijən quyuya salındığı
zaman onu Rüstəm çıxarmışdır.
Səh. 273.
Nə üzük, nə təxt varımdır, "rəbbi-həbli" söylərəm,
Turu atəşsiz "ənəllah" övçünü seyr eylərəm.
Nə (Süleyman peyğəmbər kimi sehrli) üzüyüm, nə Cəmşid kimi taxtım var, "Allah
məni də belə yaratmışdır" söylərəm. Turda atəşsiz Allahın mənliyini seyr eylərəm (Musa
peyğəmbər Tur dağında guya Allahı od, nur şəklində görmüşdü).
Səh.274.
Qoysa da şeşxanədə beş hiss, dörd ünsür məni,
Udmuşam nərd oynayan dünyada hər üç növbəni.
Şair fələyi oyunbaza, dünyanı nərdtaxtaya bənzədərək, özünün beş hiss və canının
dörd ünsürü əlində mars qaldığını bildirsə də, oyunun üç növbəsini də udduğunu bildirir.
Yəni: özünün maddi ehtiyacına baxmayaraq, vüqarını alçaltmır.
Səh. 294.
Bir zaman "ən nəbüdül əsnam" idi dil əzbərim,
İndi "inni la ühübbül-afilin"dir rəhbərim.
Beytin mənası: Bir zaman mən bütlərə sitayiş edirdimsə də, indi "boş şeyləri
sevmirəm"deyirəm. ("Quran"dan alınmış ibarələrdir).
Səh. 274.
Divlər ilə çarpışarkən, doğrusu, mən Rüstəməm,
Mən gərək Simurğtək insan gözündən gizlənəm.
Dostları ilə paylaş: |