Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə22/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   148

________________Milli Kitabxana________________

Hermes haradadır, hanı o alim?

Gəlsin ki, təxtini özüm düzəldim*.

Nuh hanı ki, ona verim yadigar,

Bu memar təbimdən səttarə, pərgar?!*

Ne qədər məskənim bu xoş məkandır,

O Şərvan deyildir, bir Xeyrəvandır*.

Təsdiq etməsə də bir neçə naşı,

Xaqanilə bitmiş söz yonmaq işi.

ATASINI TƏRİF

Atam, aləm bilir, nəccar Əlidir,

Onun səxavəti elə bəllidir.

O məni böyüdüb, vermişdir çörək,

Mədh edəm mən onu qələmlə gərək.

Sənətdə Azərdi, söhbətdə İsa,

Tabut qayırardı o, Xəlilasa*.

Onun qayırdığı tabutlar yəqin,

Qoyulur qəbrinə musəvilərin.

O da bir Əliydi - adlı dilavər,

Mən isə önündə bir sadiq Qənbər*.

Azad bəsləyirdi dünyada məni,

Can-başla sevərdim bu ailəni.

Girirdi qəlbimə o şəfqətiylə,

Qəlbim qızınardı məhəbbətiylə.

Dünyada səhv edib, dadsaydım əgər,

Canları məhv edən acı bir zəhər,

Sataraq ən əziz hər nəyi vardı,

Zəhəri məhv edən dərman alardı.

O, can sərf edərdi hər istəyimə,

Quş südü düşsəydi gər ürəyimə,

Hansı yolla olsa tapardı, inan!

O mənə canını edərdi qurban.

Bəslədi, can quşum pərvaza gəldi,

Atamın dənini yeyib yüksəldi.

O, bir sultan kimi fərman verərkən,

Quş kimi hazırdım qulluğunda mən.



________________Milli Kitabxana________________

ANASI HAQQINDA

Bir aşpaz qızıydı sevimli anam,

Onunçun hər kəsi mən doydururam.

Hikmət xəzinəsi məskəndir mənə,

Getmərəm, versələr, başqa xəzinə.

Xurma ağacının çölü xoş olur,

Nemət mətbəxitək içi doludur.

Mətbəxdən bir xörək hazır edərkən,

Yuyuram oranı pak su ilə mən.

Boş durmaz mətbəxdə qazanım əbəs,

Sınıq görməmişdir kasamı bir kəs.

Yuyarkən mətbəxi adlı-sanlılar,

Daima əlləri bal, yağda olar.

Beyin qazanımda bişəndə hisslər,

Dolar nemətimlə bütün məclislər.

Günəş də can atıb dolanır hər gün.

Mənim mətbəximdən pay almaq üçün.

Mənim mətbəximdən çıxarkən tüstü,

Göylər də ənbərlə dolar əlüstü.

O Məryəm sifətli gözəllər ki, var,

Mənim xörəyimlə açarlar iftar.

Mədhlər söyləyən təbim dəryadır,

Zaman süfrəsində sözüm halvadır.

Şerimi sariban eşitsə əgər,

Onu zəfəranlı plov zənn edər.

Yağlı sözlərimlə dolmuşdur cahan,

Mavi bir kasaya oxşar asiman.

Çoxdandır bu kasa gəzdirən fələk,

Pay istər həmişə şerimi görcək*.

Bu zalım zəmanə hər axşam, səhər,

Məndən loxma alıb, qana döndərər.

Açsam ilhamının süfrəsini mən,

Aş axar süfrəmin hər tərəfindən.

Bu aş ülviyyətin ruhudur yeksər,

O, ruha mətanət, təravət verər.

Sözümün şehdidir o şirin şərab,

Sufılər içəndə qazanar savab.



________________Milli Kitabxana________________

Xasların qəlbini sözlərim açar,

Hər beytim şam kimi yanıb nur saçar.

Həyatın süfrəsi bol olsun deyə,

Mən təzə yeməklər etdim hədiyyə,

Xörəyim dostlara şirin-şəkərdir,

Lakin paxıllara acı zəhərdir.

ANASINI TƏRİF

Əgər olmasaydı ana zəhməti,

Qazana bilməzdim mən bu şöhrəti.

Mənalar kişisi o qoca anam,

İkinci Rabiə kimiydi tamam*.

Rabiə söyləmək səhv olar ona,

O, bir Rabiəydi göy qızlarına.

O, hikmət evinde bir baş hərəmdi,

İsmət aləmində çox möhtərəmdi.

Ona da Məryəm tək atdılar böhtan,

O da Zəhra kimi paylardı ehsan*.

Beş günlük dünyanı tamam unutdu,

Məryəm tək dörd aylıq bir oruc tutdu.

Nəsturi qızıydı, nəsli, möbədi*,

O, sonra İslama "dinimdir" dedi.

Onunla bu torpaq gələrdi cana,

O, bir Filakusdu bizim dövrana*.

Myastu yolunda əyləşərdi şad,

Siyruni dilini bilirdi azad*.

Belə qət etmişdi ağlı, ilhamı,

Ki, qəbul eyləsin dini-İslamı.

"İncil'dən bir gün üz döndərən zaman,

Onu cəzb etmişdi özünə "Quran".

O, Züleyxa kimi bir xanım ikən,

Sonra Yusif kimi qul oldu birdən*.

Hüsndə olmuşdu bir Rum gözəli,

Onu bəsləmişdi mələyin əli.

Əzəl bağçasına vermişdi ürək,

Hüdapərdəsində o bəslənərək,

"Quran"ı görəndə demiş "la ilah",




________________Milli Kitabxana________________

Xaçdan və "İncil"dən eyləmiş ikrah.

Xaça kəsildikdə amansız düşmən,

Xaç kimi o, çarpaz olmuşdur həmən.

Daima İsaya dualar etdi,

Xəlilin yolunca sidq ilə getdi.

Oyaqdır, yatmayır əsla gecələr,

Dindən nəfəs alır doğarkən səhər.

Onun imanına, səcdə edərək,

Ülkeri təsbeh tək çevirir fələk.

Sufilər kimi o çıxarmışdı ad,

O saf ürəklidə vardı etiqad.

Nəzərə alaraq əsil-nəsəbin,

Əzəl öz möhrüylə kəsmişdi kəbin.

Yandırmaq istərkən qəbrində çıraq,

Qəlbini mum etdi, sözlərini yağ.

Zəfər çalmaq üçün, bunu da deyim,

Mənə sübh telindən tikmişdi geyim.

O razı qalarsa, xoş olar halım,

Onun duasıyla gülər iqbalım.

Onun hər sözündən alıram qüvvət,

Qaladır verdiyi hər bir nəsihət.

Kəsilsə düşmənlə qarşıda yolum,

O qoca qarıdan güc alar qolum.

Onun duaları olmasaydı, ah,

Ömrüm puç olardı, yəqin bir sabah.

Onunla fəxr edir bu doğma vətən,

Üveys kimi bəndəm o arvada mən*.

Burada onunçun mən düşüb qaldım,

Özümü min dərdə, bəlaya saldım.

Onun haqqı çoxdur boynumda, bişəkk,

Sevimli əmimin haqqı olan tək.



ƏMİSİ HAQQINDA

Mən təbib əmimdən almışam ilham,

Yeddi söz mülkünün bir Boqratıyam*,

Ağlım pay almışdır min bir dənizdən,

Tanışam hər otla Qaf dağında mən.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə