Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə46/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   148

________________Milli Kitabxana________________

Çətri günəş Xosrovun qüdrətinə sal nəzər,

Gör, qələmiylə əli şahımın etmiş nələr?

Qapqara oldu gecə şah çəkincə qələm,

Vurdu əli göylərə sübh açılanda ələm.

Sərvətə meyl etməmiş, sübhdür onda ürək,

Cəmdəyə qonmaz hüma, ovlamaz aslan böcək.

Ey ver əli sübh tək süfrə açan aləmə,

Ağlı, zəkası, üzü nur saçan aləmə.

Cahü cəlal paltarım onda ki, açdı ətək,

O ətəyə rəngbərəng sübh əli verdi bəzək.

Şövkətini, şənini nurlu Günəş gördümü?

Sübh ayaqlarına düşdü qızıl top kimi.

Oldun ədalətlə sən xalqın ilə mehriban,

Sübh kimi parladı zülmətə dalmış zaman.

Sübhə varınca gecən döndü günün bayrama,

Bayrama layiq libas biçdin o xoş əndama.

Bəlli həqiqət budur: sübh kimi aşikar,

Onda ki, Yusif üzü gün tək üfüqdən nıxar.

Sürmə olar Yəquba, nura dönər göz yaşı,

Vəsmə Züleyxa tapar ta qarala ağ başı*.

Dostuna, həm düşmənə tikdi təbiət necə,

Sübh gəlin paltarı yaz palazını gecə.

Hər nə qədər sübh olar, gözdən itər göydə ay,

Hər nə qədər ki, çəkər göydə buludlar alay.

Hər nə qədər aləmi yaz çevirər cənnətə,

Yay Günəşi doldurar meynələri şərbətə.



________________Milli Kitabxana________________

Hər nə qədər söz demək xas ola Xaqaniyə,

Nəzm ilə möcüzə göstərə, mədhin deyə.

Qafıyəpərdazları susdura avazəsi,

Sübh necə susdurar bayquşu bülbül səsi.

Sübh onun şerini aləmə yaysa əgər,

Düşsə ilan ağzına, şəhdə dönər, bil, zəhər.

Olsun o gün ki Günəş baş çıxara qərbdən,

Yəni qiyamət qopa, təxtdə sən şah ikən.

Daim iki sübhdə dörd mələk eylər dua,

Bəxt gülə sübh tək, yar ola tale şaha.

Böylə duanı, yəqin, tarın qəbul eyləyər,

Mən də dua eylərəm, Xızr özü "Amin!" deyər.

16. ŞİRVANŞAH AXSİTANIN TƏRİFİ

Sübh ulduzlara çəkibdir kaman,

Lətif əndamlılar odlanıb ondan.

Səhər süfrəsinə sübh oturanda,

Ulduzlar didərgin düşdü bir anda.

Elə bil, əfsundu nəfəsi sübhün,

Dəycək, ulduzları sarsıtdı bütün!

Müftə yeyənlərin bağrına od sal,

İki xəzinə ver, bir qədəh mey al!

Sal qızıl qədəhi küpədək meyə,

Qədəhin oxşasın ağır gəmiyə.

Doldur qədəhini son xəttinədək,

Tərki dünyalığın üstünə xətt çək!

Gümüş sürahidə mey qızılından,

Düzəlt dilbərlərə zərif ərməğan!

Gözəl hədiyyədir şümşad yarpağı,

Büllur buxaqlara az boyunbağı.



________________Milli Kitabxana________________

Dünyanı bəzəyən Günəşin özü,

Hilalqaşlılardan çəkməmiş gözü.

Zöhrə mizrabını vurur çənginə,

Nəşin qızlarını oynadır yenə*.

Sənubər şöləsi saçan badədən,

Gözəllər əlində nar gülü gör sən!

Şadlıq məclisinin nərd oynayanı,

Əlini çırpmaqdan göyərmiş yanı.

Meyin cövhərində yaqut, qızıl var,

Səhhəti pozulan min şəfa tapar.

Qızılı, yaqutu fərəh gətirər,

Mey can dərmanıdır, dağıdar kədər.

Mey gətir, daşı düz, yolları bağla,

Bağla, şeşxanada zalımı saxla!

Ölçü bil hər kəsə mey verən zaman,

Sən çalış, fərqləndir yaşı qurudan.

Bədxaha bir qətrə vermişsən əgər,

İçirt xeyirxaha dəryalar qədər!

Xıltı müflisə ver saxsı qədəhdə,

Nəcibə saf şərab cami-sədəfdə!

Cüt şeşi atanda sahib məqamlar,

Zəri cüt yek atar yoxsul adamlar.

Başçılar oturub mey içən zaman,

Ayaq öpməsinə enər asiman!

Xaqani istər ki, çata kamına,

Mey süzə xaqanın qızıl camına.

Dünya hökmdarı Şirvanşah üçün,

Şerin incisindən bir dəmət düzsün.

Böyük xaqanımız Əbülmüzəffər,

Zəfər çalanların önündə gedər.

Xəzran ordusuna qələbə çalmış,

Boynuna Xizəran kəməndi salmış.

Əlindən dəryalar göhərlə dolmuş,

Gövhər taclıların gövhəri olmuş.

Dənizin şor suyu aranmış həmən,

Saf igidlərinin alın tərindən.

Bakı duasını unutmaz bir an,

Olub sayəsində Bəstan, Xavəran!



________________Milli Kitabxana________________

Rey ilə Xəzranı, Zirəgəranı,

Bakı istər etsin şahın qurbanı.

Göylər qılıncına göstərdi mədəd,

Fəth oldu əliylə Şəbəran, Dərbənd.

Güştasb öz oğlundan istədi kömək,

Qızları elinə gətirdi tək-tək.

Mədhinə yazdığım bu qitədən sən,

Bilərsən, şairlər ustadıyam mən!

17. AXSİTAN ŞAHA VƏ ŞAHBANU

SƏFVƏTƏDDİNƏ XİTAB

Könül əgər görməmiş diləyinin üzünü,

Könül duyan insanın tapmamışdır izini.

Dönə-dönə axtardı könül iki dünyanı,

Görmədi bir əhl adam duya könül duyanı!

Yolu iki mənzilin enişlidir, yoxuşlu,

Hələ vəfa elçisi keçməmişdir bu yolu.

Vəfa üstü naxışsız zər olubdur əzəldən,

Odur vəfa naxışı atılmayıbdır əldən.

O şey ki, arzulardım, görmədim bu dünyada,

Onu görən olmamış məndən qabaqlarda da.

Tutub ümid yolunu, çoxları etmiş səfər,

Hələ aman yurduna çatmamışdır bir nəfər.

Hey gün gəlib, gün gedib tarix boyu cahandan,

Görən yoxdur: iz qala ötüb keçən karvandan.

Sındıralı belini vəfanın bu zəmanə,

Görən yoxdur: işləsin, desin doğru zəmanə.

Vəfanın qatlanılmış beli xeyli zamandır,

Ovçu fələk əlində ən yaxşı bir kamandır.

Xaqaninin əmrinə əgər salınsa nəzər,

Aydın olar qazancı - dilindən olmuş zərər.

Bəllidir, başı qalxsın, ensin deyə həmişə,

Tərəziyə dilindən asılmaq olmuş peşə.

Mənim kimi söz deyən hələ cahan görməmiş,

Dilimdən çıxan sözdən heç kəs ziyan görməmiş.

O gündən ki, açılmış, danışmamışdır yalan,

Bəs nə olmuş dilimi quş tək qəfəsə salan?



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə