Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə21/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   148

________________Milli Kitabxana________________

Mədhini bundan çox deməkdir məhal.

Qalan sözlərimi, şükrümü, hökmən,

Kitabın sonunda deyəcəyəm mən.



PAXILLARI MƏZƏMMƏT VƏ

BÖYÜK ADAMLARI TƏRİF

Adam var ki, bilməz nədir qanacaq,

Fazil adamlara lağ edər ancaq.

Canı qızdırmalı, hərzəliyi çox,

Xalqa bədxahlıqdan başqa işi yox.

Çarx kimi daima başı hərlənir,

Üstürlab kimi o fitnə törədir*.

Çalışır məhv olsun büsbütün cahan,

Xəlbir tək boşluqdan ibarət olan.

Adamlar buğda tək düşüb qalmışlar,

Arzu quyusunun dibinə naçar.

Yel kimi sayəsiz gəldi-gedərdir,

Kölgətək cisimsiz canı hədərdir.

Qıvrımdır nanəcib dilbər saçı tək,

Hiyləgər dost kimi qurarlar kələk.

Sehirlər düzəldən bu rüşvətxorlar,

Yalanı etmişlər hər işdə şüar.

Haram mal yeməkdir bütün işləri.

Doludur zəhərlə iti dişləri.

Əbədi sönmüşdür qəlblərində şam,

Başları bu şamı söndürmüş tamam.

Şeytan asqıranda törənmiş onlar,

Məgər bu "möcüzə" şübhə edən var?!

Çünki olsaydılar Adəm nəslindən,

İsaya bənzərdi üzləri həmən.

Düşmüşlər ardına şöhrətpərəstin,

Hər qanmaz eşşəyin, murdarın, pəstin.

Olsa da zahirdə adları Buzər,

İşdə Buləhəbdən daha da bədtər*.

Zahiri ağadır, batini bəndə,

Qıfıl tək salmışlar cismimi bəndə.



________________Milli Kitabxana________________

Bəşərə bənzər bu uzunqulaqlar,

Hər işdən özlərin çəkirlər kənar.

Bəzənsə bu qanmaz, kənar eşşəklər,

Dedilər aləmdə qopacaq məhşər.

Otuz ildən sonra baş verib bir sirr,

İyirmi bir bəla törəyəcəkdir*.

Qopacaq, elə bir dəhşətli tufan,

Ki, alt-üst olacaq büsbütün cahan.

Fəzada sayrışan ulduzlar ki, var,

Böyük bir qəzaya olacaq düçar.

Onlar səyyarələr içində tək-tək,

Dolaşıb, üçbucaq təşkil edərək,

Tərəzi bürcündə birləşən zaman,

Böyük fəlakətə düşəcək cahan.

Bu bəla üz verən zamanlar, bişəkk,

Şimal qütbünə çox zərər dəyəcək.

Ancaq şair belə hərzə-hədyandan,

Dünyada çəkinməz, qorxmaz heç zaman.

Hər kəsin sən kimi bir arxası var,

Vecinə deyildir bu uydurmalar.

Xaqani inammır bu yalanlara,

Gülür bu yalanı uyduranlara.

Çünki sən özünsən küllən-ixtiyar,

İstəsən, bəlalar bizlərdən qaçar.

Sənin bəndələrin çox olar onda,

Göydəki hesabsız ulduzlardan da.

Hifz olsun bəladan dövlətin, varın,

Bütün qurduqların, yaratdıqların.

ÖZÜ HAQQINDA

Sənətkarlıq nədir? Bilmək istəsən,

Gəl, məndən sən onun sirrini öyrən!

Kamal mayasında bir zərrə idim,

Ağlımla Günəşə dönüb, yüksəldim.

İndi söz Günəşi aləmdə mənəm,

Şairlərdən üç qat ucadır rütbəm.



________________Milli Kitabxana________________

Bir işıq almaqçın məndən pay kimi,

Dövrəmdə gəzirlər onlar ay kimi.

Mənsiz bir heçdirlər parlasalar da,

Ardımca sürünər onlar dünyada.

Gecə solqun işıq saçsa da qəmər,

Günəş doğan kimi gözlərdən itər.

BABASI HAQQINDA

Sənətcə toxucu olmuşdur babam,

Onun sənətindən almışam ilham.

Gecələr səmayə baxılsa əgər,

Pambıq tarlası tək görünər göylər.

Mənim o pambıqdan olar ipliyim,

Onunla toxunar canım, iliyim.

Can evində əzəl şagirdi durar,

İplik əyirərək, arğaçlar qurar.

Vəta, Adəm, Xızır və Musa üçün*,

Məna naxışları vuraram hər gün.

Əgər istəsələr ləbbadə, dəstar,

Ruhdan toxuyaraq, verrəm yadigar.

Əgər mən bir paltar düzəltsəm dindən,

Tikərəm, şübhəsiz, onu "Yasin"dən*.

Dərin fəzalarda gəzən yolçular,

Tikərlər həmişə bəzəkli paltar.

Fikrimin odundan, ilham suyundan,

Mən də toxuyuram naxışlı dəstan.

Bir möcüz göstərib mənalı sözdən,

Sudan, oddan paltar toxuyuram mən*.

Layiqdir şerimi göylərdə görcək,

Üç bacı bağlasın başına ləçək*.

İncəlik yaratmaq istəsəm əgər,

Zir aləm düzəltmək əlimdən gələr.

Mələklər başına mən qoyaram tac,

Eylərəm İsanın dərdinə əlac.

Özüm tor quraram ipəkqurdu tək,

Hörümçək kimiyəm, daima işlək.



________________Milli Kitabxana________________

Ancaq onun kimi al qan içmərəm

Barama qurdu tək halal işlərəm.

Barama qurdu söz toxusa əgər,

Özünü ancaq o, mənə bənzədər.

Hörümçək toxuyar naxışlı paltar,

Lakin o paltarı bir tikan yırtar.

Etsə də barama qurdu qənaət,

Gözəllər içində qazanar hörmət.

Barama qurduyam, hörümçək deyil,

Mən halal nemətlə yaşayıram, bil!

Gözəl gəlin kimi barama qurdu,

Özünə ipəkdən bir çadır qurdu.

Hər kəsin ki, belə gözü, qaşı var,

Pərdədə yaşamaq ona yaraşar.

Mənəm, bax, bu günün əziz insanı,

Mənəm, söz toxuyan şair Xaqani.

Bir güşə içində yaradıb hikmət,

Edirəm bir neçə sufiylə söhbət.

Xasların məclisi bəzənsin deyə,

Sizdən fərş toxuyub etdim hədiyyə...

ATASI NƏCCAR ƏLİ HAQQINDA

Atam nəccar idi, dərs alıb ondan,

Oldum zəmanədə ustad sözyonan.

Sözün burğusuyla çalışaraq, mən,

Kaman düzəldərəm qövsi-qüzehdən.

Ağıl kəməndini səmayə atsam,

Ayı bir top kimi tutaram asan.

İlham tişəsini işlətsəm əgər,

Yüz tayfa qarşımda qəddini əyər.

Rəndəmdən çıxaraq tökülən yonqar,

Hurinin üzündə bir telə oxşar.

Musa ağacıdır ağacım tamam,

Tuba budaqından düzəlib taxtam*.

Ağlımın dəvatı o ağacdandır.

O taxta mənimçin bir təxti-candır.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə