Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə31/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   148

________________Milli Kitabxana________________

Xaqani mədh etsə onu nə qədər,

Başı uca olar, iftixar edər.

Xidmətində necə "nun-vəlqələm",

Qəddi xəm, qəlbi düz dayanan mənəm.

Taleyim qələmi sayəsində, bax,

Onun sözləri tək yüksəlir ancaq.

Göndərə bildimsə ona gümüş, qənd,

Bu töhfə çox azdır, çəkdim xəcalət.

Hümməti önündə gümüş və şəkər,

Utanar mənimlə şerimdən bətər.

Gümüş və şəkərdən təbi, damağı,

Təmğacın kanıdır, Şüştərin bağı*.

Qənd, gümüş üzrilə mənzumə dedim,

Az şeyin üzrü də azdır, nə edim?

Gümüş bərabərdir gözündə daşa,

Ləldir qələmindən qopan talaşa*.

Çünki qələmindən qopan o yonqar,

Mirvariyə bənzər, inciyə oxşar.

Fikrinin qovuşan ulduzlarından.

Təbimə bir ilham gələr hər zaman.

Ona bundan belə can verərəm mən,

İndilik bu gəlir yalnız əlimdən.

Gümüş, ya daşdakı naxışlar kimi,

Düşüncə tacıma həkk olmuş ismi.



________________Milli Kitabxana________________

1.BAKLAN SƏDDİNİ BAĞLATDIRDIĞI ÜÇÜN

ŞİRVANŞAH MƏNUÇÖHRÜN TƏRİFİ

Göy cəlallı at üstündə şah bənd vurub gur çaya,

Baklan səddi kənarından dönüb gəldi saraya.

Bahar kimi, öz atına min bir zinət verərək,

O, suların cilovunu yığdı bir qış yeli tək*.

Sikkəsinin arzusuyla çayda üzən balıqlar,

Pullarını qızıl pula çevirdilər nə ki var.

Şah ümmandır, onun atı bir atəşin nəhəngdir,

Bu nəhəngin cəvahirlə zinəti çox qəşəngdir.

Qılıncında ayna kimi əks olunur asiman,

O aynanın üzündə də sudan vardır bir nişan.

Kim görmüş ki, su şəkili çəkilsin bir aynada,

Ya kim görmüş su içində şəffaf olsun ayna da?

Görmək olmaz bir aynada heç bir zaman Günəşi,

Lakin Günəş ayna ilə suda durdu yanaşı.

Şahın odlu qılıncının qarşısında bu dəmdə,

Odun rəngi qaçdı tamam, sular düşdü kəməndə.

Təklik sevən bir sufidir şah qılıncı, bil, anla!

Alır hər –vaxt dəstəmazı su ilə yox, al qanla.

Suyun belə fikri varmış: torpağa vursun zərər,

Sanki suyun bu fıkrindən şaha çatıbdır xəbər.

Gördü kəmər bağlamışdır torpağa su hər zaman,

O da suyun belinə bir kəmər vurdu torpaqdan.

Axar suyun mədəsinə torpaq tökdü o qədər.

Ki, torpaqçün törətməsin daşan sular bir xətər.



________________Milli Kitabxana________________

Torpaq suyun ciyərində düyümləndi, doğrusu,

Şah qılıncı qorxusundan qabarmadı daha su.

Qalxdı suyun ciyərindən fələklərə ah, aman,

Ağlar suyun naləsindən cana gəldi asiman.

Gah gördü ki, "Əliallah" deyib, edir ahü-zar,

Yumdu onun ağzını ki, etməsin bir də təkrar.

Sular şahın xidmətinə baş əyərək, nəhayət,

Xızrı çəkib gətirdi ki, şaha etsin şəfaət.

Xızr dedi: "İdrak ilə ey sulara bənd vuran!

Gəl, indi sən icazə ver, sular olsunlar rəvan".

Şah Xızırın ricasını aldı o dəm nəzərə,

Coşğun suyun cilovunu ona verdi bir kərə.

Qoy su, torpaq şahımıza olsun möhkəm bir dayaq,

Nə qədər ki, bu dünyada olacaqdır su, torpaq.

Şairlərin qarşısına düşüb gedir Xaqani, -

Necə köpük öndə gedər, dalınca su karvanı.

3. ŞİRVANŞAH MƏNUÇÖHR

İBN FİRİDUNUN TƏRİFİ

Eşq sərib xalçasın, rəqs ilə gir meydana,

Sat evini, var-yoxun tulla tamam bir yana.

Böylə kəcavə üçün könlünü meydan elə,

Böylə gözəl dilbərə canını qurban elə!

Eşq çölündə gəzib, yaxşı çəmənlik ara,

Rəxşini, layiq deyil, salma bu otlaqlara.



________________Milli Kitabxana________________

Küllüyü dövrün deyil əmnü amanlıq bağı,

Tutma Məsihaya tay gördüyün hər sallağı!

Qəlbi sərinlətməyir şərbəti bu dünyanın,

Təbaşiri sümüklə, bil, qarışıqdır onun.

Azca ye, Xaqaniya, süfrə açan ruzigar,

Yox xörəyinin dadı, üz-gözünü turşudar.

Öp ayağından şahın, taci-əman al ələ,

Can şirəsi istəsən, Mənuçöhrü mədh elə.

Əməl də bir mələkdir, döyüşdə aslandır o,

Turanı fəth eyləyən Rüstəmi-dastandır o.

Ey dodağıyla xalı tuti və Hindustan!

Hüsnünə qurban üçün-bir qulunam əldə can.

Zülfün, üzün bağrıma bir yara vurdu dərin,

Gözlərimi ağladır xalın ilə ləblərin.

Çil atını hüsnünün meydana saldıqda sən,

Tutdu səmanın gözü çil mərəzi qibtədən.

Ləblərinin oksidir sünbülü pərvin haman,

O təzə-tər xurmanın məskənidir asiman.

Qəlbimə vurdun yara, dözməyim asan deyil,

Çünki mənim dərdimin çarəsi dərman deyil.

Səndən uzaqda deyil bircə tüküm də, inan,

Səndəsə bir tük qədər yoxdu vəfadan nişan.

El bilir, aləm bilir, tükdeşən olmuş dilim,

Döndü səninçin tükə nalədən, ey sevgilim.

Xaqaninin təbini bağlama sevdaya sən,

Səfrasını kəs onun nar kimi ləblər ilən.



________________Milli Kitabxana________________

Sən də köhnə əhdini, gəl, təzələ, Xaqani,

Padişahı mədh elə, tər söz ilə, Xaqani!

Xalqa olubdur kömək, bəd əməli məhv edir.

Xəlifədir pənahı, o sultan hünərlidir.

* * *


Yaydı bahar yelləri sur səsini hər yana,

Xoş nəfəsindən onun gəldi təbiət cana.

Saldı Günəş çiyninə toplu buluddan çətir,

Qönçəsinə gülşənin səpdi səba xoş ətir.

Gül yaxa açdı, qızıl tərliyi oldu oyan,

Yatdı gecə bayrağı, çıxdı Günəş pusqudan

Dincini aldı səhər, doldu, odur, ət-qana,

Xəstə və yorğun gecə çıxdı arıq, meydana.

Gül-çiçəyi aynatək əks eləyəndə sular,

Qövsi-qüzeh şəklini çəkdi göyə ilk bahar.

Xurma, söyüd bakirə Məryəmidir bağların,

Gül isə İsa kimi açırdı dodaqların*.

Qar əriyib, yerindən bənövşə çıxan zaman,

Heyrət etmə, kafurun kanıdır Hindistan*.

Budaq bahar yelindən asqıraraq dirildi,

Göyərçin həmd oxudu, "əbədi sağ qal" dedi.

Ayın biriydi dünən, baxanda təzə Aya,

Üfüqün qulağında bənzəyirdi sırğaya.

Əsdi səba, gülşənə çəkdi bir ordu bahar,

Etdi xəzandan qalan ordu-önündən fərar.




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə