________________Milli Kitabxana________________
"Şahnamə"qəhrəmanı Rüstəm-Zal divləri məğlub etdiyi kimi Xaqani də qara
qüvvələri məhv etməyə qadirdir, lakin o, əfsanəvi Simurğ kimi insanların gözünə
görünməməyi daha üstün tutur.
Səh. 274.
Xalq atan yoxsulluğu mən qaldırıb etdim qəbul,
Sam Zalı atdı, mən aldım, bəslədim, bildim oğul.
Xaqani xalqın kənar etdikləri yoxsulluğu qəbul edərək, Simurğ Zalı bəslədiyi kimi
onu qəbul etmişdir.
Burada Zal - yoxsulluq timsalı kimi qələmə alınır.
Səh. 275.
Mən Əsəd bürcü ikən, Cövzaya yoxdur nisbətim.
Əsəd bürcü dedikdə dördüncü - Şir bürcü nəzərə alınır. Buna görə də o üçüncü bürc
bitişik Uşaq (Oğlaq) bürcünə meyl etmir. Şair bununla fəxriyyə üslubu ilə öz vüqarını
yüksək tutur.
Səh. 275.
Mən doğulduqda ağıl təlqin qıldı Adəmə:
"Leysə min əhlik" - buna səhvən sən övladım demə!
"Leysa min əhlik"- Bu sənin əhlindən deyil deməkdir. Yəni: Xaqani adi insan deyil,
onda mələk xasiyyəti var.
Səh. 275.
Olmadım Əshabi-kəhfə it, Məsihayə ulaq.
Əshabi-kəhf- mağara adamları. Dini rəvayətə görə İslamdan qabaq II əsrdə zalım
Dəqyanusun şahlığı zamanı altı nəfər bütpərəst xristianlardan qaçıb, mağarada gizlənmək
istərkən, yolda onlara bir çoban da itilə qoşulub, guya mağarada 300 il yatmış halda
qalmışlar. İsa peyğəmbər (Məsiha) da çox zaman eşşəklə gəzmişdir.
Xaqani deyir: mən nə Əshabi-kəhf iti, nə də İsanın eşşəyi olmaram.
Səh. 376.
Həmdəməm Haruta, həm bərbət calan o arvada,
Zöhhak əfisi, dəmirçi zindanı üstə qada.
Harut (və Marut) behiştdən qovulmuş iki sehrkar mələk. Guya bir quyuda başı aşağı
asdırılmışlar. Zöhhak - qaniçən hökmdar. Çiyinlərində baş qaldıran ilanlara insan beyni
yedirdərdi. Dəmirçi - Gaveyi-ahəngərə işarədir. Bərbət çalan arvad - mifologiyada Zöhrə
ulduzu nəzərdə tutulur. Bərbət - musiqi aləti. Qada – dəmirçi zindanı üstündə tumcu alət.
Beytin mənası: Mən sözlə sehr yaradıram, Zöhrə kimi məhəbbəti tərənnüm edirəm.
Dəmirçi Gavə kimi zalım Zöhhaka qaniməm.
Səh. 376.
Mən ki, 'ia mövla ləhüm"ü dəftərimə salmışam,
Küfr təlimin "nəsüllah" məktəbində almışam.
Beytin mənası: Onların ağası yoxdur (nadandırlar). Küfr təlimini əsil Allah
məktəbindən almışam.
Səh. 376.
Hecə Zühəl rəngli dəmirtək od mənim bətnimdədir,
Həm "nəayim"tək hərisəm, çeynərəm odlu dəmir.
Zühəl - Satum səyyarəsi. Nəayim - dəvəquşu. Əfsanəyə görə o, od yeyən quş hesab
edilir.
________________Milli Kitabxana________________
Xaqani deyir: mənim qəlbim od püskürən Zühəl kimi olduğundan, dəvəquşu kimi od
yeməkdən çəkinmərəm.
Səh. 376.
Zahidəm, amma, nə Yəhyatək, brəhmən seyrətəm,
Şairəm, amma, nə Həssantək, Ləbidi tiynətəm.
Yəhya peyğəmbər Allaha həddən artıq ibadətlə məşğul olmuşdur. Brəhmən dini oda
sitayiş etmiş olan hind dinlərindəndir. Həssan Məhəmməd peyğəmbəri məhd edən məşhur
Həssan ibn Sibit, Ləbid isə şeri Məkkədə divardan asılan cahiliyyət dövrünün şairlərindən
olub, Həssanın əleyhinə olmuşdur.
Xaqani təvazökarlıqla özünü Brəhmən və Ləbidə oxşadır.
Səh. 377.
Atdı xaqan, basdıran torpaqda, qəm Qarunuyam,
Qərq edin, Şirvanlılar, çayda ki, şər Fironuyam.
Qarun - Musa peyğəmbər zamanı ən dövlətli və xəsis bir şəxs olmuşdur.
Firon - Musanı məhv etmək istəyən hökmdardır ki, çayda qərq edilmişdir. Xaqani
qəm Qarunuyam dedikdə "heç kimdə mən qədər qəm olmaz" demək istəyir.
Səh. 280.
Məlumdur hər bir kəsə, görsə əsa, qorxar ilan,
Söylər: əsa şəklindəyəm, amma qənimimdir əsa.
Burada Musa peyğəmbərin əsasına işarə edilir ki, o, əlindəki əsanı yerə atdıqda, əsa
əjdaha olub ilanları udur.
Səh. 283.
Bir quru barsız ağacdırlar o Nuhun qovmutək,
Bir qarının təndirinə bağlanıb ümmidləri.
Nuh peyğəmbər dünyanı su basacağını xəbər verərkən onun qovmu (Əhl adamları)
ona inanmayıb, kömək etməmişdilər. Əfsanəyə görə tufan qarının təndirindən
başlanmışdır.
Xaqani müasir paxıl adamları Nuhun qovmuna oxşadaraq, onları quru barsız ağac
adlandırır.
Səh. 284.
Qoysalar da şerimə qarşı çürük hədyanları,
Bu - Türabın qarşısında Bu - Ləhəbin yox yeri.
Bu-Türab - Dördüncü xəlifə imam Əliyə işarədir. Bu-Ləhəb Məhəmməd peyğəmbərin
əksinə gedən əmisidir.
Xaqani uz şerlərini imam Əli ləyaqətinə, ona qarşı yazılan şerləri isə ləyaqətsiz bu-
Ləhəbə, çürük laqqırtıya bənzədir.
Səh. 285.
Cəbrayıl könlüm xədənginə özü vermiş qanad,
Ehtiyacım yox, hərifdən istəyəm quzğun pəri.
Oxun düz istiqamətdə uçması üçün onun arxa hissəsinə quş qanadı geydirərdilər.
Şair deyir: mənim könül oxumda (şerimdə) Cəbrayıl mələyin qanad lələyi var. Mənə
qartal lələyi lazım deyil. Yəni: mənim şeirlərim hədəfə sərrast dəyir.
Səh. 286.
Mən məgər Əbrəhənin mindiyi divanə filəm,
Getməyə Kəbəyi-dəyyanə məni qoymurlar.
________________Milli Kitabxana________________
Əbrəhə ibn Səbbah - VII əsrdə Yəməndə hakimiyyət sürmüş bir padşahdır; Ərəbləri
Kəbədən ayırıb, öz kilsəsinə ibadətə çağırmışsa da, xalq ona qulaq asmamış və buna görə
də Kəbəni dağıtmaq üçün qoşun və fillərlə hücuma keçmişdir. Kəbəyi-dəyyan - doğruluq
və düzlük yeri mənasındadır.
Səh. 287.
Bir öküztək bu dəyirmanda salıb boynuma ip,
Atmağa ağzıma yağdanə məni qoymurlar.
O zaman böyük dəyirmanları öküz və başqa bu kimi heyvanlarla işlədirdilər; yağdanə
- bitki adıdır.
Səh. 287.
Müştəritək yerim olmuş ikiüzlü Cövza,
Qaldım avərə, Sərətanə məni qoymurlar.
Müştəri ulduzu - Cövza bürcü dairəsindədir. Cövza iki əkiz uşaq şəklində olduğu üçün
Xaqani onu ikiüzlü adlandırır və bununla da öz mühitinin ikiüzlülər yeri olduğunu
göstərir. Sərətan - Cövza ilə qonşu bürc olub, eyni zamanda xərçəng deməkdir. Məlumdur
ki, xərçəng geri yeriyir. Xaqani bununla saraydan geriyə qayıtmaq arzusunda olduğunu,
lakin, onu buraxmadıqlarını bildirir.
Səh. 288.
Yoxsa, Bəstamə gedənlər hamısı yurdsuz olur?
Bəstam - Xorasanın cənub-şərqində yerləşir, vaxtı ilə məşhur şəhər olmuşdur.
Səh. 288.
Əql ilə rəy mənim qəlbimə Mizan olmuş,
Peyk olam Əqrəbi-üsyanə, məni qoymurlar.
Mizan və Əqrəb - iki qonşu bürcdür; peyk - xəbərçi, həmçinin böyük bir ulduzun
etrafında dolanan kiçik ulduz deməkdir. Xaqani deyir: əqlim də, qəlbim də mənə deyir ki,
Üsyan əqrəbinin dalınca düşmə, ona xidmət etmə.
Səh.288.
Düşməyə vadiyi-xəzlanə məni qoymurlar.
Vadiyi-xəzlan - özbaşına, köməksiz qalmaq.
Səh. 290.
İlahiyyat ərşinə səni üzlət çatdırar.
Yəni ancaq saraydan çıxıb getməklə həqiqət yoluna düşərsən.
Səh. 294.
Namərd süfrə açsa, desə "əssəla" çörək!
Əssəla (səla) - çağırışdır. Burada Xaqani demək istəyir ki, ac qalaram, alçaqların cörəyini
yemərəm.
Səh. 298.
Məhəmməd Əbu-Cəhli xəcil etdiyi kimi...
Əbu-cəhl (əsl adı Əbu-Həkəm) ərəblərin qüreyş rəislərindəndir. Məhəmmədin və
İslam dininin düşməni olmuşdur. Əbu-Cəhl öldürüləndə Məhəmməd: "Ərəb xalqının
Fironu öldürüldü" demişdir.
Səh. 300.
Bərcis ulduzutək Hutdan gəlmişəm,
Sərətan bürcüdür duracağım yer.
Bərcis – Müştəri ulduzu, Günəş ətrafında dolanan ulduzların ən böyüyü, Günəş
aləminin beşinci planetidir. Hut - Balıq bürcü deməkdir. Bu şer Xaqaninin dünyaya
Dostları ilə paylaş: |