Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə29/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   148

________________Milli Kitabxana________________

Qart qarının qarşısında kimsə mərdlik edə bilməz,

El uşaq tək acizdir, mən olmaram uşaq tək zar*.

Mən körpəcə bir bülbüləm, bircə buğda bəsdir mənə,

Mən barama qurduyam və deyilənı bir mərdümazar.

Bayquş başdan böyüksə də, o, quşların ən pisidir,

Kiçik başlı əl quşusa hər bir quşdan baş sayılar.

Nə vaxtadək sən gül kimi "qızılım var" deyəcəksən,

Səhər yeli kimi əssəm, ləçəklərin bərbad olar.

Sən xoşsöhbət, doğrugörən deyilsən, mən əfv edirəm,

Çünki çaşgöz əyri görər, qanqal daim zəhər dadar...

5. QİTƏ

Zaman başa vuranda Sənainin dövrünü*,

Asimandan mənim tək bir söz yayan doğuldu.

Gömüldüsə Qəznədə bir sahir torpaqlara,

Şirvan torpağında bir sahir cavan doğuldu.

Köçdüsə də dünyadan bir xoş avazlı bülbül,

Köhnə evdə təzə bir tutizəban doğuldu.

Bir ölkədə öldüsə yeganə söz ustadı,

Başqa eldə bir ustad şer yazan doğuldu.

Getdisə də bir dahi üçünçü iqlimdən, ah!

Beşinci iqlimdə bir dahi insan doğuldu*.

Tükəndi reyhanların ömrü, güllər açıldı,

Səhərin fəcri keçdi, Günəş ondan doğuldu.

Məğribin yaxasında qəmər gizlənən zaman

Məşriqin ətəyində Günəş o an doğuldu.



________________Milli Kitabxana________________

Qayıtdısa Mahmudun cismi qara torpağa,

Əhdimizin Səlcuqu o torpaqdan doğuldu.

Tarixlərə baxanda gördüm Bəhmən ölən tək,

Tarixdə İskəndər tək bir hökmran doğuldu*.

Düz danışan Yusifin şirin dili susanda,

Onun varisi Musa tez anadan doğuldu*.

Əbu-Hənifə öldü, axşamüstü, həmin gün,

Şafei dan ulduzu çıxan zaman doğuldu*.

Məhv etdisə gecənin əsərini zəmanə,

Gündüzün müjdəçisi işıqlı dan doğuldu.

Çox şükür, soz bağında çiçəklər töküldüsə,

Budaqlar bəhərləndi, məna, ürfan doğuldu.

Söndü axan bir ulduz, parıldadı şəhabı,

Torpaq su içdi, ondan xoş gülüstan doğuldu.

Bir məsəl var, deyərlər: toyuq dən yedi, sonra,

Onun yumurtasından ləlü mərcan doğuldu.

6.

Dodağım saxsı, üzüm torpağa dönmüş, canım,

Daş olub; odlu sudur, saxsı kasa dərmanım.

Almaram, yar mənə versə qızıl camda şərab,

Öpərəm saxsı kasa, versə əgər cananım.

Torpağam, saxsı qədəhlə içərəm qırmızı mey,

Az qızıl cam adını çək, o deyil imkanım!

Ürəyim yandı, dəniz boyda mənə badə gətir,

Ki, sədəf cam ilə sönməz bu dili-suzanım.



________________Milli Kitabxana________________

Hamı dostlar düşünər halımı, inşafla deyər,

Necə min zülm rəva gördü mənə dövranım.

Mən sədəf cam əlimə almaram, ey saqi, ver,

Saxsı bir cam, dağılsın qəmi-bipayanım!

Coşaram dalğalı dərya kimi, məstəm, əlimə.

Vermə, saqi, o sədəf camı, udar ümmanım.

Torpaq ətrini duyub saxsı qədəhdən, tükümün,

Hər biri ətr saçar sanki güli-reyhanım.

Balıq əndamlı hərif əldə sədəf cam tutar,

Mən nəhəngəm, sədəfə dar görünür meydanım.

Oxşayır ceyrana saqi, qədəhi zər öküzə,

Meyi dovşan qanıdır, istər edə qurbanım*.

Saqi, zər çamda mənə vermə bu dovşan qanını,

Ürəyim şir ürəyi, it kimi bərkdir canım.

Samiri zər öküz istər, ona ver; Musa tək,

Mənə ver abi-həyat, yandı ləbi-ətşanım*.

Dörd divar palçıq imarətdə ki, beş gün qonağam,

Təkcə palçıq qədəh ilə qurular eyvanım.

Bir dəmir caməm, içim ahü-ələmlə doludur,

Canlıyam mən, suya möhtacdır hər bir anım.

Mən cəvahirçi müğəm, saxsı küp isə mücrüm;

Ölçülür saxsı çanaqla göhərim, mərcanım.

Üç yüz altmış damarım canə gələr, dolsa əgər.

Üç yüz altmış dirəm o gövhər ilə mizanım.

Ağzına ləl alanlar susamaz, heyranəm,

Yeyirəm ləli, məgər heç susayarmı canım!



________________Milli Kitabxana________________

Nə səbəbdən ürəyim yüngül olur, dərdim ağır?

Başa çəkdikdə ağır badəni, ey cananım!

Söylədim dün gecə saxsı qədəh ilə meyə mən,

Ki, nədən qəm evi olmuş bu dili-viranım?

Hansı torpaqla sudansız ki, sizinlə sönməz,

Qəlbimin atəşi, lakin yanar hər ərkanım?!

Göz yaşı tökdü qədəh, söylədi: mən Pərvizin,

Torpağından əmələ gəlmişəm, ey xaqanım!*

Al şərab ah çəkib söylədi: mən xaqanın.

Qanıyam, şahididir bu sözümün bağbanım.

Çünki, şahlar qanını şah cəsədinde içirəm,

Ne təəccüb yeri var, şadlığa yox imkanım!..

Mən ki Xaqaniyəm, olmuş xörəyim şah qanı,

Nə əcəb ki, bunu bilməz bu dili-nadanım?

7.

Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim;

Bu aləmdən xilas olmaq hikmətimdir, hikmətim.

Qırmış tamah cinlərini sənətimin xəncəri,

Bu kəskin dil mələklərdən olmuş mənim qismətim.

Mələk üzlü, bəd tiynətli fələk istər: Cəmşidə,

Divlər bir qul olduğu tək bəlkə ola xidmətim*.

Yoxumsa da var-dövlətim, demərəm ki, yoxsulam,

Yoxsulluq bir varlılıqdır, artar onla şövkətim.

Bu dünyanın murdarlığı əlindən can qurtarsam,

Yusif olar suçəkənim, artar qədrim, qiymətim.



________________Milli Kitabxana________________

İstəyirdim mən xacənin töhfəsini rədd edəm,

Çünki belə töhfələrdən çox yüksəkdir hümmətim.

Xızr dilə gəlib, mənə dedi Kəbə adından:

Rədd eləmə, bil ki, odur mənim vəli-nemətim*.

8.

İyirmi yaşdan azsa da sinnim, mənimtək bir cavan,

Görməmiş doqquz fələk söz sənətində kamiran*.

Mən fəzilət sahibi olsam da, yoxdur dövlətim,

İndi dövlətsiz fəzilət bir quru addır, aman!

Bir sürü alçaq adamlar tən edirlərsə mənə,

Neyləmək, divanələr kamınca olmuşdur cahan.

Hər qədər tənə vura düşmənlərim, kin bilmərəm,

Çünki, axır tənəyə məruz olur tənə vuran.

Dağlara məxsus sifətdir ki, eşitcək hər səsi,

Qaytarar bir-bir geri, təkrar eylər anbaan.

Dağ neçin hazırcavab olmuş, düşünsən sirrini,

Gövdəsi sanballıdır, başdan o yünküldür, inan!

9.

Dəvatımın üzü sadə, içi dərin dəryadır,

Qara suyu nəhəngiylə əcəb ona oxşayır*.

Görübsənmi, necə sökər dan qaranlıq bağrını?

İki mənada dəvatım nurlu dana oxşayır*.

Musa "yədi-beyza"sının timsalıdır bu dəvat,

Qələm dəxi inci səpən bir ilana oxşayır*.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə