Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə38/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   148

________________Milli Kitabxana________________

Məncə bu eyləməz səni məndən cüda, necin

Hər dəm gül ilə silsən, olar xoştər ayinə

Hər şairəm deyən mənə çatmaz kəlamda,

Paslı dəmirdən ancaq olar bifər ayinə.

Eyb etmə, açmasam da bu sədparə qəlbimi,

Solğun üzü, nə həzzi, görə peydər ayinə.

Div ərşə çıxmayırsa, o qorxur qovulmadan,

Sevməzlər, eyb açandı deyə, çerlər ayinə.

Bu şerimin rədifınə düz gəlməsəydi,

bil, İcad eyləməzdi heç İskəndər ayinə.

Ayinəyə bu vəsf kifayət deyil, əgər,

Bir zərrə nurunu ona versə hər ayinə.

Şahım, cəlalü-şövkətin olsun o qədr ki,

Hər sübh şərq qarşına tutsun zər ayinə.

Düşsün əlacsız mərəzə düşmənin sənin,

Misdən hazırlasın ona misgərlər ayinə.

8. ŞİRVANŞAH MƏNUÇÖHRÜN TƏRİFİ VƏ

ONUN OĞLU AXSİTANDAN ŞİKAYƏT

Ərəb uşağı tək hər əcəm yenə.

Qulağı halqalı qul olmuş sənə.

Hümmətin sığışmaz sənin dünyaya,

Necə bir kuzəyə sığışmaz dərya.

Günəş tək parlayan bir qılıncın var,

O ançaq düşmənin köksünə batar.



________________Milli Kitabxana________________

O, iki əlinin feyzini görən,

Göz çəkər behiştin dörd çeşməsindən.

Kim etsə təyəmmüm torpağında, bil,

Ona abi-həyat heç gərək deyil!

İradən göy kimi qat-qat yüksələr,

Rəxnə bir qatma eləməz əsər.

Kəsra, üzüyünü görərsə, inan,

O, öz üzüyünü edər ağacdan*.

Razılıq nəsimin əsəndə ancaq,

Gül açar bu ömür dedikləri bağ.

Ağıl yaşamasa havanla sənin,

Ona xeyri olmaz heç bir qiblənin.

Namələr yazanda adına hər vaxt,

"Qulunuz" yazaraq, imza edər bəxt.

Ali hümmətlisən, vardır izzətin,

Ucalıq hər zaman olsun zinətin.

Qoy kafır adlanım, əgər bu ürək,

İstəmir qapında xidmət eyləmək?

Düşmənin tənəsi səbəbdir buna,

Ki, üzüm tutmayır gəlim qapına.

Ürəyimdə elə qəmlər var ki, bil,

Açıb söyləməyə qadir deyil dil.

Qoy pis göz dəyməsin oğluna, lakin,

O mənə qəlbində çox bəsləyir kin.

Abrımı apardı Axsitan mənim,

Bu yaram sağalmaz heç zaman mənim.



________________Milli Kitabxana________________

Günahım olmadan sandı günahkar,

Onda nə kərəm var, nə də həya var.

O cırmış ehtiram paltarlarımı,

O paltar bir daha yamaq tutarmı?

Sizə qulluq etdim iyirmi qış, yaz,

Sən mənə qiymət ver, oğlun bacarmaz.

9

.

ŞİRVANŞAH MƏNUÇÖHRÜN TƏRİFİ

O böyük xaqandır mənim pənahım,

Xaqani haqq qalmış daima ondan.

O bir Məhəmməddir, Həssanı mənəm,

Onu mən tanıram, məni də xaqan.

Bu gün söz mülkünün mənəm hakimi,

Şaha bu qüdrətim olmuşdur əyan.

Bəli, hər qızılın meyarı vardır,

Onu bilər məhək, tərəzi, mizan.

İncə mənaları ağıl dərk edər,

Qol bilər ki, necə möhkəmdir kaman.

10. BU QƏSİDƏ QUŞLARIN SÖHBƏTİ ADLANIR

Dan söküləndə göyün örtüyün açdı külək,

Səma ətirlə doldu rəngdən-rəngə girərək.

Zümrüd göyün sinəsi zər şəfəqlə boyandı,

Bulud buludun üstə halqa vurub dayandı.



________________Milli Kitabxana________________

Qızıl papaqlı səhər qəşəng qəba büründü,

Gecə qunduz xəzini atıb, üryan göründü*.

Qanad çalıb, banladı səhər quşu anbaan,

Sanki təbil çalındı, quşlar uçdu yuvadan.

Sübh, dağlar başından aşıb gəldi sanki çay,

Sudan çıxan balığa bənzəyirdi göydə Ay.

Günəşin nizələri Ayın üzünə düşdü,

Bu nizələr qızıldı, Ay haləsi gümüşdü.

Bənövşəyi niqabda ərəb kimiydi gecə,

Niqabını açırdı o, Günəşi görüncə.

Günəş zərli libasda gəlirdi asta-asta,

Necə ərəblər gedər Kəbəyə dizi üstə.

Xaqani, borcun budur Kəbəyə üz tutub sən,

Ondan qiyamət günü şəfaət diləyəsən.

Çoxu Kəbəni sevdi - necə uşaq zər sevər,

Üz döndərmə Kəbədən, mömin bəndəsən əgər.

Kəbə ibadət evi, hədislərin məhvəri,

Orda nicat gözləyir iztirab çəkənləri.

O məhvərdir, asiman bir dəyirman daşı tək,

Kəbənin başı üstə asılıb hərlənərək...

* * *


Yığıb qızıl oxları kəhərinin tərkinə,

Günəş səhər üfüqdən vüqarla qalxdı yenə.

Göyün gözündə bulud - çalma döndü zəncirə,

Ud əvəzi bitkidən xalça döşəndi yerə.




________________Milli Kitabxana________________

Gecə yanan şam kimi, Gün ucalır, tez sönür,

Gecə bir çıraq kimi gündüz bir heçə dönür.

Selin bitkilər üstə tökdüyü xoş xılta bax!

Su üstündə köpüklər rəngsiz şüşədir ançaq.

Quşlar uşaqlar kimi əzbərləyir "ebcəd"i,

Bülbül "həmd" oxumaqda göstərir məharəti.

Dünən yeni körpələr dəvət olundu bağa,

Birdən göz yaşı tökdü qara bulud torpağa.

Çəmən sarı, qırmızı xələt verdi onlara,

Günəş boyaqçı idi, səba dərzi - donlara.

Güllər məclis qurdular, ətri yayıldı bağa,

Təşt dolusu şam tutub, nərgiz gəldi qabağa.

Lalələrin odundan şama dəyməsin xətər,

Məclisdəki hər şama yağ tökürdü jalələr.

Tala-tala su doldu arxlardan çəmənlərə,

Mərcan rəngli bayrağın qönçə vurdu hər yerə.

Budaqlar qucaq-qucaq incilər səpən zaman,

Süsən iynələrilə paltar tikirdi ondan.

Söyüd budaqlarıyla tonqalı yelləyirdi,

Asiman qucaq-qucaq yerə nur ələyirdi.

Quşlar da bu məclisə gəlirdi hər tərəfdən,

Axşam teldi, göydə Ay rübab idi sədəfdən.

İlk dəfə ağ çiçəyi mədh elədi göyərçin,

Dedi: - Acı yarpaqda şəkər yığır bizimçin.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə