Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə30/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   148

________________Milli Kitabxana________________

Zireh dələn qələmimin uçu - nizə gəzdirən,

Gözətçilər nəzərində bir peykana oxşayır.

Sözlərimlə şahlar kimi döyüşərkən, dəvatım.

Sultanların sursat, silah anbarına oxşayır.

Xaqaninin təbi tutmuş cilovundan Ceyhunun,

Dəvatısa Səmərqəndi - Xızrxana oxşayır*.

10. PAXILLARI MƏZƏMMƏT

Bir ovuc sümsük, bədii sözdən əsla bixəbər-

Özlərini tay tutarlar hey mənə, amma hədər.

Mən işıqlı ulduzam, nurum tutub hər məclisi,

Onlar isə saxta aydırlar ki, çıxmazdan sönər.

Çün təfəkkür surumu çaldım, qiyamət sandılar,

Baxmayın, onlar kəfəndən çıxmamışlarsa əgər.

Bəslənərlər nemətindən daima ilhamımın,

Zül-Yəzən oğlu kimi onlar bunu inkar edər*.

Olmayıblar Şah Tuğan aləmdə çün söz mülkünə*,

Çarəsizlikdən hamı təlxək kimi zuzəkləyər.

Lovğalansınlar ki, olmuşlar sədəf tək hamilə,

Təbi doğmaz onların ənbər, yetişdirməz göhər.

Bir qapaqsız təştə oxşarlar əgər çalxansalar,

Ağzıyırtıqlar üfunət kanıdır, aləm bilər.

Hiyləgərlikdə hamı ofsunçu Dimnə olsa da*,

Çalmamışdr heç biri meydanda aslan tək hünər.

Fərqlənməzsə cidardan rəngbərəng zahirləri,

İç tərəfdən bu cidarlardır zəhərli gürzələr.



________________Milli Kitabxana________________

Xilqətin çirkabıdır onlar, təbiət tortası,

Təkcə acgözlük, paxıllıqdır bu əşrarə hünər;

Onları etmiş tamah dibsiz quyu içrə əsir,

İp kəsilmiş, qıç qırılmış, yox nicat həşrə qədər.

Söyləyirlər ki, vəliəhdik cahanda Adəmə,

Bu, yalandır, hər biri İblisdən dərs öyrənər.

Hər biri dövlət quşu adlansa da, bayquş kimi.

Yer tutar viranədə, qarğa kimi murdar yeyər.

Qülləsində dağların yüz min riyazət çəksə də,

Töhmət əhlinə deyərlər: bu Brəhməndir məgər?*

Lovğalıqla söyləyirlər: hamımız din əhliyik,

İşdə zındıqlar kimi icad edərlər fıtnə, şər.

Çoxları vaxtsız xoruzdur, çoxları gündüz şamı,

Onları ağlı olanlar öldürər, ya söndürər.

Yoxdur onlarda qanadlı bir qarışqa qüdrəti,

Təfriqə salmaqla dünyanı edərlər dərbədər.

Sayəsiz, barsız qovaq tək boy atar düşmənlərim,

Hikmətim, təbim mənim hər an verər şirin bəhər.

Fitnə Rəxşini minib, ox sazlayarlar hiylədən,

Rüstəm olmazsa, yetər İsfəndiyaramı zərər?!*

Olsalar da "on"suz Firon onlar, məndəki,

Ağ əlin ecazını görməkdə yox onlarda fər*.

Haqları var bir cəhətdən, pıspısa nə anlayır,

Hər nəfəsdə aləmi gül ətrinə çulğar səhər?

Adət etmişlər sığınsınlar zəli tək batlağa,

Çün Ədən dəryasına cummaq nəhəngə əl verər.



________________Milli Kitabxana________________

Qoy yesinlər partlayınca hər ucuzlu süfrədən,

Onlara ləzzət verərmi məndəki şəhdü şəkər?

Hər sözümdən qəlbi nurlu şəxslər xoşhal olar,

Onların kor qəlbinə çökmüş bu sözlərdən kədər.

Bir çəməndə qəlbimin açmış ətirli gülləri,

Pak ruhlardır, tamaşa etməyə göydən enər.

Culfaya var nisbətim, fikrim nəyi xəlq eyləsə,

Əyninə en-arğacı idrak olan paltar geyər.

Gövhərim nəccardır, təbin nəcib övladına,

Tişəsi altında bir mahir ata əl gəzdirər*.

Hoqqabazlıqdır işi başdan-başa cahillərin,

İmtahan et, yox bilik onlarda bir şagird qədər.

Harda ki, saf incilər səpdim bu odlu sinədən,

Qüssədən dondu həriflər, bağrı aldı neştər.

Nəzm tufanından onlar mütləqa tapmaz nicat,

Arvadı, oğlu kimi Nuhun, mənə ləc getdilər*.

Olsalar da həmzaman, həməsr bu Xaqaniyə,

Başqa-başqa fitrətə malik olar həməsrlər.

And ola şah canına, şah da bilir ki, onların ,

Haqqı yoxdur boş sözüylə şaha versin dərd sər.

11.

Əqlə ağır yük daşıdan mənim könlüm, bəyanımdır,

Qələm seyrə çıxan zaman söz üzəngi tutanımdır.

Zəmanəni dövr etdirən bir Allaha and olsun ki,

Dövran mənim dövranımdır, zaman mənim zamanımdır.



________________Milli Kitabxana________________

Şeriyyətin qıt olduğu bu əyyamda, aləm bilir,

Ac qəlbləri qonaq edən mənim şirin lisanımdır.

Dünya ki, söz narıncımın ətri ilə çulğanıbdır,

Mənaların meyvəliyi mənim yaşıl bustanımdır.

Hər axmağın hərzəliyi incitməyir əsla məni,

Bu dünyada yoxdur tayım, meydan mənim meydanımdır.

Çox tez çatır Şərqə, Qərbə mənim könül məktublarım,

Çün fələyin göyərçini pulsuz xəbər yayanımdır.

Mənəm məna yaratmaqda şairlərin peyrəmbəri,

Söz möçüzü varsa əgər, bu gün mənim bəyanımdır.

Sən, ey mənə pis söyləyən, bir gün şimşək vursa səni,

Ölüb getsən, bil, o şimşək mənim ahım, fəğanımdır.

Həcv edərkən söyüş söymək xasiyyətim deyil mənim,

Ədəb mənə ailəmdən təkcə miras qalanımdır.

Məni inkar etmə, sənin cəhalətin xarab olur,

Cəbraili xatırladan nağıl mənim rəhbanımdır...



________________Milli Kitabxana________________

MƏDHİYYƏLƏR

1. ƏMİSİ KAFİYƏDDİNİN TƏRİFİ

Kafınin təbidir hünərə əsgər,

Əsgəri ney kimi şəkərdir, şəkər*.

Hər şərbət kasası, kövsər qətrəsi,

Olub sözlərinin bir nümunəsi.

Qızdırmanı kəsən neyşəkər kimi,

Dərdə dərman edir qarğı qələmi.

Gülqənd, o qarğıya paxıllığından.

Boğazda zəhərdir, ciyərdə tikan*.

Bu qələm yaradır elə şirin qənd,

Ki, olmuş müştəri ona Səmərqənd.

Sözün gəlinini köçürdən zaman.

Onun qələmidir xütbə oxuyan.

O qələm hüsndə Yusifə oxşar,

Görsə göy gəlini əlini doğrar*.

Heyrət etmə, versə qələmi şəkər,

Qəribədir, şəkər istəsə əgər.

Kökü su içində olan zəfəran,

Səhərin şehini arzular hər an.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə