Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə11/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   148

________________Milli Kitabxana________________

Sənə qibtə edəır, paxıllıq edər*.

Vuran baş düyünü can ilməyinə,

Sən oldun, ümidim sənədir yenə.

O biri dünyaya bizi bir zaman,

Özünlə aparan sən olacaqsan.

Oxudum, dinlədi o söz hakimi,

Bəyəndi ürəkdən şerlərimi.

O, Sədəf ağzından səpdikcə gövhər,

Elə bil dolurdu dürlə dənizlər.

Həmişə çıxsa da, dürlər dənizdən,

O dürr  dənizləri yaratdı sözdən.

Düşən mirvarilər iki dodaqdan,

Hər iki dünyanı bəzərdi, inan!

Nurdan yaranmışdır nitqi, nəfəsi,

"Zəbur " nəğməsidir şirin nəğməsi*.

Dedi: "Soruşuram, mənə söylə bir,

Əslən haralısan, de, adın nədir?"

Dedim: "Tələbəyəm, həm də söz bilən,

Şərvan diyarında doğulmuşam mən.

Xəlilullah olmuş dövründə atam,

Deməli, əslində nəccar oğluyam*.

Bəlalı oldu hər atdığım addım,

Ağıl barmağımı sorub yaşadım.

Fələklər paxıllıq edərək mənə,

Saldı günahkarlar cəhənnəminə.

Sənin öz lütfünlə həmin cəhənnəm

Çiçəkli behiştə çevrildi bu dəm.

Mən eşqin səhrası, qəlbin qibləsi

-Yoluna üz qoydum, könlümün səsi.

Həqqə yaxın olsun deyə yetirdim,

Qəlbimin oğlunu qurban gətirdim"*.

Dedi: "Necə gəlib çıxdın İraqa?

Neçin qədəm qoydun bizim torpağa?

" Dedim: "Çox şuluqluq oldu oralar,

Nə bir parça çörək, nə güzaran var...

Füsunkar olsa da təbiəti çox,

Lakin ağır keçir vəziyyəti çox.

Onun ətrafında olsa da çaylar,



________________Milli Kitabxana________________

Odlu sinəsində yanar dağlar var.

Onun gərdişindən o gözəl yerlər,

Cəhənnəmə dönmüş indi sərbəsər.

Şəhərin üstündə vurarkən vulkan,

Uymaz yaşıllığa ağıllı insan.

Orada qəhətlik məni didirdi,

İqbalım İraqa çəkib gətirdi.

Nə xoş ki, İraqa eylədim səfər,

Mənə behişt kimi gəlir bu yerlər.

İndi, bir özün de, şad olmazmı bəs,

Kənandan çıxaraq Misrə çatan kəs?

* Sən şaha bildir ki, bu qərib axşam,

Onun dərgahına gəlib çıxmışam.

Məni qəbul etsin - ərz eylə şaha,

Doğru bir yol göstər sən barigaha!

Möcüzələr yaradan barigaha sən,

Mənimtək söz deyən görməyəcəksən.

Tərifdən yüksəkdə dursa da dərbar,

Mənim tərifimə ehtiyacı var.

Əgər üzük qaşı qiymətlidir, bil,

Onun muma işi düşməmiş deyil*.

Üzük qaşındakı tərsə yazılar,

Mumun üzərində düzgün oxunar".

Dedi: "Natamamsan, bil ki, hələ sən,

Qayıt, o məqama layiq deyilsən!

"Mənəm, mənəm" deyib öymə özünü!

Həmişə müxtəsər söylə sözünü.

Cahildir özünü tərif edənlər,

Çox "bilirəm" demə, bilsən də əgər.

Boş söz insanların abrını tökər,

Yalan şerlər də bağrını sökər.

Uzunçuluq igid adamların da,

Bir dəfə dadına çatmamış darda.

Məntiqsiz, dəlilsiz, yalan danışmaq,

Nadan adamların işidir ancaq.

Kimin şəcərəsi Adəmdən gəlir,

Ona "mənəm, mənəm" layiq deyildir.

Rənglərə baxaraq özünü öysən,



________________Milli Kitabxana________________

Xəcalət çəkərsən tavus kimi sən.

Görsə öz əksini tuti aynada,

Özünü tanıya bilməz dünyada.

Lakin öz-özünü görməyən zaman,

Daha da həvəslə danışar, inan!

Tərif xoşlasa da əgər bizim şah,

O, söz sərrafıdır, yaxşı ol agah!

Fəzilət xələti saralıb, solmaz,

Her yeniyetməyə o, qismət olmaz.

Çoxu şərbət içər ədalətindən,

Heyif ki, qədrini bilməz hər yetən.

Dəryanın yanında bir damla nədir?

Sən heçsən, şah zəngin bir xəzinədir.

Xəzinəni bağlı  gördüyün zaman,

Yatmış əjdahanı oyatma, aman!

Bir az təvazölə danış sözünü,

Hey döyüb döşünə, öymə özünü!

Az danış, hörmətlə durasan gərək,

Müəllim önündə duran şagirdtək.

Hər kim acıdildir, yaxşı bil bunu,

Şahın qapısına qoymazlar onu.

Dil gülünc etməsin deyə insanı,

İnsan ağzı olmuş dilin zindanı.

Bəzən dil sıyrılmış qılınca bənzər,

Ayıq ol, başını bədəndən üzər.

Çəksən, qılıncım din yolunda, çək,

Onu çox bəzəmə ağac qılınctək!

Can cəhənnəminə qapıçıdır dil,

Dilsizlik  behiştin açarıdır, bil.

Balıq dilsizliklə tapdı gücünü,

Tutdu göy üzündə Balıq bürcünü.

İlan iki dilli olduğu üçün,

Cənnətdən qovuldu nifrətlə bir gün.

Canını saxlamaq istəsən əgər,

Çalışıb dilini saxla birtəhər.

Qayıt, geri qayıt buradan hökmən,

Get, öz doğulduğun yerdə yaşa sən!

Məktəbdə elm oxu, fənn öyrən, dərs al,



________________Milli Kitabxana________________

Hər nə oxumusan, bir-bir yada sal!

Əcəmi olduğun yetər, indidən,

Get, otur, bir az da ərəbcə öyrən.

Get, oxu, İraqa qayıdan zaman,

Gərəkdir bilikdə kamil olasan".

"Axı uzaq yerdən gəlmişəm, - dedim,

-Olarmı əliboş qayıdıb gedim?

Burdan nə aparım sovqatdır deyə,

Qəhətlik içində qalmış ölkəyə?..

"Xacədən nə aldın?" deyə qonşular.

Sorsalar, cavabım mənim nə olar?

Mən böyük xacənin yanından əbəs,

Əliboş qayıtsam, heç yaxşı düşməz".

Dedi ki: "Al, durma, qayıt Vətənə,

Apar bu üzüyü, töhfədir sənə.

Bu üzüyün qaşı adi qaş deyil,

Böyük qiyməti var, bunu yaxşı bil!

Üzüyü verirəm, lakin son gərək,

Onu qoruyasan göz bəbəyitək.

Bu üzüyün qaşı bahadır, düzü,

Camın gövhəridir, Cəmşidin gözü*.

Dünyada, nə qədər yanındadır bu,

Sənə heç bir şeyin yoxdur qorxusu.

Burada yazılmış müqəddəs adlar,

Həm də mayasında şəfa sehri var.

Bu üzük zidd olmuş, bil, Əhrimənə*,

Cəmşiddən yadigar qalmışdır mənə.

Şirvanda qəhətlik güclənsə, əgər,

O bəladan səni bu xilas edər.

Belə bir dövlətə nail olarkən,

Çalış, bu dövləti vermə əlindən!

Bu üzüklə Cəmşid "comərdəm" deyə,

Padişahlıq etdi yeddi ölkəyə.

Hakim olmasan da, ömrün uzunu,

Ban şərəfləndir ölkəndə bunu.

Əlində hər zaman olar bir meyar,

Şərbəti, zəhəri sənə tanıdar.

Yəqin çox olacaq gəlib istəyən,



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə