________________Milli Kitabxana________________
TÖHFƏTÜL – İRAQEYN
DİBAÇƏ
...Dünən Dəclə sahilində bu sözləri yazırdım, Dəclə isə lətafətlə dadlı nəfəs alırdı. Bu
dad və ləzzət iki vasitə ilə yayılırdı: biri dilə gəlib, ibarə olur, digəri qəlbə keçib, məna
yaradırdı. Qəlbim bu mənanı barmaqlarıma axıdır, barmaqlarım isə qələmin ucuna verirdi.
Beləliklə, hər əsən külək Dəcləyə gözəllik bəxş edərək, mənim qələmimin vasitəsilə
kağıza köçürdü. Bu zaman gözümün bəbəyi Dəcləyə deyirdi: "Ey ilahi çay! Sən qəlbində
gövhərmi əritmişsən? Ya aşiqlərin göz yaşısan? Sən axan ulduzmusan, ya dövr edən
fələk?" Dəclə cavab verirdi: "Yox, mən fələk deyiləm, kəramət dəryasından bir
hissəyəm...".
...Bu "töhfə"ni nəzmə çəkən Əcəm Həssanı Xaqaniyi-Həqayiqi o böyük padşahın
xiddətində olub, onun xələtini aldığı zaman, xəzinəyə girərək, gücü çatdığı qədər ləl-
cəvahirat götürüb, dövlətləndi və padşahlıq tapdı. Vəhdət dünyasını ələ gətirib, qane oldu
və rahatlıq çadırını qurub, hirsi və tamahı nökərlər kimi dalda-qabaqda saxlayıb,
böyüklərin ağıl və elmindən sağ və sol əlini doldurdu. O, (yəni Xaqani - M.S.) şadlıq
taxtında oturub, azadlıq tacını başına qoydu və dünyaya bu cür səs saldı: "Bil ki, Allah
dövrü yaratdıqda, dövr mənim dövrüm oldu, zaman mənim zamanım". Sonra, iradədən
doğan və göylərə yol göstərən pak idrak, göylərin guşəsindən beynimin üç şöbəsinə nazil
oldu və dedi: "...Allah sənə yol göstərsin, ey Xaqani... Allah sənə sağlıq versin, ey
Həqayiqi... Sən lazım olan dərəcəyə çatdın, bəxtin möhkəm oldu, onu əldən vermə; habelə
yaramazlıqlar törədən şərabın söhbətindən çəkin, fəlakətlər doğuran dünyadan həzər et;
bu köhnə, murdar qandan canını qurtar, özünü elm və bilik kölgəsində saxla,
İxtisar edilmişdir.
________________Milli Kitabxana________________
əgər istəyirsən ki, qəlbin yaralanmasın, vərəm və aclıq törədən dövlətli adamların qapısına
yardım üçün getmə ki, onlar yaramazlıqlar törətməsin... Bu yeni ərsəyə gəlmişlərin
karvansarasında düşüb qalma ki, öz evindən kənar düşməyəsən. Bu dünya bazarının
tozunu silmə ki, ürək xəzinəsinin cəvahirlərindən məhrum olmayasan.
...Mən Şirvan məhbəsində idim. Birdən ilahi səs mənə dedi: "Əgər yüksəlmək
istəyirsənsə, ayaq götür, yola çıx ki, dövlətə zəhmətlə çatmaq olar... Yəni, dur, Şama get,
oradan ərəblərin Məkkəsinə keç, əvvəlcə... qulluğa qədəm qoy, sonra "ehram" tutub
dayan, ziyarət zamanı qəlbdən: "Ey Allah, mən sənin nə olduğunu layiqincə tanımadım"
söylə...
Sonra dövlət Məkkəsinə yol ara, onun halqasını iki əldə tutub, o türk kimi de: "Ey
mənim evim, mən sənin kimi ev görməmişəmsə, sən də mənim kimisini görməmişsən".
Deməli, sən Kəbə ilə üzləşə bilərsən. Əgər o türkün yüz nəcib oğlu var idisə, sənin də
yüz min qəribə övladın var; budur, hər birini onun qapısına qulam et və hər birinə min
dinar qiymət qoy; Musulu nəhs ev adlandır ki, orada ancaq bir nəfərdən başqa özünə
xiridar tapa bilməzsən, o da Məhəmməd ibn Əli ibn Əbu Mənsurdan ibarətdir...
BAŞLANĞIC
Bu qara torpaqla mavi asiman,
Qoymuşdur dünyada bizləri heyran.
Bu fələk, bu torpaq nə qədər ki var,
Ömür kisəmizi boşaldacaqlar.
Qəribə deyilmi, səma dövr edir,
Lakin sabit durur məhvərində yer.
Bu iki sehrbaz hər axşam-səhər,
Əyninə gah qara, gah ağ don geyər
Sarsılır varlığın indi təməli,
Açır qapıları heçliyin əli
Dörd hambal belindən atır yükünü*,
Nə ili görünür, nə ayı, günü
Göy atı tərk edir göyün tağını
Salır həm nalını, həm dırnağını*.
________________Milli Kitabxana________________
Pələng dərisitək göy xal-xal olur,
Hər şey boşluq içrə payimal olur.
Vaxtdır, öz dövründən qalsın fələklər,
Rəqs etsin yerdəki xətlər, çökəklər.
Haman bu qozbelin, vaxtdır ki, birdən,
Boz dovşan, ağ siçan düşsün belindən*.
Dişilər qalsınlar bala doğmaqdan,
Qarınlar duvağa dönsünlər bir an.
Ala gözlərinə çıxsın bir yara,
Dünyanın gününü eləsin qara.
Çünki insanlarda, qalmamış, əlbət,
Nə dostluq, nə vəfa, nə də ünsiyyət.
Dünyada qalmamış etibar, bəli,
Gözə görünməyir bir insaf əhli.
Qanun-qayda itib, bax, birdəfəlik,
Nə dinclik qalıbdır, nə asudəlik.
İndi din göyündə Dəccallar çoxdur,
Heyif ki, xilaskar bir Mehdi yoxdur*.
Bu dünyanın əli piyaləmizə,
Hey zəhər süzərək, içirtdi bizə.
Göy, sitəm şərbəti hazırlayaraq,
Onu ariflərə içirtdi ancaq.
Axmaqlar gözündə dünya heç zaman,
Seçilməz bir uşaq oyuncağından.
Qəza taxtasında bu əqlikəmlər,
Əlifba öyrənir hər axşam-səhər.
Xaqani həyatın sirrini qanıb,
Torpağın üstündə möhkəm dayanıb,
Üz tutub, hörmətlə deyir ellərə,
Onu ehtiramla dinləyənlərə.
GÜNƏŞƏ XİTAB
Oruc ağızlara ey möhür vuran,
Ey verən bahara gözəlliklə can!
Hər səma cisminin sənsən məhrəmi,
Ey dünya mülkünə atəş zəmzəmi.
________________Milli Kitabxana________________
Aya işıq verən sonsuz fələk də,
Sayəndə dincəlir hər kələbək də.
Qorxundan bu mavi səmada səhər
Gizlənmiş minlərlə rəna gözəllər.
Kainat içində açaraq qanad,
Narınctək daima gəzirsən azad.
Bağlıdır hüsnünə hər iki cahan,
Sənsən zəncilərin tükünü buran.
Cecələr qaranlıq, gündüzlərsə nur,
Sənin lütfün ilə bərqərar olur.
Sən qızıl səpirsən öz xəzinəndən,
Dünyaya sən müftə isti verirsən
Olursan gah həyat artıran kövsər,
Gah şölən bıçaqtək ömürü kəsər.
Sən hər bir qapıya bir baş vurursan,
Hər çör-çöp səninlə olur kamran.
Qövsi-qüzehi də rəngləyən sənsən,
Bir saman çöpü də rəng alır səndən.
Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.
Edirsən soltana, yoxsula hörmət,
Göylərdən artıqdır səndə səxavət.
Aya sən verirsən müftə nur donu,
Alırsan yenə də geriyə onu.
Ya vermə xələti möhtaclara sən,
Ya da verdiyini alma əlindən.
Hər bir tac səninlə edər iftixar,
Otlar da sayəndə boy atıb qalxar.
Neçin yar olursan axmaqlara sən,
Neçin pay verirsən alçaqlara sən?
Torpaqdan sən etdin hər şeyi zahir,
Yaratdın hər yerdə qızıl, cəvahir
Bəs neçin çoxların kədərə batdı?
İqbalı onları torpağa atdı?
Dostları ilə paylaş: |