Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə20/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   148

________________Milli Kitabxana________________

O həyat bəxş edən baği-İrəmdir.

Hamı bu hərəmə baş əyir müdam,

Kainat bu sədrə edir ehtiram.

Dünyaya hökm edir onun qüdrəti,

Vardır bu sədrdə mələk xisləti.

Bəlkə də səmadır onun xəyalı,

Göyün üst qatıdır onun nihalı.

Mosul bir səmayi-mülki-heyrətdir,

Sahibin tikdiyi bir imarətdir.

Mosula sən söylə üçüncü aləm,

Sahibi adlandır ikinci Adəm.

Qırx gündə düzəlmiş onun heykəli,

Ona da dəymişdir Allahın əli.

Alınmış torpağı, suyu həvəsdən,

Canlanmış o da bir qüdsi-nəfəsdən.

Cəmal da ikinci Adəmdir bu gün,

Xəlifə yaranmış dünyaya bütün.

Hər an mələklərə gəlir bu xəbər:

İkinci Adəmə səcdə etsinlər.

Mosulun torpağı dördüncü səma,

Bu göydə mövcuddur Günəş və İsa*.

Kəramət Günəşi yüksələn zaman,

Bəxtin azançısı deyir ucadan:

Ey səhər gözləyən insanlar, qalxın,

Budur, əbədiyyət sübhüne baxın!

Səhərin hüsnünə veriniz salam,

Ona səcdə qılıb edin ehtiram.

Bax, kərəm günəşi açaraq şəhpər,

Şamın məşriqindən doğur hər səhər.

Onun doğduğu yer olduqca bu Şam

Şanım səhərində doğar ehtişam.

Fələyin günəşi söz verdi dərhal, Ki,

Şamın şərqindən göstərsin camal.

Çünki Şam mülküdür namü ehsanın,

Alır rövnəqini, bil, Xorasanın.

İraqın başçısı o Şam sahibi, -

İslam ölkəsinin tamam sahibi.

Camal, bil, Cəmşidi kölgədə qoyar,



________________Milli Kitabxana________________

Cəbrayıl qanadı ona sayədar.

O zərrin tacıdır tacidarların,

Şahıdır dünyada hökmdarların.

Qətidir hər hökmü, rəyi, fərmanı,

Həşmət sarayıdır onun məkanı.

Kainat ki, sonsuz böyük hicabdır,

Onun əllərindən düşən hübabdır.

Günəş ki, məşəltək göyləri gəzər,

Hümməti önündə xəyalə bənzər.

Əli möcüzələr göstərən dəmdə

Cam da heyran qalar bu sehrə, Cəm də*,

Yanşa bilərmi heç onunla Cəm?!

Bil, onun əlinə baş əyir aləm.

Cəmşidin camında görünən cahan,

Onun öz əlində görünər hər an.

Altmış ilə birə fərq qoymayan da,

Bilir ki, cam heçdir əl olmayanda.

Ağla qüvvət olar hər zamanda əl,

Cam isə ağıla törədir əngəl.

Bir ürək qanı ki, camla yaranar,

Belə ürək qanı nə işə yarar?

Zahirdə özünü şən göstərir cam,

Lakin, de, heç püxtə olarmı bir xam?

Cam özü bəladır xalqa, xilqətə,

Onunçun düşmüşdür özü illətə*.

Gərəkdir ki, səma, xurşidi-aləm,

Cəmalın əlinə qoysun cami-Cəm.

Cəmşid bir nökərdir Cəmaləddinə,

O bir iftixardır Cəmşid nəslinə.

* * *

Əgər qonaq olsan Cəmalə bir an,



İtmiş həyatını geri alarsan.

Onun sayəsindən ilham alaraq,

Səlamət yaşar od, su, hava, torpaq.

Ey günəş parçası, bir qalx yerindən,




________________Milli Kitabxana________________

Get, yaşa Cəmalın sayəsində sən!

Ulduza nur verən Günəşdir, Cəmal,

Get, Günəş olmaqçün sən ondan dərs al!

Hazır ol, nə desə dərk eylə sən də,

Sonra da təkrar et öz hafizəndə.

Alaraq göstəriş o sərkərdədən,

Mədinə şəhrinə qoşun çəkərsən.

Əkər sən çıxmasan onun sözündən,

Məkkəni salarsan razı özündən.

Qəribə deyilmi, Məkkə də ona,

Kəbəylə birlikdə eyləyir dua.

Ona Nizamülmülk ad qoydu zaman,

Sonra dediyindən oldu peşiman*.

Ona şahın özü olarkən qulam,

Bir də yaraşarmı deyilsin Nizam?

Onun əlsuyundan, ayaq tozundan

Təcrübə etməkçin toplayıb yığsan,

Bunlardan bir Allah cahan içində

Yüz Nizam yaradar bir an içində.

Xəlil tək bütləri sındırıb atdı,

Dində açıq gözlə Kəbə yaratdı.

Bununçun dünyanı düzəldənlər, bil,

Ona ad verdilər ikinci Xəlil*.

Sarı rəng qələmi alov tək yanır,

Özü də atəşlə, bax, qidalanır.

Bədəncə misirli, dəridə Yəmən,

Paltarı Çindəndir, papağı Hinddən.

Möhtac ölukələrə ruzi payladı.

Misirli Yusif tək məşhurdur adı.

Mədəsi İsa tək, vücudu - Yəhya*.

Özüsə heç oruc tutmayır əsla.

Surəti sandır, məzacı xəstə,

Başı yaxşı durur bədəni üstə.

Qocadır, uşaq tək o zəifhaldır,

Bununçun orucu yemək halaldır.

Hicrətdən beş yüz il keçən müddətdə,

İslamı saxladın müvazinətdə.

Sənin gövhərini bu çərxi-fələk,



________________Milli Kitabxana________________

Dörd gövhər başına tac qoydu, bişəkk*.

Yetimlər saxladın Simurğ kimi sən,

Dənizdə inci də çıxmaz əlindən.

Layiqdir Kəbənin xələti sənə,

Bağlıdır xilafət şöhrəti sənə.

Sənin tədbirində böyük hikmət var,

Tutub Abbasilər sayəndə qərar*.

Bununçun istərlər Xəzəridən bac,

İstərlər Rum, Xəllux, hindlidən xərac,

Qeysər də keçərək Rum yollarından,

Məkkə qapısında olar pasiban.

Bu gün dünyaları fəth edən rumlu,

Olacaq qapının damğalı qulu.

Süleyman tikdirən zamanda bina

Ona əcinnələr oldular bənna*.

Sən isə imarət tikdirən zaman,

Mələklər oldular ona daşqoyan.

Günəşin oduyla birləşən kövsər

Dağlarda durmadan əhəng düzəldər,

Qafqazdan toplanmış mərməri, daşı,

Ulduzla bəzənmiş bürclərin başı.

Qiyməti üstündür belə bürclərin,

İskəndər tikdirən bürclərdən yəqin*.

Saxlanır burada gənc içində gənc,

Sən də mərkəzində bir şahi-şətrənc.

Bu şəhrə qoyarsaq ədalətlə ad,

Yəqin ki, deyərik Ədalətabad.

Ona döşəmədir bu doqquz fələk,

Odur səkkizinci asiman, demək.

Demişlər hər zaman alicənablar:

Şəhərlər bu yerlə edər iftixar.

Ey Keyvan şərəfli, Səmak cəlallı,

Ey Rizvan sifətli, behişt cəlallı*,

Vəsfində bu ağıl qalmışdır heyran,

Daha söz qalmadı mən edim bəyan.

Sözlərin qüdrəti mədhinə çatmaz,

İdrak bundan artıq məna yaratmaz.

Bu həddən yuxarı yol tapmaz xəyal,



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə