________________Milli Kitabxana________________
Beytin mənası: Şeyxül-İslam, Nuh peyğəmbər kimi öz oğullarının (burada: əql və
hünər) köməyilə eşq tufanından qorxmur.
Səh. 379.
Kimdi Qəzali, ya ki Cüveyni, o idi tək,
Olmaz ona Nizam, Gündərini tay eyləmək.
Şeyxül-İslamın adları çəkilən məşhur alimlərdən daha üstün olduğu bildirilir.
Qəzali - Əbuhamid Məhəmməd - böyük müsəlman ilahiyyatçı alimi (XII əsr).
Nizam - Nizamülmülk-Həsən ibn Əli - dövlət xadimi (XI əsr).
Gündəri -Əbdülməlik - vəzir (XI əsr ). Cüveyni - Həsən ibn Əli Bağdadi - alim (XII
əsr).
Səh. 379.
O namə bir duadı Ənidü Rəqib üçün.
Ənid və Rəqib - dini rəvayətə görə, guya insanların xeyir və şər işlərini hesaba alan
(yazan) mələklərin adlarıdır.
Misranın mənası: Şeyxül-İslamın şairə göndərdiyi məktubu mələklər xeyir iş kimi
yazacaqlar.
Səh. 379.
Bu namə bir sənəddi mənə, ta ki, mən varam,
Namə deyil, o "ürveyi-vüsqa liənfisam".
Yəni: bu namə mənə həyatda daimi və möhkəm dayaqdır.
Səh. 380.
Bir "Qaziyəl-Qüzat, höccətül-islam, Zeyndin"...
Yəni: mədh olunan Şeyxül-İslam, qazilər qazisi, islamın müctəhidi (başçısı) və dinin
bəzəyidir.
Səh. 381.
Eyvani-Mədaini ayineyi-ibrət san.
Mədain - Bağdadın cənub-şərqində Dəclə çayı üzərində köhnə bir şəhər olmuş, qədim
İran padşahlarından Əşkanilər və Sasanilər zamanında qışlaq paytaxtı olmuşdur.
Səh. 382.
Nə Zali-Mədainin - Kufə qarısından kəm.
Zali-Mədain - Nuşirəvan sarayında evi olmuş bir qadındır ki, bu evini heç vəchlə
satmaq istəməmişdir.
Kufə qarısı - Nuh dövründə yaşamış bir qadın olmuşdur; guya tufan onun ocağından
başlamışdır.
Səh. 383.
Pərviz yox olmuşdur, ondan daha söz açma, Get,
"Kəmtərəku" söylə, zərdən tərə yox əlan.
Pərviz - Sasani padşahlarından Nuşirəvanın nəvəsi Xosrov Pərvizdir.
Zərdən tərə - Xosrov Pərviz guya hər gün zərgərlərə qızıldan tərə qayırtdırıb, yemək
vaxtı süfrəyə düzdürər və yeməkdən sonra bunu onunla nahar edənlərə bağışlarmış.
"Kəmtərəku " - "Quran" ayəsidir; yəni: çox belələri dünyaya gəlib getmişlər.
Səh. 384.
Hər kəs aparan təsbeh çün Cəmrə gilindəndir,
Təsbeh al o yerdən ki, torpağa dönüb Səlman.
________________Milli Kitabxana________________
Cəmrə - Kəbə yaxınlığında bir yerdir, torpağından təsbeh və möhür kimi şeylər
qayırırlar. Səlman (və ya Səlmani-fars) Məhəmməd peyğəmbərə sədaqətli olan bir
fars.
Səh. 384.
Olmaz keçəsən ətşan bu Şətt kənarından.
Ətşan - susuz; Sətt - Fəratla Dəclənin birləşməsindən əmələ gələn böyük çaydır.
Səh. 388.
Tut əlimdən, sən Hənutiyyəyə vardır da məni,
Etmə Şuniziyyənin adını bir də təkrar.
Suniziyyə - Bağdadda bir qəbiristanlıq adıdır. Məşhur alim və sufi şeyxi Cüneyd
Bağdadinin qəbri orada olduğu üçün Xaqani bu qəbiristanlığın adını çəkir. Hənutiyyə -
ölülərin çürüməməsi və ya iylənməməsi üçün dərmanlandığı yer. Hənut - ölülərə sürtülən
ətirli maddə. İndi Şərqdə hənut əvəzinə kafur işlənir.
Səh. 390.
Minnətim var, qoyaraq nət kənarında məni,
Xoş gülüb öldürəsən, sanki çıraq, nazlı nigar!
Qədim Şərqdə edam cəzasına məhkum edilənləri müəyyən bir gön - nət üzərində
öldürərdilər.
Səh. 390.
Kəm atdıq biz, bu dünyanı uduzduq aləm əhlinə,
O dünyanı girov qoyduq ki, orda kəmdən azadıq.
Bu beytdə nərd oyunu nəzərdə tutulur. Kəm atdıq - ifadəsi zərin kiçik xal düşməsinə
işarədir ki, bu zaman oyun uduzulur.
Səh. 391.
Tapıbdır zinət ulduzdan, fələk bir tağü tarəmdir,
Xərabət əhliyik biz, taq ilə tarəmdən azadıq.
Bu beytdə istifadə edilən taq və tarəm istilahları göyün qübbəsi və üfüqlərə əyilməsi
deməkdir.
Xaqani səmanın ulduzlar aləmini nəzərdə tutur.
Səh. 396.
Günəşə şərəf deyil, açsın quzu süfrəsi,
Günəş üçün şərəfdir təkcə bir andın "və"si.
"Və ilə Xaqani "Quran"ın "Vəş-şəmsü vəzzühaha" ("And olsun Günəşə və onun
işığına") ayəsinə işarə edərək, Günəşi və onun işığını müqəddəsləşdirir.
Səh. 402.
Mustafa naməsini parçalayan Pərvizin,
Parçalanar köynəyi oğlu vuranda xəncər.
Xosrov Pərviz padşah ikən Məhəmməd peyğəmbər ona bir məktub yazmış, Pərviz isə
həmin məktubu cırıb atmışdı. ikinci misrada Xosrov Pərvizin oğlu Şiruyə tərəfindən
öldürülməsinə işarə edilir.
Səh. 409.
Məgər sən heç oxumadın "Yəknizunəz-zəhəbi?"
"Yomə Yəhma" ayəsində göstərilmiş səbəbi.
"Yəknizunəz-zəhəbi" - "Qızıl yığıb saxlayan"; "Yomə yəhma" - "Bir vaxt gələr, onunla
dağ basarlar" deməkdir.
Səh. 410.
________________Milli Kitabxana________________
Musanın əlləri palçığa batmaz,
Xızr xəzinəyə çəkməli divar.
Dini rəvayətə görə, Xızr ilə Musa səyahət edərkən, Xızr bir yoxsulun dağılmaqda olan
divarının altında xəzinə gizlədilmiş evini təmir etmiş, Musa isə durub baxmışdır.
Səh. 414.
Ey zülmü Yəzidilər mülkünü viran edən,
Sən ikinci Yəzidsən, dəm vurma çox Əlidən.
Yəzidilər - Şirvanşahların meydana gəldiyi tayfa; ikinci misrada Yəzid - imam Əlinin
övladına düşmən olmuş Yəzid ibn Muaviyədir.
Səh. 415.
Qumlu, kaşanlı, həm də dərgəzinli vəzirlər.
Qum. Kaşan, Dərgəzin - İranda yer adlarıdır.
Səh. 415.
O Barbüdün səsimi, sazın, mizmarın səsi?
Setarmı, ya çalınan kasəgər ilə arqan?
Barbüd - məşhur fars musiqiçisi; saz, mizmar, setar, kasəgər, arqan -musiqi
alətləridir.
Səh. 417.
Vardı söz kisəsində otuz bir cəvahiri.
Xaqani 24 yaşında ikən Atsız Xərəzmşaha bir qəsidə yazmış, bundan bir il sonra isə
onun saray şairi Rəşidəddin Vətvat Xaqaninin mədhinə 31 beytdən ibarət bir cavab şeri
yazıb göndərmişdi.
Səh. 418.
Anla ki, gəbrlərin kamanında yox hünər,
Xəlilin dörd quşunu havada alsın nişan.
Gəbrlər – atəşpərəstlər, zərdüştilərdir; gəbrlər həm də onların elə bir qismidir ki,
ölümü cəmdək yeyən bir quş kimi təsəvvür edirlər.
Xəlilin dörd quşu - xoruz, qarğa, tavus və ördəkdir. Guya İbrahim Xəlil peyğəmbər bu
quşların başını əlində saxlamış, bədənlərini dörd parça edib, biri-birinə qarışdıraraq, dörd
dağın təpəsinə qoymuş və sonra onları uzaqdan çağırdıqda, quşların parçaları uçaraq,
göydə hər biri öz hissələrilə birləşib, İbrahim Xəlilin yanına gəlmiş və onun əlində olan öz
başları ilə birləşmişlər. Xaqani burada atəşpərəstliyi tənqid edərək, onların dinlərinin
zəifliyini, bu dinin ilahi qüvvədən məhrum olduğunu göstərir.
Səh. 418.
Olsalar da "bilikli ağac" söz axtaranlar...
"Bilikli ağac " - yarpaqlarını daima Günəşə tərəf çevirən bir ağacdır.
Səh. 421.
Nə vaxtadək vurğunsan sən altun buzov surətinə?
Zəhər dolu bir keçiyə haçanadək sən qonaqsan?
Altun buzov - qızıl; acı südlü keçi - dünya deməkdir.
Səh. 421.
Göy bürcünün birincisi sıfırdır ki, fəqirlikdə...
Nücum təqvimində göyün birinci bürcü Həməl (Quzu) sıfırla işarə edilir. Bu isə şerdə
fəqirliyə nisbət verilir.
Səh. 421.
Dostları ilə paylaş: |