Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə24/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   148

________________Milli Kitabxana________________

Çox bəlalər gördüm mən ruzigardan,

Sanki baş qaldırdı bənövşə qardan

Ağ lövhdə bəxtimi qara yazdılar,

Etdi "Nun vəl-qələm", taleyimi zar*.

Baxdıqca bu "nun"a bu "vəl - qələm"ə,

Bir "Yasin" pilərdi dərdə, ələmə.

Gördü söz mülkünə mən bir hakiməm,

O, mənə ad qoydu: Həssani-əcəm*.

Qəlbimin ayağı məxzənə batdı,

Omrüm də iyirmi beş ilə çatdı.

Bildi söz mülkünə mənəm hökmran,

Qarşımda fərəhdən əmim verdi can.

Bu fani dünyanı gülər tərk etdi,

Hardan gəlmişdisə, ora da getdi.

Bir dəfə asqırıb eylədi rəhlət,

Mələklər oxudu ona min rəhmət.

Qırx il bu dünyada o, subay qaldı,

Nəhayət, cənnətdə bir huri aldı.

Kim belə bir yara olarsa məftun,

Haqqı var subaylıq çəkməyə onun.

Ayrılıb getdikdə məndən o sərvər,

Mənim ətrafımı aldı düşmənlər.

İntiqam almaqçin fani dünyadan,

Adəm köçüb getdi, yaşadı şeytan.

İZZƏDDİNİ TƏRİF

Bir nəzər saldıqda ali məclisə,

İzzəddin yadigar qalmışdır bizə.

Var ikən sinəmdə qəmlərdən qubar,

İzzəddin olmuşdur mənə qəmküsar*.

O, məni oxşayar, əzizləyərdi,

Silərdi könlümdən hər qəmi, dərdi.

İzzədin Məhəmməd mənə verdi can,

İzzətlə yüksələr hər kiçik insan.

Əlimdə izzətdən dir sənəd vardır,

İzzətlə yaşayan nə bəxtiyardır.



________________Milli Kitabxana________________

Həqiqət əhlinin dəftərlərindən,

Almışdır məhəbbət dərsini, bil sən.

Həqiqət əhlinə Günəşdir üzü,

Hər oruc tutana bayramdır sözü.

Söhbətə başlarkən o böyük ustad,

Zəmanə Söhbanı susub, qalar mat*.

Düzlük aləmində qəlbi təmizdir,

Dinin havasında safdır, əzizdir.

Yumuşdur sədaqət suyuyla hər an,

Tamahın tozunu can paltarından.

Düşməndir o, zülmə, nəfsə, zülmətə,

Könül verməmişdir bir xəyanətə.

Ürək paklığını etmişdir şüar,

Onunçun adını qoymuş təmizkar.

Gördüyü ləkəni göz yaşı silər,

Könül güzgüsündən hər axşam-səhər.

Möcüzə diqqət et, göstərib hünər,

Gör necə su ilə güzgü təmizlər.

Onunla hər görüş bir səadətdir,

Hər sözü, söhbəti bir nəsihətdir.

ÖZ VƏZİYYƏTİNDƏN ŞİKAYƏT

İndi də halımdan qoy gileylənim,

Gör, necə olmuşdur əhvalım mənim:

Bəla dənizinə düşdüyüm gündən,

Sədəftək əlsizəm, ayaqsızam mən.

Mirvari tapmaqçin amansız fələk,

Doğrayır sinəmi hər an sədəf tək.

Gümüş tək əridir gah bədənimi,

Gah da qəmlə əzir bir civə kimi.

Məni tidə gördü zamanın gözü,

Soldu, çopurlaşdı bəxtimin üzü.

Dərdidir o titə belə dövranın,

Çopurluq şərridir bizim Şərvanın.

Olsam da mən dünya görmüş qaraquş,

Zəmanə qol-qanad məndə qoymamış.



________________Milli Kitabxana________________

Çıxır boğazımdan hey ahü-fəğan,

Paxıllar əlindən çəkirəm aman.

Mən işlək öküzəm, meydan isə dar,

Hər işdə sayırlar məni günahkar.

Zəmanə boynuma bağlayıb kəmənd,

Cismimi etmişdir bu meydana bənd.

Amansız fələk də məni hər saat,

Bir işlək öküz tək qoymayır rahat.

Ürəyim bağlayır günbəgün qubar,

İşimin nə sonu, nə əvvəli var.

Arizu varsa da, ona yol yoxdur,

Murada çatmağa maneə çoxdur.

Göz yaşım rəngilə zərişgə döndü,

Batan Günəş kimi surətim söndü.

Gördükdə ürəyim od tutub yanır,

Zərişkin qəlbi də tez alovlanır.

İşim baş tutmayır, ürəyim sınıq,

Məzuram, boğarsa məni hıçqırıq.

Fitil nazik olsa, tükənərsə yağ,

Titrək işıq saçar ətrafa çıraq.

Mənfur dövran kimi, gör, necə işdir,

Mənim bir günüm də xoş keçməmişdir,

Bir təqvim ilində olan kimi, bəxt

Bir gün artırmadı ömrümə heç vaxt.

Elə ki, təqvimin günləri dolur,

Demək, il qurtarır, təqvim məhv olur.

Onunla bir daha hesab edilməz,

Ondan heç kəs tarix öyrənə bilməz.

Onu yox edərsək, dönər xəyala,

Onunla oturub baxmazlar fala.

O ya vərəq-vərəq verilər yelə,

Ya kitabxanadan atılar çölə.

Ya silib atarlar əlin kirini,

Küçəyə səpərlər vərəqlərini.

Əvvəl sayılsa da lazım, mötəbər,

Sonra bir gərəksiz şeyə çevrilər.

And olsun allaha, dövrün əlindən,




________________Milli Kitabxana________________

O vaxtı qurtarmış təqvim mənəm, mən.

Heç vəfa görmədim bir həmdəmimdə,

Görmək nə, heç onu eşitmədim də.

Yusif qardaşlardan çəkdi min əzab,

Mən ondan daha çox çəkdim iztirab.

Könül dərd əlindən düşdü təlaşa,

Oxşaram bir küncə atılan daşa.

Mən baxa bilmirəm öz ailəmə,

Dərdimdən od düşür bütün aləmə.

Mən məna yaradan tutiyəm, əfsus!

Şərvan qəfəsində olmuşam məhbus.

Qəza yer üzündən sildi adımı,

Kəsdi dimdiyimi, qol-qanadımı.

Çıxartdı səadət Hindistanından,

Qovladı əməlin gülüstanından.

O mənə şəkər yox, zəhər yedirdi,

Nəhəngin ağzından mənə su verdi.

Mən ölüb qurtaran tuti kimi, ah,

Nəhayət, ölümə getirdim pənah*.

Zəmanə xalqının əlindən artıq,

Susmuşam, olsam da bir gözəl natiq.

Mən işin sonunu bildiyim üçün,

Nitqin ayəsini pozdum büsbütün.

Məryəmə töhmətlər yağdırılan dəm,

Dinməyib, inadla susmuşdu Məryəm.

Neyləyim, başımdan qorxaraq mən də,

Dilimi ağzımda saldım kəməndə.

Kəsdisə dilimi üzlət xəncəri,

Dil tövhid deməkdən durmadı geri.

Qılınca oxşasa yaxşı olar dil,

İş görsün hər zaman, quru söz deyil.

Şamaxı, bu gözəl, bu geniş diyar,

Nə üçün bəs gəlir ürəyimə dar?

Ah, mənə Şamaxı bir zindan oldu,

Hər tüküm canıma zindanban oldu.

Yanıma nəinki qoymazlar insan,

Külək də boylana bilməz qapımdan.




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə