Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə23/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   148

________________Milli Kitabxana________________

Bil, Ava dağının Musası mənəm,

İndi bu aləmin İsası mənəm.

Onunçun məskənim olmuş asiman,

Dördüncü göy olub mənə bu Şirvan*.

Cənnətdə nə meyvə yemişsə Adəm,

Tumunu təbimdə əkmiş müntəzəm.

Qəlbim Hindistandır, ilhamım Çindir,

Nadir dərmanlarım iskəncəbindir.

0 şadlıq gətirən məcunla hər an,

Sözlərim olmuşdur hər dərdə dərman.

Nə vaxt təzələsəm şirin sözləri,

Paxıl adamların çıxar gözləri.

Kim belə bir dərman hazırlasa, bil,

Ona can evində verirlər mənzil.

Sözüm şəfa verər dərdli canlara,

Lakin, taun olar o, nadanlara.

Mən haqq yolçusuna yol göstərənəm,

Düşmənin canına qızdırma mənəm.

Mənim nəfəsimin möcüzəsindən,

Yüz min qızdırmalı sağalar həmən.

İçdikcə şərvanlı söz şərbətimi,

Qaynar damarında qan bulaq kimi.

Dərman qayırmağı sanki peyğəmbər,

Eyləmiş əzəldən mənə müyəssər.

Zatında şərafət, həm də kərəm var,

Onun ver əlilə dünya barınar.

Onun əl suyundan yarandı kövsər,

Rəfrəf- dükanının rəfmə bənzər*.

Verər dərmanları ölüyə həyat.

O, İsadan yüksək durur neçə qat,

Mənim düşmənimə o edər lənət.

Belə dosta olsun yüz kərə rəhmət!

Natamam yaranmış bir neçə cahil,

Belə söhbətlərdən olmuşlar qafil.

Qarikon kimidir acı sözləri,

Acı tərbəd kimi boşdur özləri*.

Tərbəd tək içləri zəhri-həlahil*,

Olmuşlar biliyə, məzhəbə qatil.



________________Milli Kitabxana________________

ƏMİSİNİ TƏRİF

Öz əmim Ömərin sayəsində mən,

Yetimlik divinin qaçdım əlindən.

Bil, mənim böyüyüm, yol göstərənim,

Tərbiyə verənim əmimdir mənim.

Sözləri hər zaman qətiydi onun,

Şagirdi - Ərəstu, bir də Əflatun.

Hermesə üçbucaq elmini, zaman,

Onun idrakıyla öyrətmiş, inan!

Əmimdən almışam o şərəfı mən,

Ki, torpaq, su alır onu Günəşdən.

Günəşdir rəng verən torpağa, daşa,

O, suyu qaldırar göyə birbaşa.

Günəş dol sallayıb ipiylə, bil, sən,

Su çəkir fələyin dənizlərindən.

Günəş qızıl əlli nəqqaşa bənzər,

Torpağı durmadan min rənglə bezər.

Günəşin işığı altında ancaq,

İncini - su verər, qızılı torpaq.

Gördü ki, otağı dardır qəlbimin,

Açdı əmim ora pəncərə yüz min.

Girdi Günəş kimi pəncərələrdən,

Kamalı Günəş tək tel düzdü ki, mən.

Tutaraq bu teldən hər axşam-səhər,

Möhnət quyusundan çıxım birtəhər.

Əmimin evində başım oldu dik,

Təklik rəqəmimi o etdi mənlik.

Mən kiçik "dəqiqə" mislində idim,

Böyük "dərəcəyə" çatdırdı əmim.

O, məni apardı bürclərə sarı,

Tanıtdı səyyarə və ulduzları.

Əvvəlcə birlikdən altmışa atdı,

Sonra da altmışdan otuz yaratdı*,

İki on beş etdi otuzu da həm,

Onlardan yaratdı yeddi baş aləm.

Atam dözməyərək dərdə cahanda,

Sam Zalı atan tək məni atanda*,



________________Milli Kitabxana________________

Əmim Simürğ kimi uçub gələrək,

Qanadı altına alaraq Zal tək,

Qaldırdı biliyin Qafına həmən,

Bəslənildim onun yuvasında mən.

Əhmədə əmisi necə oldu yar*,

Oldu əmim mənə o cür pərəstar.

O, məni öyrətdi hər elmə, fənnə,

Oxudu "Quran"dan ayələr mənə.

Atam mənə verdi ağır bir cəza,

Ərəblər o zülmü edərdi qıza.

Bu sözü "Quranda" axtar, tap, öyrən,

Get, oxu "və izəl-müvəddə"ni sən*

Mən qaldım atılmış uşaq tək xəstə,

Nəfəsi tutulmuş, qəlbi şikəstə.

Əmim görüb bunu gəldi həyəcana,

Yenidən məni o gətirdi cana.

Sanki oldu mənim mehriban dayəm,

Yaralı könlümə o qoydu məlhəm.

Səkkiz behişt ilə ətrafımda şad,

Yeddi heykəl qoydu o böyük ustad.

Aldı kainatdan yeddi dəmir mil,

Bir halqa boynuma etdi həmayil*.

Sudan və alovdan çıxıb, boy atdım,

Yəni yeddi yaşa mən gəlib çatdım.

Baxaraq açılmış şirin dilimə,

Ağıl lövhəsini verdi əlimə,

Əvvəlcə o mənə öyrətdi "əbcəd",

Mənə Həqayiqi dedi nəhayət*.

Dərs verdi xeyirli səvab işlərdən,

Ondan hər sorğuma cavab aldım mən.

O, bir müəllimdi, hikmətdi sözü,

Dərsdə xəlifəm də olmuşdur özü.

Mənə xətt öyrətdi hər səhər-axşam,

Gəldi arxasınca surə və ehkam.

Öyrətdi lütf ilə hər məsələni,

Nəhayət, çatdırdı "vənnasə" məni*.

Gördü ki, bələdəm hər nişanəyə,

Apardı bir böyük kitabxanəyə.



________________Milli Kitabxana________________

Gördükdə olmuşam, doğrudan, heyran,

Oxutdu əvvəlcə "sureyi-rəhman".

Bunlarla bərabər qoydu bir sabah,

Ovcuma gözəl bir "kitabi-islah".

Əmr etdi oxuyum mən onu təkrar,

Ta gözüm önündə açılsın əsrar.

O, mənə ustaddı, mən ona şagird,

O, İbn-Vəriddi, mən də Mübərrid.

Mənə dil qanunu öyrətdi əmim,

Qoymadı səhv edəm, oldu həmdəmim.

Məni üç elmdən etdi xəbərdar,

Ağıl, fəhm, hiss oldu onlardan izhar.

O, mənə şərh etdi hər bir məfhumu,

Sonra da öyrətdi elmi-nücumu..

Dəlillə, sübutla eylədi bir-bir,

"Quran"ın yüz on dörd sirrini təbir*,

Çox asan yol ilə o mahir insan,

Etdi "bir", "iki", "üç", "dörd", "beş"i bəyan*.

Sonra dörd kitaba saldıqda nəzər,

Verdi dörd əsasdan ətraflı xəbər*.

O, dörd sütun oldu danılmaz sənəd,

"Quran"ı onlara eylədi məsnəd.

O, mənə doğru yol göstərib bu dəm,

Dedi: "Gör nə sirlə yaranmış aləm!"

Hər iki dünyanın sirrini açdı,

Adəm tək hər sözdə bir işıq saçdı.

O, mənim dayəmdi, müəllimimdi,

Həm böyük ustadım, həm də əmimdi.

Çatıb boya-başa mən şad olanda,

Məktəbdən, dərslərdən azad olanda,

Meyvəli ağac tək açdıqda çiçək,

Həyatım bir bahar fəslinə gircək,

Min təsir alaraq sudan, Günəşdən,

Rəngdə su, istidə bir od oldum mən.

Sonra dünya baxdı taleyimə kəm,

Dörd əllə yapışdı yaxamdan möhkəm.

Kəsdi salxımımı qara oraqla,

Qozavü-qədərdən dərs alan Covza*.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə