Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə12/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   148

________________Milli Kitabxana________________

Sən də acığına onların qəsdən,

Üzüyün ustünə bu sözləri yaz:

"Kimsəyə satılmaz və bağışlanmaz!

"Qorxuram əlinə üzük keçəndə,

Bilməyəsən onun qədrini sən də!" –

Deyib, üzüyünü verəndə mənə,

Önündə üzüktək əyildim yenə.

Canına dualar etməklə, həmən.

Təşəkkür  söylədim, ona ürəkdən.

Onun hüzurundan, öpərək yeri,

Sədi-əkbər kimi qayıtdım geri*,

Sevinclə, fərəhlə döndüm İraqdan.

Keçdim Kuhistanın sərhədlərindən,

Yenə də Şərvanın gördüm şərini.

Gördüm ki, əyanlar tapdıqca fürsət,

Mənim üzüyümdən  açırlar  söhbət.

Danışır üzükdən görən, görməyən,

Onun hər tilsimli möcüzlərindən.

Nəhayət, şöhrəti çatdı hər yana,

Yetişdi bu xəbər böyük xaqana.

O, qasid göndərib dərhal yanıma,

Qara-qorxu saldı mənim canıma.

Gəlib, hüzuruma, dil tökdü bubbu*,

Dedi ki, xaqanın öz hökmüdür bu:

"Get, ona söylə ki, tapşırdı şahım:

Sənə bəs deyilmi razı qalmağım?

Bu özü bir töhfə deyilmi məgər?

Şahanə üzüyü xaqana göndər!

O üzük hər canın mayəsidir, bil!

Səndə həbs olmağa o, layiq deyil!

Barmaqların ona yaraşır məgər?

Sənə qurşun üzük kifayət edər.

Cəmşid üzüyünü etmə oyuncaq,

O sənin başına  bəladır ancaq".

Dedim: "Ədalətli sayırlar şahı,

Lakin az deyilmiş zülmü, günahı.

Ədalət axtaran olmalı şahlar,

Zülmkar hökmüdar çox az yaşayar.



________________Milli Kitabxana________________

Ədlin mühəndisi qurmasaydı, bəs,

Qərar tutardımı bu mavi günbəz?

Ədalət suyundan içməsə torpaq,

Qoyarmı qızıl gül qızıldan papaq?

Ədalət olmasa, qış çıxan zaman,

Ölkəyə yaz gəlməz, batar bağ-bostan.

Yerlə döy hərəsi, bax, bir yandadır,

Onlar ədalətlə bir mizandadır.

Çəməndə güllərin can damarından,

Ədlin nəştəriylə, tikan alır qan".

Şah dedi: " Üzüyü onda sat mənə!

Əvəzində şəhər bəxş edim səne".

Dedim ki: "Dünyada nə qədər varam,

Mənə hədiyyədir, bunu satmaram.

Dünyanın kimyası verilsə mənə,

Bunu bir kimsəyə satmaram yenə,

Taxıb barmağıma gəzəndə hərdən".

Sanki Aya qədər ucalıram mən.

Xızrın gördüyü o dərin dəryalar,

Bu üzük qaşında bir damla olar.

Mən dırnaq tutarkən, onu fələklər,

Göyləri dolaşan hilal zənn edər.

Günəş paxıllıqdan edərək təlaş,

Deyirdi: "Bu üzük qütb olaydı kaş!".

* * *


Üzüm saralanda, qəlbim sınanda,

Mən qüvvət alardım ondan hər  anda.

Bəzən eyib kimi gizli tutardım,

Bəzən qoynumdakı cibə atardım.

Gəzdirər, bir sirtək üstünü örtər,

Gizlin saxlayardım onu birtəhər.

Alçaq adamların qorxusundan mən.

Gizlərdim evimin küncündə bəzən.

Uzaqda olsaydım üzük qaşından,

Bir ağrı qalxardı sanki başımdan.

Ağıl sərhəddini keçərək  şeytan,



________________Milli Kitabxana________________

Xəyaltək beynimdə dolanan zaman,

Qəzəb Tuğan şaha tərəf çəkərdi,

Tamah Təkin şaha tərəf çəkərdi*.

Biri deyərdi: "Gəl, mərd adamların,

Yanında böyükdür sənin vüqarın".

O biri deyərdi: "Namusu, arı,

Atıb da, tərif ət hökmdarları".

Mənsə bu döşəmə üstə oturdum,

Nə irəli getdim, nə geri durdum.

Lakin, möhtac qalıb çörəyə bəzən,

Öpdüm hər alçağın süfrəsini mən.

Gah zəngin məclisdə çox utanmışam,

Qızıltek torpaqda ayaqlanmışam.

Gah azca şad oldum... Düşdüm belaya,

Maraltək yem oldum bir əjdahaya.

Bədnamlar əlində səhərlər bəzən,

Alıb, qaytarıldım bir cam kimi mən.

Şadlıq məclisinin bir adəti var:

Camı dolu alıb, boş qaytararlar.

Mənim könül camım sınmamış hələ,

Heyif, çox gəzəcək o, əldən-ələ.

Sən cami-Cemşidsən, bu halət nədir?

Adi bir cam olmaq ar deyilmidir?

Daldım təfəkkürə yenə bir gecə,

Xəyalət yurdunu gəzirkən təkcə,

Ağlım qulağımdan yapışdı birdən,

Vəhdət aləminə qaldırdı yerdən.

Mən ağır, o isə cəld iş görəndi,

Mən bir kor, o mənə yol göstərəndi.

Bir əlimlə tutdum ağlın yaxasın,

O biri əlimlə şərin əsasın.

Onların köməyi çox oldu, əlbət,

Doğru yola düşdüm gəlib, nəhayət.

Nazik mil çəkildi gözümə bu an,

Gözümdən qara su çəkildi haman.

Yeddi qat gözümdə tez işıqlandı,

Doqquz qat elə bil alışdı, yandı*.

Gözümü dünyaya açarkən səhər,



________________Milli Kitabxana________________

Al-əlvan don geymiş, gördüm, üfüqlər.

Bir səhər nəfəsi, bir aşiq ahı,

Duydum seyr edəndə gülən sabahı.

Gördüm bir ağ çadır qalxdı göylərə,

Onun al ipləri sallandı yerə.

Bir qızartı tutdu göyləri bütün,

Ay da üzüyünə bənzədi sübhün.

Füsunkar bir lövhə yaratdı səhər,

Bürüdü ətrafı müxtəlif səslər.

Açılan səhəri - bu ülviyyəti,

Görəndə dərk etdim əbədiyyəti.

Adəm qırx səhərdə görmüşsə nələr*,

Gördüm hamısını mən həmən səhər.

* * *

Səhərin bayrağı yüksələn zaman,



Birdən daxil oldu Xızır qapundan.

Boynunda var idi onun həmayil,

Yox, dörd kitab idi, həmayil deyil*.

Müqəddəs bir xəyal gəzdi başımda,

Fəzilət heykəli durdu qarşımda...

Onun bir əlində əsa oynardı,

O biri əlində bir kuzə vardı.

Əlində tünd yaşıl bir çəliyi var,

Kuzəsi dirilik suyuyla dolar.

Doğruluq yolunda yola düşüb o,

Neçə bəlalardan tez ötüşüb o,

Ətri Çin ətritək könul açandı,

Ağılda, kamalda kamil insandı.

O, elm aləmində, bilin, təkdi, tək,

Bilikdə dolmuşdu o, hind qozutək.

Gözəl xasiyyəti, hər şirin sözü,

Dadlı meyvədən də şirindi, düzü.

Qəlbim uçulurdu əzab çəkərək,

Xəzinə üstünə çökmüş divartək,

O məni tamahkar gördüyü zaman,

Bunu bir uşaqlıq sandı, çox güman.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə