Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə25/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   148

________________Milli Kitabxana________________

Yolda mən bir addım atarsam hərgah,

Ya da ki, ürəkdən çəksəm odlu ah.

Bir düyün vurub tez düşmən o aha,

Durmadan aparıb çuğullar şaha.

DÜŞMƏNLƏRİ TƏNQİD

Bir neçə eşşəkdən deyim sizə mən,

Dad çəkir onların yer-göy əlindən.

O murdar uşağı qaşqabaqlıdır,

Həm də yeddibaşlı, dördayaqlıdır*.

Hər zaman o murdar uşağı murdar,

Sözümdən yüz bəzək oğurlayırlar.

Çirkin sözlərinə qatırlar onu,

Şer bazarında satırlar onu.

Cəfəng sözlərini oxuyan kimi,

Coşuram qəzəbli bir ümman kimi.

O murdar ağzında onların zinhar,

Baxmayın, yüz hovuz heyiz qanı var.

O divbaş adamlar heybətlidirlər,

Div kimi onlar yüz sifətlidirlər.

Uzaq olsalar da söz hünərindən,

Od yağır zəhərli nəfəslərindən.

Bu mülhüd eşşəklər düşməni-dindir,

Din satıb, deyirlər meydan bizimdir.

Hər zaman "Ələmət" deyib, dururlar,

Heyf ki, "əlmovtdan" uzaqdır onlar*.

Mənim sözlərimi yaxşı dinlə bir,

Əlmövtun özü də ölüm deməkdir.

Daima düzlükdən dəm vursalar da,

Əyrilik görərsən yalnız onlarda.

Onlar alçaqlara çox alçalıblar,

"Dal" kimi, "nun" kimi əyri qalıblar*.

Onlar etibarda Kufə əhlidir*,

Bağdad əhli kimi haça dillidir.

Onlar gözü qırıq iynəyə bənzər,

Gözsüz iynə işə yararmı məgər?



________________Milli Kitabxana________________

Nə zaman qırılsa gözü iynənin,

Bir işə yaramaz, atılar, yəqin.

Əbləh adamların nə faydası var,

De, nəyə gərəkdir, xudaya, onlar?

Alçaq adamların bizə xeyri yox,

Lakin peysərləri yoğun olur çox.

Mənimsə dünyaya gələndən bəri,

Nur saçır tacımın dəndənələri.

Lakin bu siyasət xadimlərinin,

Çürük dəndənəsi qoxuyar irin.

Onların, görəndə yağlı tikəmi,

Ağzı tez açılır əjdaha kimi.

Qalıq içə-içə gülgun canımdan,

Salırlar hörmətdən məni hər zaman.

Əvvəl qarət edib barlı bağımı,

Sonra söndürürlər bağ çırağımı.

Döşürüb süfrəmi, qoyarlar minnət,

Sonra da edirlər evimi qarət.

Əvvəl çırpışdırıb bildiklərimi,

Sonra hey hürürlər mənə it kimi.

Fənndə qəribəm, demək, təkəm, tək!

İtlər də qəribə hürərlər, bişəkk.

Dilimi öyrənib tez dil açınca

Söyüş yağdırırlar mənim dalımca.

Günəş sayəsində bulud olurlar,

Tuturlar Günəşin üzünü onlar.

Bir mələk eşqilə yüksəlsələr də,

Ona kin bəsləyib, düşürlər dərdə.

Hər kim bu girdaba düşərsə əgər,

Başı Günəş kimi bəlalar çəkər.

Özünü mənimlə qiyas edən kəs,

Utanar, dünyada o gəzə bilməz.

Ariflər tanırlar saxta sözləri,

Seçirlər samandan müşkü, ənbəri.

Göydə süzən Aya göz qoysa əgər,

Onu çarqatdakı aydan tez seçər.

Çünki həqiqi Ay hərəkətdədir,

Süni aysa donuq vəziyyətdədir.



________________Milli Kitabxana________________

Birinin Günəşlə əlaqəsi var,

Digəri civədən rəng alıb, parlar.

Bir qamış axırda həsirə dönər,

Başqa bir qamışdan alınar şəkər.

YENƏ DƏ ŞAM VƏ İRAQ

BAŞÇISININ TƏRİFİ

Son qoyub tərifə və şikayətə,

Çatdırım sözümü mən nəhayətə.

Sözləri düzərək incilər kimi,

Çıxarım zahirə öz hünərimi.

İslamın sədridir o böyük insan,

Şamın sahibidir, hər hökmü rəvan.

Dünən qulağıma asimandan bir,

Səs gəldi, dedi: "Ey qüdrətli şair!

Nə üçün dünyaya, dinə pasiban,

Cəmalı mədh etdin sonra hamıdan?

Burada olmaya gizli sirr var?

Dedi: "Əlbəttə var, etmirəm inkar.

O da Məhəmməddir çünki xilqətdə,

Elmdə, səxada, adda, hörmətdə.

Məhəmməd sonuncu peyğəmbər gəldi,

Qədri, şərəfisə ərşə yüksəldi.

Ruh sonra gəlmişdir, təbiətdə, bax,

Əvvəl nütfə oldu, sonra da uşaq.

Üç varlıq yarandı, sonra da insan,

Üç kitab yarandı, sonra da "Quran".



________________Milli Kitabxana________________

Gecənin sonunda üz açar səhər,

Əvvəl ot yarandı, sonrasa güllər.

Əvvəl daş yaranar, sonra da mədən,

Zülmətdə dirilik suyu görərsən.

Əvvəl papaq olar, sonrasa zinət,

Hər şey tamamlanar sonda, nəhayət.

Əvvəl ulduz olar göydə nümayan,

Axırda görünər xurşidi-rəxşan.

Bu üzrüm qəbula keçərsə, yenə,

Başlaram o böyük sədrin mədhinə:

Ey səxa sultanı, həqiqət səsi!

Ey kəmal Günəşi, haqqın kölgəsi!

Dinin cəmalısan, ey Cəmaləddin,

Dünyaya yayılan kölgəndir sənin.

Fələk qulamındır, mən sənə nökər,

Dünya fazilləri əlini öpər.

Şərvanın darısqal mənzilində mən,

Mədhini düzürəm öz can şirəmdən.

Mən səni mədh edib gələrkən dilə,

Bakirə ilhamım olar hamilə.

Qulağım gövhərlə tamam bəzənər,

Təbimdən yaranar bal ilə şəkər.

İdrakım söz açar şərafətindən,

Könül qulağımda səslənər nəğmən.

Qəlbimin qulağı bəzəndi tamam,

Sırğam taxaraq olunca qulam.



________________Milli Kitabxana________________

Nə üçün mədh etdim onu, bilirsən?

Nə üçün bu yolun yolçusuyam mən?

Günəş məclisindən təbim, budur, bax,

Nurlu bir cəvahir oğürlayaraq,

Dedi: "Qiymətlidir, al bunu, hökmən,

Gizlət öz xatirat xəzinəndə sən".

Bərcis bu söhbəti eşidən zaman,

Kəsdi öz əlini Günəş qolundan*.

Dan yeri qızardı, açıldı səhər,

Al qana boyandı yanan üfuqlər.

Sonra Günəş məndən aman istədi,

Dayanıb qarşımda təzimlə dedi:

- Ey Xaqani, haman gövhəri yenə,

Qaytar öz yerinə, Allah eşqinə.

Xacədən xəcalət çəkdimsə hər gün,

İraqə getməyim olmadı mümkün.

Qırx günə bu qədər cəvahiri mən,

Qələmin ucuyla yona bilmişəm.

Cəvahirlər sapa taxılan zaman,

Onları Günəşin asdım boynundan.

O boyunbağım mən asdım, bəli,

Çünki kəsilmişdi Günəşin əli.

Ləli sahibinə qaytarsam əgər,

O, məndən, əlbəttə, qəbul edilər.

Oğurlanan şeylər necə var yenə,

Tezcə qaytarılsın öz sahibinə.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə