Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə18/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   148

________________Milli Kitabxana________________

İlhamı yaradır söz gəlinləri.

Onları təbilə keydirir dona,

Odur ki, Xaqani deyirlər ona.

Onların hər biri bakir gözəldir,

Sənət pərdəsində dürri-əzəldir.

Min dərdli ürəyə verirkən qüvvət,

O, səndən gözləyir lütfü-mərhəmət.

Səninlə bitdisə əgər nübüvət,

Bitdi Xaqaniylə şer və sənət.

Qalarsa dünyada yazdığı dastan,

Sənin tərifinlə dolar bu cahan.

İdrakım gətirdi qapına məni,

Bəxt açdı üzümə bu xəzinəni.

Könlüm yaralıdır, özün al qisas,

Bu qəm dəryasından et məni xilas!

Zəmanə əlindən halım yamandır,

Dadıma sən yetiş mənim, amandır.

Əritdi günahsız qəlbimi fələk,

Ey göylərin şahı, özün ol kömək!

Zalımlar zülmündən mən çəkirəm dad,

Ey adil, sən özün et mənə imdad!

Olmuşlar məndəki hünərə düşmən,

Köməyim sən olsan xof etmərəm mən.

Verirlər qəlbimə cəfa, əziyyət,

Sən qəbul eyləsən bitər bu möhnət.

Başıma əl çəksən, mənim nə dərdim,

Zəmanə əhlindən mən əl çəkərdim.

Eyləsən lütfünlə mənə bir kömək,

Nə insan qorxudar məni, nə fələk.

Əlinə kim kavə dirəfşi alsa,

O, iki ilandan xovf etməz əsla*.

Bir müddət bir loğma çörəkçin mən də,

Dişimi sındırdım nakəs önündə.

Könlümü verdikdə sənə, nəhayət,

Dişlərim zərbədən qaldı səlamət.

Bəli, yaxşıların yaxşısı sənsən,

Sənin tərifinlə yüksəlirəm mən.

Sənin iqbalınla düzəldi işim,



________________Milli Kitabxana________________

Nəhayət, göründü son ağıl dişim.

Töküldü tamahkar dişlərim tamam,

Nə çörək axtardım, nə dadlı təam.

Sevginlə dünyanın daşını atdım,

Yolunla qənaet mülkünə çatdım.

Səfalı bir bağda yaşardım azad,

Bu açıq alınla oldum qəlbi şad,

Həyatım bir zaman divə tuş oldu,

İyirmi iki il ömrüm puç oldu*.

Elə ki, özümü qapına saldım,

O itən ömrümü geriye aldım.

Anladım səhvimi, oldum peşiman,

Əl çəkdim o keçən duyğularımdan.

Sənin qapındadır əbədi dövlət,

Başqa qapılardan çəkmərəm minnət.

Qapından çatarkən mənim niyazım,

Başqa qapıları döymək nə lazım?!

Adam da duzlaqda duz axtararmı?

Dəryada balığı axtaran varmı?

Günəş heç Məqribdən çıxarmı səhər?

Ya da Ay Məşriqdən çıxarmı məgər?

Cənubdan bir xeyir gözləyən insan

Məhrumdur, yəqin ki, sağlam ağıldan.

Bir yer var, orada xətər mahaldır,

Süheylin yeridir o yer - şimaldır*.

* * *

Qədirbilməzlərdən çox zərbə aldım,



Lovğa adamların əlində qaldım.

Onlar heyvan qədər şüursuzdular,

Cəhalət üzündən hamı fitnəkar.

Gördüm ki, ehtiyac boğur ölkəni,

Tamahı tərk edib, mən tutdum səni.

Sığındım ədalət asitanma,

Bu düzlük yurduna, haqq məkanına.

Əl çəkdim yurdumun gözəlliyindən,




________________Milli Kitabxana________________

Gəldim əzəmətli bu ölkəyə mən.

Mənə məclislərdə edildi hörmət.

Bir çox qəbilələr verdi ziyafət.

Qurtardım tamahın sərt havasından,

Nəfsin, qəhətliyin min bəlasından.

Qapına mən qaçdım olasan pənah,

Mənə bu qapıdır bir istinadgah.

Uşaq da anadan qaçsa, bu, yəqin,

Qaçar qucağına ancaq dayənin.

Mən yenə ümidlə qapına gəldim,

Torpağa üz qoyub, ruhən yüksəldim.

* * *

Sirlər yuvasından uçan bir quşam,



Səslə, qəfəsinə gəlib qonmuşam.

İsinib bu ali xislətinə mən,

Sənin qəfəsini eylədim məskən.

Hər yerə uçsam da mən birnəfəsə,

Yenə qayıdaram bu xoş qəfəsə.

Deyiləm yırtıcı, vəhşi qırğı tək,

Ki, sinə yırtaraq, çıxaram ürək.

Kəklik arxasınca qırğı tək səfil,

Gəzmərəm bir şikar arxasınca, bil!

Yaramaz sağsağan kimi də bir an,

Əncir axtarmaram hər cır ağacdan.

Yaxşıdır göyərçin balası kimi,

Anamın ağzından alım ruzimi.

Gəlməz, tuti kimi, xoşum təqliddən,

Bubbu tək sirləri axtarmaram mən.

Sar kimi olsam da, yazıq milçəklər,

İnciməz əlimdən bir zərrə qədər.

Nəğmə oxusam da şeyda bülbül tək,

Həç kəsdən ummadım bir tikə çörək.

Gözüm nakəsləri görməsin deyə,

Bayquş tək sığınnam bir xərabəyə.

Bir tavus yarandım haqqın bağında,




________________Milli Kitabxana________________

Simurğam mən dinin o Qaf dağında*.

Ey behişt ağası, sənin süfrəndən,

Hüma quşu kimi sümük yedim mən*.

Sənin kəramətin göstərib təsir,

O sümük mədəmdə oldu tabaşir.

Daha mən çörəkçin ağız açmaram,

Əlindən alıram qida sübhü şam.

Zahiri görüşü sevmirəm əsla,

Ürəyim axtarır batini məna.

Belə ülviyyəti sevən ürəklər,

Təbilə yaradar misilsiz gövhər.

Fəqirlik cəlalı olan hər adam,

Mənə pənir, sirkə vermədə müdam.

Təbin gücüylə bu pənir, sirkədən,

Süd ilə şərabı yaradıram mən.

Qaydadır, şərabdan sirkə alınar,

Məlumdur süddən də pənir çalınar.

Təbimsə yaradıb möcüz, inqilab,

Pənirdən süd verir, sirkədən şərab.

Kamiran adamlar kimi heç zaman,

Nə şərab içərəm, nə də qızıl qan.

Mən qardaş qanına susamadım, bil,

Beş hissim bunlara müvafıq deyil.

Babam Adəm kimi etdikdə günah,

İncir yarpağına aparram pənah.

Lakin təkəbbürlü adamla bir an,

İçmərəm atəşi üzüm suyundan.

Üzümün qızına vermişəm talaq,

Dinin gəlinilə evlənmişəm, bax.

Öyrətdi bu işi mənə şəriət,

Dönmərəm bu yoldan heç zaman, əlbət!..

* * *

Keçmişdir o günlər, çörək üzündən,



İkidilli oldum bilə-bilə mən.

İndi qılınc kimi kəskin dilim var,

Qılınc sıyrılanda kəsərli olar.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə