Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə54/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   148

________________Milli Kitabxana________________

Bu torpağın yaylasında qocalar ki qalxan tutar,

Qara gözlü çağaların min arzusu, həsrəti var.

İsa onun dağlarının paklığına oldu heyran,

Asiman da yüksəkliyi öyrənibdir bu dağlardan.

Ey xeyirlə qarşılaşan, xeyirxahlar xeyirxahı,

Ey səyiylə, hümmətilə əbədi nurun pənahı!

Sənsən ölmüş ədalətə can qaytarıb, dəbə salan,

Axıb gedən xəzinənin ruhlarını ələ alan.

Sən yaranıb, bəslənmisən, ülviyyətin qucağında,

Başı taclı zalimlərdən uzaqsan el ocağında.

Barmaqların ayrılsa da təsbehlərdən,yəqindir, bax,

Sehrli bir üzük sənin barmağında parlayacaq.

Torpağında diz çökərək, səcdə edər sərkərdələr,

O kəslər ki, önlərində ulduzlar da səcdə edər.

Qəbul elə, camalına bir mədhiyyə yazdım ki, mən,

Yığışdırsın təbiət də xalçasını yer üzündən.

Fəzilətin sayəsində kərəminlə mənə can ver,

Əl tut, ancaq utandıran minnətindən sən aman ver.

Yaşa, xalqın rifahına çalış, qazan əbədiyyət,

Varlıları ardınca çək, qazan, dağıt, qoyma minnət!

Sən allahın qullarının hamısına ol havadar,

Allah özü sənə hami olub, zəfər qazandırar.

26.

Budur, bir fars hicazlıyla yola çıxdı qol-qola,

Kəsra dəxi çağrıldı ki, Nemanı salsın yola.



________________Milli Kitabxana________________

Fələk qədər ülvi təxt qurdu Şeyban övladı,

Sayəsinə işığı da, ruhları da topladı.

Səkkiz cənnət gülzarında ruhlar məskən tapacaq,

Dördüncü göy nur çeşməsi Günəşə xasdır ancaq!

Bəli, bu təxt həm fələkdir, həm də ki, cənnət bağı,

Həm İsanın məskənidir, həm İdrisin yatağı*.

Onun rəhmət torpağıdır Simurğ üçün Qaf dağı,

Bu əcəbdir, nurlu yerdən axır həyat bulağı.

O səxavət Ağrısıdır, Nuh gəmisi dayanar,

Tur dağıdır, çiskinindən Nil dəryası yaranar*.

O Məkkədir, Kəbəsidir aləmə yol göstərən,

Zəmzəmidir könülləri yuyub, paklıq gətirən.

Səmadakı ulduzlar ki, məqamında görünər,

Sayrışarkən məkanına dönməsində var hünər.

O təxt ki, insaf üçün insanlığa dayaqdır,

İnsanlara, canlılara sayəsi sığnacaqdır.

Bütün dünya qalxmaq üçün ona göz dikib ancaq,

Əhvahını bilsə, yəqin o məni qaldıracaq.

Ulu şahın cəlalına aləm olubdur heyran,

Dağlar belə əyilib ki, öpsünlər ayağından.

Yəqin onun duasına əl açıbdır gecələr,

Torpaq ona oruc tutar, göylər ona baş əyər.

Düşmən onun silahını qapıb girsə meydana,

Fərq eləməz, ağıllılar müşk deməz yovşana.

O cənabın hüzuruna çatmaq istər ürəyim,

Qəribə bir qarışqayam, şah təxtidir diləyim.



________________Milli Kitabxana________________

O üç rüknün soltanıdır, mənəm dördüncü divar,

Dördüncünü razı salar payına düşsə kandar.

Bir bitkiyəm, boy ataram onun gur yağışından,

Quru yerdən baş qaldırar bitki, yağarsa leysan.

Mən bir suyam, bəxşişləri göyə qaldırar məni,

Bu rəsmdir, Günəş çıxsa, dağlar sular çəməni.

Mən bir şehəm, o dənizdir, qabarar, gah çəkilər,

Allah elə bəndəsinə gah verər, gah "yox" deyər.

O tanıyır, öz quşunu bilir necə səsləsin,

Ana bilər körpəsini südlə necə bəsləsin.

Qaya ilə suya oxşar kişidəki ehtiras,

Heç bir zaman od soyumaz, qaya da yumşaq olmaz.

Hər arzumu, diləyimi o yetirdi kamala,

Xızr içdiyi sudan mənə gətirtdirdi az qala.

Ciyərimin atəşinə su çilədi neməti,

Nə canımda tamah qaldı, nə xəstəlik illəti.

Bu qaydadır, şərab içən ifrat etsə, məst olar,

Sərxoşluğun ifratında ölüm kimi qorxu var.

Nemət içrə qərq olanlar bu dünyada çox qalmaz,

Mürəkkəbi çox götürən qələm yaxşı xətt salmaz.

Tərif ilə, xahiş ilə başlanıbdır qəsidəm,

İndi gərək təşəkkürlə ona itaət edəm.

Tərif şair ürəyindən bulaq kimi çağlayır,

Qələm ilə seyqəl tapır, şimşək kimi parlayır.

Mən başladım Əlaəddin tərifmi yazmağa,

Qoy Səmidə qəbiləsi işimi qoysun lağa.



________________Milli Kitabxana________________

O Xorasan ağasıdır, müqəddəsdir nizamı,

Zinət vermiş İraqa da, İrana da kəlamı.

Şah libası geyinməklə məmləkəti ucaldır,

Həq danışan dili daim həqiqəti ucaldır.

O cavandır, o alimdir, düz yol tutan vəzirdir,

O Musadır, o Harundur, o Yuşədir, Xızırdır.

Fəzilətli əli ilə elm, hünər ucalar,

Həssan onun bir dırnağı, barmağı Söhban olar.

Tale mənim sorağıma gəlib məni sarsıdır,

Onun qapı döyməyinin həqarət mənasıdır,

Həqiqəti duyan ürək aydın bilir, mən varam,

Mənaların əmiriyəm, qüdrətli sənətkaram.

Görürəm ki, iddəası böyük, fərsiz adamlar,

Deyirlər ki: fəzilətdə Allah məndən pay alar.

Bunlar məni sevindirir şər atdıqca adıma,

Böhtanları deyil, düşməz adları da yadıma.

Zəmanənin Cahizidir Əlaəddin aşikar*,

Sözlərində, əməlində sevinc, həm də kədər var,

Arı kimi həm şəhdi var onun, həm də tikanı,

Arı sancsa, çox incitməz bal yeyən bir insanı.

Əlaeddin xoş sözləri eşidirmi, ey xuda?

Eşidəni öyrənirmi, gətirirmi heç yada?

O düz yolun Keyxosrovu, başında var qoşa tac,

İran ona tabe olub, Rumsa göndərir xərac.

Onun parlaq zəkasından, cəlalından danışsan,

Gecə ötər, xoruz banlar, sübh açılar, sökər dan.



________________Milli Kitabxana________________

Şövqü məni qapısına doğru yola salınca,

Elə gəldim, sanki mənim at çapırdı dalımca.

Allah dini rövnəq tapdı sənin əməllərindən,

Arzum budur: bu mübarək cəmalını görüm mən.

Zaman düşmən kəsilibdir, ömür keçir, gün ötür,

Gəncliyimi qaytar mənə, məni murada yetir.

Dünya sənin əlindədir, şadlıqla vur başa sən,

Əsərlərsə mənimkidir, sözlərimdə yaşa sən!

27. İMAM CƏLALƏDDİN ƏL-XƏVARİYƏ

Rübab inlədi, sordum: nədir bu ahü fəğan?

Sənin də bağrına hicran qəmi salıb dövran?

Dedi: gözəl vətənimdə günüm başa yetdi,

Mənimlə qardaş olan dostlarım çıxıb getdi.

Maral görüncə məni ağladı, fəqət gözlər,

Deyirdi: eşqdə axtarmayın şehimdən əsər.

Zəhər kimi acı sözlərlə etdi bağrımı qan,

Piyalə gözləri dərdimə etmədi dərman,

İnad ilə qorudu qız kimi o, ismətini,

Verirlər indi mənə ehtiras töhmətini.

Bu töhmət ilə sinəm sanki parə-parə olub,

Çadırların çökəyi qəlbimin qanıyla dolub.

Günüm qaraldı qızın saçları kimi qəmdən,

Sulandı yer, o qədər qan ki, axdı sinəmdən.

Gəlin, o yazıq qızın halına yanaq, dostlar,

Vəfalı dostluğa, insafa yas tutaq, dostlar!



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə