Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə39/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   148

________________Milli Kitabxana________________

Bülbül gülü tərifə başladı şirin-şirin,

Dedi ki: - Gül şahıdır bağdakı çiçəklərin.

Qumru dedi ki: - Güldən qəşəngdir sərv ağacı,

Bir də gördün yel əsdi, töküldü gülün tacı.

Sar dedi: - Sərvə baxın, topaldır ayaqları,

Lalə şamtək bəzəyib düzənləri, dağları.

Səlsəl dedi: - Lalələr əslində iki rəngdir,

Süsənin bir rəngi var, süsən ondan qəşəngdir.

Teyhu dedi: - Süsəndən göy otlar xoşdur mənə,

Bağa gələnin öncə otlar gülür üzünə.

Tuti dedi: - Göy otdan daha xoşdur yasəmən,

Rəngi kafurdan alıb, ətrinisə ənbərdən

Bubbu dedi: - Nərgizin Cəm taxtında var yeri,

Yasəməndən gözəldir Əfrasiyab əfsəri*.

Hamı Ənqa quşunu münsif seçdi bu ara,

O, münsifiər mülkündə xəlifəydi quşlara.

Başçıların hamısı verdi birdən səs-səsə:

- Ənqa quşu əzəldən başçıdır bu məclisə.

Göyərçin bu an dedi: - Ahımdan otlar yanar,

Utanıram deməyə, bu işdə bir pərdə var.

Quşlar yenə dedilər: - Ənqanın yeridir bu,

O yaşmaqlı göyərçin xəcalətdən xar oldu.

Birisi tez yetirdi Ənqaya bu xəbəri,

Ənqa gəlib quşları bir-bir çəkdi irəli.



________________Milli Kitabxana________________

Bülbül səcdəyə gəlib, Ənqaya etdi xitab,

Qırğı da bülbül kimi hörmətlə verdi cavab.

Qumru dedi: - Səndə var ədalət nişanəsi,

Gördün qarğanı boğdu san əncir danəsi...

Bax sənin insafına, kəkliyə gördün rəva,

Qayçı edib dimdiyin, qəzəblənsin üqaba.

Biz də sənə bir zaman verdik əgər dərdi-sər,

Güllər ətir yayanda dərdi, qəmi sildilər.

Yüyürək atlar kimi çapıb gələndə bahar,

Elə bil ki, dünyaya gəncliyi qaytardılar.

Bu otlardan, güllərdən hansına üz tutaq biz?

Bu şahların içində hansıdır daha əziz?

Ənqa dedi: - Bağdakı güllərə salsın nəzər,

Bunun əli xınalı, onun saçı sanki zər.

Bax, bu yeniyetmələr tamam mələk nəslidir,

Onlar bəzən süd içir, bəzən meyə meyl edir.

İstəyirəm güllərdən qızılgülün xətrini,

Peyğəmbərin tərindən alıbdır öz ətrini.

Peyğəmbəri mədh edən Xaqaninin təbidir,

Çünki o Xaqaniyə bu ilhamı bəxş edir.

Başqasının önündə şerini edərmi xar?

Heç atarmı dürrünü palçığa bir sənətkar?

Allah, sən özün qurtar şairi fimə, şərdən!

Şirvandır şər ocağı, düşmənlərsə - Əhrimən.

Düyününü özün aç, özün eylə kamiyab,

Bu qərib duasını özün eylə müstəcab.



________________Milli Kitabxana________________

11

. ÖZ USTADI BƏHAƏDDİN

SƏİD İBN ƏHMƏDİ MƏDH

Əbədiyyət aləminə yol saldığım üçün, mən,

Baş əymərəm fani dünya sarayına qətiyyən.

Beş hissimin pəncəsində olmuşamsa giriftar,

Doqquz fələk dərgahından pay alıram qış, bahar.

Nə divlərin tor qurduğu yer qayğısı çəkirəm,

Nə ağlımla sehir, cadu toxumunu əkirəm.

Bu dünyadan bir yaxşılıq axtarmıram heç zaman,

Çünki mənə qiymət qoymur arpa qədər bu cahan.

Fani dünya bir küləkdir, dolanır min kələklə,

Od deyiləm, qızardasan yanağımı küləklə.

Güman etmə çörək payı umum mən yad kəslərdən.

İdrakrımın cilovunu nəfs əlinə verim mən.

Dörd ünsürü razı salmaq xatirinə, gəl, inan,

Ağıl və nəfs şahlarını incitmərəm heç zaman.

Tamahkarlıq ehtirası işıqlatmaz bu canı,

Hikmətimin gözlərilə seyr edirəm dünyanı.

Hümmətimin qüdrətilə tapdım xəlvətdə şadlıq,

Onun parlaq işığıyla əldə etdim rahatlıq.

Pərgar kimi bu cahanı dövrə vurub dolandım,

Zünnar kimi bir dairə içində çox dayandım.

Bir fikir ver, bu riyakar, aldadıcı mənzildən,

Taleyimin yardımıyla necə çıxıb qaçdım mən.

Od yağdıran su rəngli bu səma məni etdi zar,

Hava kimi yüngül oldum, torpaq kimi xaksar.



________________Milli Kitabxana________________

Külək kimi icazəsiz açmaram heç məskəni,

Torpaq kimi qoruyaram qəlbimdəki məxzəni.

Su kimi mən hər yetənin kandarında çökmərəm,

Bulud kimi hər tikanın üstə göhər tökmərəm.

Tuti kimi dil açsam da, deyiləm mən hiyləgər,

Qılınc kimi parlasam da, deyiləm mən kinovər.

Ehtiyacım başımı da kəssə, fəğan etmərəm,

Çörək üçün alçaqların qapısına getmərəm.

Xəsislərin əllərində əsir olmam zər kimi,

Var-dövlətdən üz döndərrəm bir vüqarlı ər kimi.

Hər qapıya çörək üçün su tək axmadım, inan,

Ona görə torpaq kimi tapdanıram hər zaman.

Allahıma min bir şükür eyləyirəm qəlbi şad,

Mənə dinar verməmişsə, vermiş bilik, etiqad.

Kənar gəzdim insanlardan, hümmət oldu dayağım,

Hümmətimin sayəsində göyə dəydi papağım.

Dəmir kimi təbimlə mən yoxladım sifətləri,

Yanlarından qaçdım - necə cindən qaçar hər pəri.

Görünsəm də vəsl əlifi kimi hər bir ünvanda,

Heç kəs mənim varlığımdan xəbər tutmaz bir an da*.

Biləsən ki, Simurq kimi vardır adım, şöhrətim,

Lakin bütün nəzərlərdən gizli qalmış surətim.

Qızılgül tək ovcum içrə qızıl yoxdur, bil, aman,

Neçin mənə həqarətlə tənə vurur hər tikan?

Kim bilməyir, mənim ağlım və canımın gövhəri,

Öz işimlə açır daim açılmayan sirləri.



________________Milli Kitabxana________________

Əşa kimi dilim səpir saf incini aşikar*,

Yaratmışam cavahirlə bəzədilmiş min tumar.

Mən söz düzən Xaqaniyəm, sözlərimdə yox yalan,

İsa mənim əşarımı nəzmə salar hər zaman.

Şükr olsun ki, çəkməmişəm mən xəcalət kimsədən,

Xəciləm bir allahımdan, bir də ustad Əhməddən.

Minnətdaram allahıma, bir də böyük rəhbərə,

Önlərində qələm, pergar kimi baş qoydum yerə.

Zəmanənin başçısına verən dəmdə imtahan,

Sədəf kimi ağız açıb, inci verrəm ərməğan.

Bu gün mənim şerimin də bəlli olar dəyəri,

Layiqincə qiymət alar, razı salsa rəhbəri.

Bəhaəddin Səid oldu Musa kimi mötəbər,

Onun mədhi xəstə cana İsa kimi ruh verər.

Dinin möhkəm sütunudur, sitayişin dayağı,

Gözlerimin sürməsidir qədəminin torpağı.

O, bir mələk sifətlidir, şərəfi var, şanı var,

Fələk ona baş əyərək, qarşısında qul olar.

Günəş ona belə dedi: "Sənə qulam olandan,

Ulduzların aləmində mənəm vahid hökmran.

Məni qoru bəlalardan, bir halıma nəzər sal,

Dilə gəldim hüzurunda, məni əzir qəm, məlal".

Ulduz dedi: "İzzətinin peyki oldum əzəldən,

Ona görə şərq ilə qərb arasında gəzdim mən.

Ey zəiflər pənahı, ey dərvişlərin qəmxan,

Sənin tərif baxçanda mən oldum mərifət barı!



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə