Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə17/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   148

________________Milli Kitabxana________________

Yorulmaz burada su çəkən insan,

İp qırıq olarsa, dol olsa şan-şan,

Əl atıb fələyin doluna dərhal,

Ayın şuasıyla bu quyuya sal!*

QIZIL NOVDANIN TƏRİFİ

Ürəyi odlanan susuzlarla sən,

O qızıl novdanın yanına gəlsən,

Görərsən dəryalar bütün cuş edir,

Gəlib bu novdandan tökülüb gedir.

Xəzər təhlükəsi, xətəri, inan,

Qorxar bu novanın damcılarından

Suya bir ehtiyac duyarkən fələk,

Bu qızıl novdandan diləyər kömək.

KƏBƏYƏ

Xaqani bu alçaq, çirkin məkandan,

Ey könül Kəbəsi, sənə atır can.

O da çoxdan çəkir iştiyaqını,

Ki, sənin müqəddəs, pak torpağını,

Narınca döndərsin busəylə, gərək.

Axıtsın göz yaşı nar danəsi tək.

Dərgahda beş dəfə, hər səhər-axşam,

Gahi "dal", gah "elif', gah da olsun "lam"*.

Nəğmə oxuyarkən quşlar hər səhər,

Onun könül quşu tək səni istər.

Onun da duası budur hər zaman:

Ey Allahın evi, abad olasan!

Nə qədər bağlıdır sənə muradı,

Qulunun quludur onun da adı.

"Qulunun qulu" - bil nə deməkdir bu?

Yəni qara daşın olmuşam qulu.

Haqdan halqa almış onun qulağı,

Xaqani üzünə vurmuş bu dağı,



________________Milli Kitabxana________________

Bənövşə, lalə tək yerə bağlıdır,

Qulağı halqalı, qəlbi dağlıdır.

Nə qədər səndədir bəşərin gözü,

Sənə sadiq quldur Xaqani özü.

Sayəndə əcəmi dildə danışan,

Bu qulun gör necə dil açmış rəvan!

Sınaqdan keçirsin deyə dilini,

Açdı dodağından Rum kilidini*.

Qəbul et yazdığı mədhini ondan,

Bu dərdli qulunu qovma qapından.

Sənin camalından almadıqca nur,

Gözləri işıqsız qalıb, kor olur.

Odur ürəyində həsrət yer almış,

Yusif tək qaranlıq zindanda qalmış.

Həsrət yaşlarıyla dolan o gözlər,

Su ilə dolu bir küpəyə bənzər.

Üzünə gül vurmuş qan damarları,

Xət-xət cızılmışdır sanki rüxsarı.

Çox əzab çəkir o kədər əlindən,

Açılmır dodağı qəmlər əlindən.

Bu il istəyirdi gəlsin yanına,

Valideyn qayğısı düşdü canına.

Gördükdə dərd çəkir ata-anası,

Boğuldu qəlbində didar havası.

Valideyn sözləri etdikdə təsir,

Sanki ayağına bağlandı zəncir.

Qəza ətəyinə böyük mıx çaldı,

Qədər də boynuna bir zəncir saldı.

Nə ayrıla bildi ata-anadan,

Nə də ki, səfərə tapdı bir imkan.

Qaldı torpaq kimi o hərəkətsiz,

Çirkablı mühitdə qaldı qüdrətsiz.

İndi göz yaşıyla yazır şerlər,

Mümkünmü o bir də eyləsin səfər?

Bünövrən saxlayır bütün dünyanı,

Sənə tərif yazır şair Xaqani.

Çox bakir mənalar düzüb qələmi,

Səpir astanana incilər kimi.



________________Milli Kitabxana________________

Hərçənd ki, görünür o biçarə tək,

Hərçənd ki, çırpmışdır dünyaya ətək.

Əvvəlcə qələmə sarılan zaman,

Adınla başladı yeni bir dastan.

Onun piyadası mədhində sənin,

Qürurlu şahları mat qoyar yəqin.

O, qəm taxtasında oynarkən şahmat,

Qoyar yüz xəzinə sahibini mat.

Bu səkkiz mənzilli xanəsində, bil,

Heç kəs dura bilməz ona müqabil.

Haqqın köməyilə bir topu edər,

Səkkiz piyadanı yerlə bərabər.

O, Öz sənətilə açarkən büsat,

Fələk ustasını mütləq edər mat.

Mahmud öz qəmini dağıtsın deyə,

Fil ilə mat verdi o, Ünsüriyə*.

Bu köhnə taxtada, indisə göz aç,

Zənn et Xaqanini birinci leylac.

Yaradır o haqqı sübut divanı,

Qasid tək göndərir badi-səbanı.

Səba bu töhfəmi sənə çatdırar,

Xaqani qalmasa, əsəri qalar.

Kömək et ona, ey kərəm dərgahı,

Axı, yetimlərin sənsən pənahı!

Yaxşı bil ki, bunlar yetimdir, aman!

Hifz eylə onu sən alovdan, sudan.

Halal doğulmuşlar anadan onlar,

Qoyma, ürəkləri dağlı qalsınlar!

Saxla öz yanında oğullarını,

Coşğun ilhamının yadigarını.

MƏDİNƏNİN TƏRİFİ

Elə ki, Kəbənin sayəsində sən,

Baxıb camalına dincəldin, həmən.

Oradan üz tutub Mədinəyə get!

Gedərək on günlük yol, ziyarət et!



________________Milli Kitabxana________________

Onun bünövrəsi səddir cahana,

Bu şəhər ruh verər hər zaman cana.

Mədinə adını yazıb oxusan,

Ortada din sözü olacaq əyan.

Müsəlman ruzusu kimi edər tox,

Gəliri az olar, bərəkəti çox.

Xurma bağlarını əkmiş Cəbrail.

Suvarmış onları hər gün İsrafil*.

Gülabda islanmış toxumları həm,

Cənnətdən gətirmiş Həzrəti-Adəm.

Günəş şüasına bənzər hər ağaç,

Bulud tək bürünüb, görünər qıyğac.

Burada yetişən xurmanı fələk,

Səma təbəqinə qoymuşdur Ay tək.

PEĞƏMBƏRİN TƏRİFİ VƏ

ZƏMANƏDƏN ŞİKAYƏT

...Qüdsiyyət anası doğarkən yerdə,

Səndən artıq övlad doğmadı bir də.

Olmasın deyə bir başqa övladı,

Bətninə nütfənin yolun bağladı.

Dünyanın şərəfli tarixi sənsən,

Başlanmış o sənin vilayətindən.

Yeddi min il altı gün içrə əsla,

Belə bir xoş günü görməmiş dünya.

Sanasan bu gündə qurulmuş cahan,

Bu mavi xoş fəza, geniş asiman.

Bu qübbə sənə bir çadırdır, ancaq.

Xaqani qapında bir zərrə torpaq.

Bir insan edərək Xaqanini sən,

Qaldırdın göylərə mərdliklə yerdən.

Fanilik bəndindən xilas olaraq,

Əbədi aləmdə qurdu təmtəraq.

Sənin tərifinə dil açdı haman,

Oldu söz mülkünə böyük hökmran.

Sənət meydanında o gündən bəri,




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə