Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə10/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   148

________________Milli Kitabxana________________

Həm oddur, həm sudur onların dili*.

Bəla rəngi vurur boyaqçılar da,

Odur ki, qaradır adamlar orda.

Samirilər kimi danışan zaman,

Od, alov püskürür ağızlarından*.

Çörəkçisi dəxi yaman xəsisdir,

Zahirən mələkdir, lakin iblisdir.

Gecə adam yeyər orada aşpaz,

Gündüz İsa ilə eyləyər niyaz.

Qəssabı hər gündə neçə can alar,

Boyaqçı rəng üçün qızıl qan alar.

Adamın üzünə gülür dərzilər,

Daxildə hamısı xəbis, hiyləgər.

Dövlət adamları oğrudur tamam,

Rüşvətlə dolanır hakimlər müdam.

Qərəz... Canilərdən tez ayrılaraq,

Getdim, özlərinə qaldı bağça, bağ...



ÇAYIN TƏRİFİ

O böyük ölkənin kənarında mən,

Möhkəm bir yer gördüm, sanki bir gülşən.

Onun hər milində yüz Misir vardı,

Bu yerdə sanasan yüz Nil axardı.

Soruşdum: "İraqda Nil çayımı var?

Ya da Kuhistanda belə bir hasar?

" Dedilər: "Qorumaq üçün sultana,

Bir darğa etmişlər bu Kuhistanı

Bir xətər yetməsin deyə sultana,

Bu çaydan bir hasar çəkmişlər ona".

Bu çay öz suyuyla tapıb şərafət,

Ədən dəryasından yüksəlmiş, əlbət.

Gözəldir camalı yar camalından,

Hüsnü də nazından, xöş vüsalından.

İsa nəfəsindən gəlmişdir cana,

Adəm bu su ilə gəlmiş cahana.

Ona qul kimidir mühit dənizlər,




________________Milli Kitabxana________________

Ondan pay umaraq, yolunu gözlər.

Bir zərrə qədərdir yanında Seyhun,

Bir korun göz yaşı qədərdir Ceyhun*.

Bu hüma üzlünün ördəyi, sən bil,

Simurğun özündən heç kiçik deyil*.

Burada yüksələn hər bayquş səsi,

Olur qulaqlarda Barbəd nəğməsi*.

Onun sularına baş vursan əgər,

Əlinə sədəflə mirvari gələr.

Balıq tutmaq üçün gələr Süleyman,

Onlan qızardar Məsihlə Rizvan*.

Hər ləhzə bu çaydan sahilə tərəf,

Hücuma keçərlər balıqlar səf-səf.

Burada Xızr ilə Musa yuyunar,

Hər bir qətrəsində yüz min kövsər var.

Bu çaya baş vurdum mən də bir zaman,

Keçdim dalğasından, möhkəm hasardan.



ŞİKARGAHIN TƏSVİRİ

Nəhayət, yetişdim xoş bir məkana,

Bura şikargahdı böyük sultana.

Gözümə göründü bu yer çox ali,

Misilsiz bir çəmən, gözəl, səfalı.

Onun qarşısında sönükdü dünya,

Ya hərf üzərində sükundu guya*.

Burada qurulan yüksək çadırdan,

Sanki görünürdü minlərlə cahan.

Bura  şah meydanı bir şikargahdı,

Qurbanlar kəsilən bir barigahdı.

Yüz saray əyərdi qarşısında baş,

Bu saray yüz göyə, fələyə sirdaş.

Gəlib bu saraya sultan iki yüz,

Sürmüşdür bu dərgah torpağına üz.

Hər biri üç dəfə öpüb torpağı,

"Əl-əbdü" deyərdi qullar sayağı*.

Yerin sakit yatan öküzü, budur,

Onun fərmanının bir sübutudur*.



________________Milli Kitabxana________________

Atının  çulu da, bax, dönə-dönə,

Salınır  fələyin  atı üstünə.

Fələyin göylərdə olsa da atı,

Onun hümmətilə çalır qanadı.

Bu çadır uzaqdan işıqlanırdı,

Sanki qaranlıqda çıraq yanırdı.

Gecelər nə qədər olsa da uzaq,

Onu tez göstərər nurilə çıraq.

Sirrini arifə açar mehriban,

Naəhl adamlara eyləməz əyan.

Tur dağı yandırmaz oda Musanı,

Yandırar, əlbəttə, azğın insanı*.

Bu böyük sarayın ətrafında, bax,

Durmuşlar böyüklər halqa vuraraq.

Çadır iplərini hər sadiq insan,

Eşmişdir özünün can damarından.

İrəli çıxaraq, hər sərkərdəsi,

Oxuyar dünyaya zəfər nəğməsi.

Nizamla düzülən basılmaz ləşkər,

Saysızdır göydəki ulduzlar qədər.

Sıyrılmış qılınclar yağdırır qəzəb,

Üstündə yazılmış: "Kömək et, ya Rəb!

" Böyük davalardan qalib çıxanlar,

Kiçik döyüşlərdə məğlubmu olar?

İşlədər davada o mərdlər, bişəkk,

Qılıncı dil kimi, dili qılınctək.

Onların hər zərbi yüz qəlbi dələr,

Hər səsə yüz yerdən səs, haray gələr.

Hər kəs qılıncını cantək qoruyar,

Başa dəbilqəni ağıltək qoyar.

Müştəri sifətli və Ay camallı,

Zühəl həmayilli, Mərrix kamallı*,

Hər biri keçərsə hücuma əgər,

Düşmənin canını yüz yerə bölər.

Onlar arxalanır əbədiyyətə,

Onların çadırı gəlməz afətə.

Bu yeddi fələyin ustadı Günəş,

Onun qapısının  nökərinə əş.



________________Milli Kitabxana________________

* * *


Qəlbim arzuladı o barigahı,

İstədi ziyarət eyləsin şahı.

Görüb bu dərgaha yaxın kəsləri,

Heyrətdə qalaraq, keçdim irəli,

Dedim: "Ey möhtərəm, əziz adamlar,

Ancaq sizdən imdad gözləmək olar.

Sultana siz yaxın əzizlərsiniz,

Ona xahişimi yetirərsiniz.

Can xilas edərək bəladan, qəmdən,

Gəlmişəm bu böyük barigaha mən.

Bəlkə sayəsində taparaq imkan,

Öpəm padişahın əlini bir an".

Dedim sözlərimi, lakin, bir nəfər,

Məni dinləmədi bir uşaq qədər.

Mən aciz qaldıqda, nəhayət, yenə,

Üz tutdum hümmətli kəslər səmtinə.

Bir gün Günəş kimi geyimi sarı,

Bir adam tataraq üz, mənə san.

Gəlirdi, tanıdım böyük xacəni

Ani bir şaşqınlıq bürüdü məni.

Bəxtim bu xacəyə olarkən düçar,

Sanki zər atırdım, gəldi də çahar*.



CƏMALƏDDİN  MOSULU İLƏ

GÖRÜŞ VƏ ONUNLA SÖHBƏT

Ey  fələk cəlallı, ucalsın şanın,

Daha rövnəq tapsın sənin ünvanın!

Ey dünya şöhrətli, sənin nüfuzun,

Yüksəlsin fövqünə Ayın, ulduzun.

Özünsən, mən bunu etmişəm yəqin

Birinci rəqəmi Tanrı xəttinin.

Parlaq işıq saldın zəmanəyə sən

Ulduzlar nur alır sənin kölgəndən.

Xilqətin dörd arxı, görünsən əgər,




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə