Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə28/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   148

________________Milli Kitabxana________________

Qədərxan öldü, bir gün də Səmərqənd etmədi nalə,

Məlikşah getdi, bir kəs görmədi ağlar Xorasanı.

Məlikşah "od-su" adlandı, su axdı, atəşi söndü,

Kül oldu, torpağa döndü, məkan qıldı Sifahanı*.

Vurarkən Səncərə şəbxunu Gurxan fateh adlandı,

Əcəl Gurxana şəbxun vurdu, kor oldu şəbistanı*.

Görün, Xaqaniyə hümmət necə imkan yaratmış ki,

Bu gün yüz fəlsəfə ustadını saymaz da Xaqanı.

2. ÖZÜNÜ TƏRİF VƏ

PAXILLARI MƏZƏMMƏT

Söz mülkünün məndən yaxşı yoxdur özgə şəhriyarı,

Bu dünyada tək mənimdir söz mülkünün ixtiyarı.

Bakir məna Məryəminin Cəbraili, bəli, mənəm*.

Mənaların aləminə hakiməm, yol göstərənəm.

Ağlın Tuğanşahına həm vəkil, həm nayibəm mən*,

Fəzilətin gəlininə ləyaqətli sahibəm mən.

Geyib hikmət zirəhini, indi hərif istəyirəm,

Açıb ilham süfrəsini, uca səslə "gəl" deyirəm.

Mənim bakir sözlərimdir xasiyyətdə ruh tilsimi,

Mənim qəlbim nurlandırır ağılları günəş kimi.

Sehir düzən şairlərə sapı verən, bil, mənəm, mən,

Bütün şer zərrabları hey kimiya alır məndən.

O Həssanın qəlbin yeyən bu nəzmimin həsrətidir,

O Söhbana sillə vuran bu nəsrimin qüvvətidir*.



________________Milli Kitabxana________________

İlhamımın Büraqı da hansı yerdə salarsa nal,

Fələk onu döyüş üçün kəskin qılınc edər dərhal*.

Mübaliğə deyil əsla: "papağımdır - əzəliyyət,

Günəşin insanlara tikdiyim - əbədiyyət".

Yer üzündə kölgə kimi sakinəmsə, diqqət et bir,

Əsərlərim Günəş kimi mənzil-mənzil dünya gəzir.

- Bu ustadın adı nədir? - Biri deyir heyran-heyran,

O biri də soruşur ki: - Bu sehirkar gəlmiş hardan?

Qənaətin şahlarşahı verən gündən mənə fərman,

Hərisliyin xidmətçisi tuta bilməz, bil, yaxamdan.

Mədhim şirin, həcvim turşdur,bunu bilir hər bir insan,

Mey alınır üzümümdən, tutiyasa turş qoramdan.

Mən əmirəm, dilim ərşin sərvətinə bir açardır,

Dediyimə Məhəmmədin hədisində sübut vardır*.

Dəfinələr, xəzinələr içindəyəm hər zaman, bax,

Onlar isə inci tapmaq həvəsilə ələr torpaq.

Bu aləmə gələn gündən ağlın mənəm bir çırağı,

Onlar isə kordur tamam, görməyirlər heç uzağı.

Dərrakəmin, qüdrətimin düşmənidir bu paxıllar,

Bax, bu sehri, xariqəni riyakarlar edir inkar.

Bir neçə haqq tapdalayan Yusifə də dedi hədyan,

Məhəmmədin sözlərini yalan saydı neçə nadan*.

Məna yurdu Hindistanda Adəm kimi tutdum qərar,

Sənət yurdu Çində "mərdüm-giya" olmuş bu ulaqlar*.

Qurşun kasa içi kimi qapqaradır ürəkləri,

Civə qabı ağzı kimi bərk bağlanıb ver əlləri.



________________Milli Kitabxana________________

Sanki onlar quldurluğun məktəbini bitirmişlər,

Küfrə qardaş olub, səfa dostlarını itirmişlər.

Mən ki, Misrin əziziyəm, ləyaqətsiz bu adamlar,

Bazarlarda veyillənib gəzə-gəzə namus satar.

Haqlıdırlar - bir səbəbdən onlar olsa mənə düşmən

Çünki Süheyl ulduzu tək öldürürəm bicləri mən*.

Peymanəmi yalayarlar onlar susuz olan zaman,

Ac qarını doyurarlar bol süfrəmin artığından.

Fillər kimi başlarında olan beyni əzərəm mən,

Çıxardaram ilan təki mən onları dərisindən.

Ad qoşunu olsa onlar, mənim yel tək qələmim var,

Onlar Yocuc tayfasısa, mənim nitqim sura oxşar*.

Onlar nahaq özlərini Xaqaniyə bənzədirlər,

Çirkab suyu təmiz neysan yağışına necə bənzər?

Qamışlıqda qarğıların bütün rəngi görünsə bir,

Birisindən şəkər çıxır, digəridən quru həsir.

Bəziləri eşidərkən şerimdəki fəsahəti,

Beyinləri alov tutar, artır mənə küdurəti.

Deyirlər ki, özümüzük dəniz güclü o Xaqani,

Bəli, onlar Xaqanidir, ortasından atsan "qa"nı*.

3.

Kinayə edib, söylədin, Xaqani,

Şerlər yazırdı rəvan Ünsüri.

Bəli, eylə bir şaha məddah idi,

Ki, oldu belə kamran Ünsüri.



________________Milli Kitabxana________________

Qəzəl yazdı ay üzlü yar eşqinə,

Olub şahlara mədhxan Ünsüri.

Qəzəl, mədhdən başqa öz təbini,

Daha etmədi imtahan Ünsüri.

Qəzəl, mədh yazmaqda, aləm bilir,

Deyil mən qədər dürr saçan Ünsüri.

Bu sehri ki, mən şerdə etmişəm,

Bunu etməmiş heç zaman Ünsüri.

Əgər şer yazmaqda on hüsn var,

Birindən fəqət tapdı şan Ünsüri.

Mənim şerimin tazə üslubu var,

Qədim səpki bildi haman Ünsüri.

Nə təhqiq, nə zöhd, nə vəzdən,

Kiçik söz də bilməz, inan, Ünsüri*.

Bununla belə, şah Məhmuddən,

Hesabsız alıb ərməğan Ünsüri.

Beş-on beytə almışdı yüz qul, qızıl,

Alındıqda Hindustan, Ünsüri*.

Qızıldan düzəltdi qaşıq, qab-qacaq,

Gümüşdən düzəltdi qazan Ünsüri.

Sağ olsaydı, indi bu nakəslərə,

Yazardı, yəqin, min yalan Ünsüri.

Bu namərdlərin süfrəsində sümük,

Sorardı pəri tək nihan Ünsüri.

Çörək arzusuyla bu alçaqların,

Əlindən öpərdi hər an Ünsüri.



________________Milli Kitabxana________________

Ağızda deyildi mənim tək dili,

Qılıncdan iti, səf yaran, Ünsüri.

Yox idi mənim tək onun nizəsi,

Döyüşdə verə imtəhan Ünsüri.

Nə nəzmi, nə nəsri çatardı mənə,

Deyildi dərin nüktədan Ünsüri.

Nə nəzmiydi pərvin, nə nəsriydi nəş,

Olammazdı şəmsi-cahan Ünsüri*.

Nə alim, nə şarehdi, nə bir ədib,

Nə Söhban, nə yarəb bəyan Ünsüri*.

Qızılla necə süslənər bir gəlin,

Qızıl aşiqiydi yaman Ünsüri.

Verib malımı, şad olduqda mən,

Alıb zər, olar şadman Ünsuri.

Bilikdə başı ərşə yüksəlsə də,

Vara, sərvətə atdı can Ünsüri.

Bilikdə olar Ünsüri hər yetən,

Ola bilməz hər varlanan Ünsüri.

4. QİTƏ

Böyük şair mənəm, məna süfrəsi də mənimkidir;

Ünsüri də, Rudəki də artığımla dolanarlar.

Adım alim nəfsi kimi təzəlikdən dipdiridir,

Kəramətli adamlar tək mənim də az tamahım var.

Sözüm gündüz qədər ağdır, vəziyyətim gecə kimi,

Şerim qılınc çəkən hindu, ahını göyə min ox atar.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə