Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə52/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   148

________________Milli Kitabxana________________

* * *


Əbu-İshaq İbrahim səxavət göstərən anda,

Fələk, səyyarələr zərrə saya gəlməz o mizanda.

Onun əynindəki paltar ona zinət olub hər dəm,

Bu köhnə paltarın altda yaşar dahi bir insan da.

Uşaqkən ağlı şəhvət büt evində bütləri qırmış,

Səadət ulduzun gördü, üzün döndərdi ondan da.

Bəli, İbrahimin möcüzlə imanı olan yerdə,

Sala bilməz onu ulduzla büt, yoxdur o imkan da*.

Əgər bəd sözlə yad etdi onu Dəccalsifət bir kəs,

Nə o sözdən, nə o kəsdən nişan yoxdur bu dövranda.

Biri çox istədi fillə dağıtsın Kəbəni, ancaq,

Onu quşlar daşa basdı, yeri duzəxdir olan da*.

Tökə tənqid odun hərgah paxıllar bir kəsin üstə,

Eşitsə İbrahim adın, o atəş də durar yanda*.

İnan, əsli səadətdir bu taledə ola insan,

Bunu təsdiq edər İdris, əgər olsa bu dövranda*.

Yeni bir dünya qurmaqçın əgər səy eyləsə bir kəs,

Ona Allah edər imdad, ola minlərcə düşman də.

Təəssüf ki, gözəl Gəncə olub matəm evi indi,

O rəhbər ayrılıb bizdən, tutub yer baği-rizvanda.

Təəccüb etmə, bir də zəlzələ qopsa bu torpaqda,

O dağdı saxlayan bu yerləri aram, tufanda.

Deyər hər bitki bu yerdə: o kəs, ya rəb, yoxa çıxsın,

Ki, almışdır onu bizdən bulud tək fəsli-nisanda.

O sədrə afərin ki, düşməninə ot edir nifrət,

Əgər dil açsa insanlar, necə gör yağdırar lənət.

* * *

Ulu həzrət, bəzək vermiş bu dünyaya sənin kölgən,



Çün islama verib zinət sənin fikrin, sənin kəlmən.

Behişt ilə cəhənnəmdən kənarda - qumlu səhrada,

Qalan kəslər səni gözlər qiyamətə kimi hökmən.

Əgər bir düşmənin ölsə, onun əhvalına mütləq,

Qəza xoşhal olar labüd, qədər diş qıcıdar, bil sən.

O dövlət ki, sənin vardır, yanar İskəndərin bağrı,




________________Milli Kitabxana________________

Külə dönməzmi Yəcucun canı, aya, bu atəşdən*.

Paxıllar çox qazan qurmuşlar, amma, mən bilən orda

Elə bir şey tapılmaz ki, səbəbkarı onun sənsən.

Sözüylə işləri, sözsüz ki, bir sifrə bərabərdir.

Bunu bir başqa yerdə söylədim, təkrar qılmam mən!

Qələmlə şux gözəllər ki, yaratdın, gizlənir məndən,

Hədiyyə verməli, pərdə alınsın dilbər üzlərdən.

Bu şeri onlara layiq hədiyyə yazmışam, çünki,

Gəlin pərdə açar üzdən, ona xoş töhfə göstərsən.

An bal sazlayanda qeybdən gəldi xuda vəhyi,

Nə xoşdur çatsa bu Xaqaniyə indi sənin namən.

Əgər sən tanrı tək feyzinlə qılsan, bəndəyə ehsan,

Arı tək can şəfası sazlaram qüdrətli təbimdən.

Calalın yerdədir göylər calalının vəliəhdi,

Ki, mən tək şair ilə öz zamanında müasirsən.

Bəzəkçidir, mənim təbim verər köhnə sözə zivər,

Dirildən köhnəni mən kimi bir ustad var? Göstər!



24. BAĞDADIN TƏRİFİ

Xızır Bağdad çeşməsindən su içib,

Həm də Musa nuru Bağdaddan keçib*.

Dəclə kövsər, Kərx isə cənnət bizə,

Xoş hava Tubasıdır nemət bizə*.

Misrə söylə, az öyünsün bir qədər,

Misrdə Bağdadın hüsnü var məgər?

Nil çayından saf suyu var Dəclənin,

Yox səfası Misrdə bu ölkənin.

Misrdə Bağdaddakı şövkət hanı?

Bu gözəllik, yüksəliş, sərvət hanı?

Bəxş edibdir Qahirə Misrə qürur,

Qahirə Bağdad yanında xar olur.

Səsləyir Bağdad səni, Misri unut!

Misrdən əl çək daha, Bağdadı tut!

Bağdadı mən Misrə oxşatsam bu gün,

Böylə tərif həcvdir Bağdad üçün.



________________Milli Kitabxana________________

Misrdə döndü xəsislərdən üzüm,

Çünki Bağdaddır səxavət ulduzum.

Bağdadın "ba" hərfı görsənsə əgər,

Misr "mim"i "vəsl əlfi" tək itər*.

Birləşən bu hərflər, bir mənada,

Yaxşı bir ünvan gətirdi Bağdada.

Bağdad olmuşdur binadan sevməli,

Kim söyər Bağdadı, lal olsun dili.

Səndə, ey Bağdad, cənhət ruhu var,

Ətrini aləm nəsimindən duyar.

Kim deyərsə, yoxdur əhlində səxa,

Bu qələt hokmü verən çıxsın yoxa!

Kim vəfasız söyləmişdir Bağdada?

Bir vəfalı varsa, Bağdaddır o da!

Sizdə yoxdursa səxavətdən əsər,

Bağdada gəl, ver əlindən çeşmələr.

Hər kimin köksündə Bağdad hüsnü var,

Güzgüdür ərşə, o sinə parlayar.

Söylədin: kim Bağdadı etmiş bina?

Söyləyim, dinlə: canım qurban ona!

Bir rəvayət var ki, Adəmdən qabaq

Bu məkana cinlər açmışdı ayaq.

Valeh olmuşlar cüyür-ceyranına,

Bağlarında sünbülü reyhanına!

Mən Gülüstan ad verərdim Bağdada,

Əql onu layiq görübdür bu ada.

Vəsfini Adəm eşitmiş bir kərə,

Bağdadı arzu edib, enmiş Yerə.

Bircə yarpaqla behişti tərk edən

Bağdadın gülzanın seçmiş vətən!

Vallahı, Bağdadda bu kol-kos ki var,

Olsa cənnətdə, ora zinət tapar.

Hind vadisi gözəldirsə əgər,

Bağdadın bir hərfi yüz hində dəyər.

Meydanında arzular at oynıdar,

Xoş fikir, xoş söz, səadət ondadır.

Əsrimin oğlanları quldur ona,

Doğdu fikrimdən sənəmlər namına?



________________Milli Kitabxana________________

Sönmədi şöləm mənim, oldu bahar,

Bağdadın yay fəslidir xoş ruzigar.

Sinəm od püskürdü olduqda xəzan,

Bağdadın qış fəsli yay oldu haman,

Naməmi Şirvan səbası, al, apar,

Onda Bağdad vəsfinin xoş ətri var!

Mən möhür vurdum, onu öpdü zaman,

Bu möhürdə vardı Bağdaddan nişan.

* * *


Bağdada ruhum qayıtdı bir daha,

Ərşə qalxdı məskəni, oldu hava.

Hər qadın Bağdadda bir aslan olur,

Qarşısında şir dönüb ceyran olur.

Oğrun-oğrun, gör, necə onlar baxar,

Bağdadın ceyranları aslan yıxar.

Tozlanıb müşk ilə Bağdad gülləri,

Burda korşalmaz dühanın neştəri.

Axşamüstü pərdə çəksə hüsnünə,

Nur səpər əflak Bağdad üstünə.

Qərbə yollansa Günəş axşamçağı,

Sübhədək Bağdad itirməz rövnağı.

Axşam oldu, qarşıma çıxdı səhər,

Sübhdür Bağdaddakı axşam məgər?

Quş kimi qəlbimdən uçdu iftixar,

Ən gözəl tərlanları etdi şikar.

Kim girir Bağdadı görmək qəsdinə,

Bir zireh taxsın zirehlər üstünə.

Ellərə Bağdad yenilməz arxadır,

Qüdrəti bu arxanın imandadır.

Həm xəlifə, həm də peyğəmbər adı,

Bir gülüstana çevirmiş Bağdadı.

Oxşayır Bağdad bədirlənmiş Aya,

Zülmət içrə aləmə saçmış ziya.

Torpağından ki, imam basmış ayaq,

Gözlərə sürmə gərək hazırlayaq.

Özgələrlə sən məni etme qiyas,

Tirməsindən Bağdadın geydim libas.




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə