Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə14/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   148

________________Milli Kitabxana________________

Dedi: "Mən görürəm, səni nə qədər

Yoldan çıxarmışdır kor Əhrimənlər.

Arifə xas deyil heç bu suallar,

Bunların məğzində müxalifət var.

Belə suallardan yağır ətalət,

İxtilaf düz yolda törədər afət.

Bu sayaq zərərli sözlərdən, inan,

Bidətlər əmələ gəlir hər zaman.

Əvvəl din barədə söhbət açıb sən,

Sonra can qədimdir dindən deyirsən.

De, nə vaxta qədər sən yorulmadan,

Çürük fəlsəfədən dəm vuracaqsan?

Əslinə baxanda "fəlsəfə" sözü,

Lap "səfeh" sözünə bənzəyir, düzü.

Ayrı bir mənası olmamış dərin,

"Quran"ın, danılmaz bu hədislərin.

Önündə, məlum ki, anlayır hər kəs,

Yunan fəlsəfəsi bir çöpə dəyməz.

Vaz keç bu hədisdən, heç bənd olma, sən!

Bir fülus yaxşıdır min fəlsəfədən.

Canını, gəl, dinə sən tapşır ancaq,

Səni şübhələrdən o qurtaracaq.

"Quran" xəzinədir, şair, gərək sən,

Hər sözü alasan bu xəzinədən.

"Quran"a inandı Məhəmməd, Osman,

Özlərini ona etdilər qurban.

"Quran"ı bəzədi Osmanın qanı*,

Din yolunda şəhid etdi o canı.

Şəriətdən kənar elm yoxdur, bil,

Varsa qara xaldır, heç bilik deyil.

Qara xalı üzə heç çıxarma sən,

Gizlət ağ xal kimi iman əhlindən.

Sən uçmaq istəsən Turi-Sinayə,

Heç zaman meyl etmə Puri-Sinayə*.

Gecikmə bir an da, qəlbini həmən,

bağla kəlamına Məhəmmədin sən.

Gəl, ey Puri-Əli, üz tut Allaha,

Gəl, Əbu-Əlidən az danış daha*.



________________Milli Kitabxana________________

Gözün doğru yolu seçirkən, hələ,

Nə üçün yolundan sapırsan belə?

Dini ayağının altından hər kim,

Çəkərsə, tez onu siz dara çəkin!

Kəbəyə üz çevir, boş şeydən əl çək!

Altı üzlü olma sən nərd zəritək.

Köhnə xərabatda hər yeniyetmə,

Min zarafat etsə, dalınca getmə!

Hər boşboğazlığa inanma barı,

Mövhumdur onların danışıqları.

Bir məna kəsb elə, məzmunsuz qalma,

Hübab günbəzitək içi boş olma!

İkiüzlü olma, başsız, bədənsiz,

Dəf kimi, içiboş, üzü tər-təmiz.

Şirin busə kimi bir an xoş gələn,

Bəhrəsiz işlərlə məşğul olma sən.

Gəl, dinə arxalan, unutma dini,

Böyük sanma yunan Üqlidisini*.

Dərs olmasın ucuz sözləri sənə,

Aldanma mənasız şəkillərinə.

Sən bülbulə tapşır çox dil tökməyi,

Hörümçəyə tapşır şəkil çəkməyi.

Görmürsən, həndəsə bilən hörümçək,

Daima haramla dolansın gərək.

Soruş dindarların etiqadını,

Qədim insanların əhvalatını.

Şəriət başçısı gedən yolla get!

Yoldan çıxanlara daim nifrət et!

Böyüklər pul kəsər, lakin nə çıxar,

Saxsıdan qayırsa pulu uşaqlar.

Sən din gəmisinə minsən üzərsən,

Yeddi cəzirəni tamam gəzərsən.

Torpaq aləmindən, gəl, vaz keç bu gün,

Qoy torpaq başına torpaq tökülsün...

Dünyanı əzəli sayan varsa, bil,

O, belə, hikmətdən xəbərdar deyil.

Piləqurdu kimi bu din bağında,

Açılmaz qanadın yaman çağında.



________________Milli Kitabxana________________

Çünki ipəkqurdu qanadı ilə,

Göylərə yüksələn olmamış hələ...

Sənin tamah oxun al qana batmış,

Nəmrudtək səni də dünya aldatmış*.

Bu solğun üzlüyə qapılma bir an,

Bu qoca kaftarı tez qaç yanından*.

Sus, elə ki, gördün qışdır zamana,

Bülbültək, arıtək çəkil bir yana.

Bülbül, bal arısı gəzsə də əgər,

Dağlarda qış vaxtı nə tapa bilər?

Sinəni mətbəx et, öz oduna yan!

Öz ciyər qanını özün iç, dolan!

Öz ciyər odunla canını odla!

Yandır şəhvətini sən həmin odla.

Sən belə bir işıq yandırsan əgər,

Günəş, işığından xəcalət çəkər.

Qızınmaq istəsə günəş - bir zaman,

Gələr pay almağa sənin odundan.

Çalış, dörd qapını möhkəmcə bağla,

Başda üç mərkəzi nizamda saxla.

Hələlik başqa çür heç mümkün deyil"

Toxum səp sədaqət yerinə hər il.

Zülmün qara qışı tez ötüb keçər,

Murad çeşməsindən ruhun su içər.

Xoş bahar fəslinə gedib çatarsan,

Ömür gülüstanın gülər o zaman...

Dünya dairəsi əyridir bir az,

Əyridən heç düzlük gözləmək olmaz.

Başına əhli-din papağı qoysan,

Papaq istəməzsən xaqandan, şahdan.

Papaqsız qalsan da dərd çəkmə, yenə,

Papaqsızlıq özü papaqdır sənə.

Papaqsız qalanın hər şeyi vardır,

Hər iki dünyaya o hökmdardır.

Başında şan-şövkət papağı olan,

Qoy fəxr eyləməsin onunla bir an!

Şöhrət papağına yoxdur etibar,

Onu itirənlər olur zəlil, xar.



________________Milli Kitabxana________________

De, nə vaxta qədər başqasının sən,

Gedib qapısında baş əyəcəksən?

Gözlə öz nəfsini, öz izzətini,

Tapdaq etməsinlər heysiyyətini.

Torpaqdan yarandın, xatırla hər an,

Bil ki, xəlifəyə, dinə bağlısan.

Atəşpərəstə de, sən nə vaxtadək,

Salam verəcəksən təzim edərək?

Peyğəmbər yerində oturub onlar,

Sonra peyğəmbəri edirlər inkar.

Xeyir iş oldumu, pozurlar müdam,

Yetimin payını yeyirlər tamam.

Hərənin Dəccaltək bircə gözü var*,

İlan kimi ikidillidir onlar.

Baxırsan hər biri qanadlı quşdur,

Lakin quş olsa da, çirkin bayquşdur.

Ey ağlının Tuğan şahı olan kəs,

Özgə çörəyinə göstərmə həvəs!

Getdi o dövranlar, getdi o dəmlər

Ki, Cəmşid şah idi, div isə nökər.

Nə işlər törədir, yaxşı bax, cahan,

Cəmşid qul olmuşdur, divsə hökmran,

Hər kim alçaqlara eyləsə xidmət,

Cəhənnəm odudur, bil, ona qismət.

Tamahın dalınca gedərsə hər kəs,

Xalqın hörmətini qazana bilməz.

Hər zaman dəyişir hökmü dövranın,

Dünya tuluğudur su paylayanın,

Quruyub yapışar boş qalsa əgər,

Doldumu, şişərək partlamaq istər.

Bəlkə ruzi tapdım deyə bir qarın,

Sən nə vaxta qədər bu alçaqların,

Bərəkətsiz olan süfrələrindən,

Çörək qırıntısı döşürəcəksən?

Gedib hər qapıda olmasan köpək,

Fikrin əyri olmaz it quyruğu tək,

İş adamı deyil naəhl olanlar,

Onlarda çox çirkin it xisləti var.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə