Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə41/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   148

________________Milli Kitabxana________________

Cəbrailin qanadında səsimi, ya rəb, eşit!

O Səba şəhri kimi yurdlarını viran et!

Sədr Xaqaniyə lütfilə havadar olsun,

Son qoyulsun qəminə, sədr ona qəmxar olsun!

Mənəm ol Azəri-sani, o, könüllərdə İsa.

O, həyat verdi mənə, dərdlərimə qıldı dəva.

Asiman fərşi olub astarı səccadəsinin

Mustafa qibləsidir onda da qiblə, bu yəqin.

Qibləmiz olmuş iki, baxma təəccüblə buna,

O, edibdir Şamaxı içrə yeni Kəbə bina.

Əvvəl o Kəbə idi doğruçu yol göstərənim,

Əbədi qibləm ola kaş bu təzə Kəbə mənim.

Füzəla məskənidir indi şərəfli bu diyar,

Müddəi hər nə desə, sözlərim ağzın qapayar.

Şairin təbi dilər vəsfinə bir nəğmə yaza,

Tel - riya əhli bağırsağları olsun, bu saza.

Hüsnünə şer desəm, qəlbimi verrəm sözə mən,

Bil ki, şer süfrəmizə söz düzərəm tər-təzə mən.

Bəzədim bir yeni üslubla sənət aləmini,

Kimdə var şerə hünər, təqlid edər onda məni.

Düşmənim olmuş o kəs ki, sözə qiymət qoymaz,

Nə rəva, bülbül ilə qarğa ola həmavaz.

Gəlməsəm də qapına, səndə qalır qəlb ilə can,

Möhrə ki, səndədir, artıq nəyə lazımdır ilan?

Bir daha sən məhəyə vurma sədaqətdə məni!

Qəlp bir pul kimi aləm tanıyıb, rədd edəni.



________________Milli Kitabxana________________

Desələr: nöqsanı var, baxma bu laqqırtılara,

Bu sənə bəllidi ki, görmək hara, söhbət hara.

Şerdən özgə mənim yox hünərim, bəlli sənə,

Diləyim səndən odur təkcə: dua eylə mənə!

Bircə arzum budu ki, şövkətü-şənin ucala,

Qismətin dövlət ola, hörmət ola, izzət ola.

Ola duşmənlərinin məskəni o qanlı diyar,

At çapar orda ölümlər, ya da ki, Gün tutular.

13. XOY MÜFTİSİ RÜKNƏDDİNİ,

REY ALİMİ RÜKNƏDDİNİ VƏ

TACƏDDİN İBN ƏMİNƏDDİNİ MƏDH

Tez şərab ver ki, saqi, başladı kar,

Tez şabaş ver ki, gəldi nazlı nigar.

İş payızda axan sular kimidir,

Yar təzə başlayan bahar kimidir.

Bu işə, bir də o nigara, inan,

Gözlərin eyləyər fələk qurban.

Fironun camını gətir ki, səhər.

Dağ başından Musa əli görünər*.

Saxsı küpdə bir od yatıbdır hələ,

Ağıla od vurar, cana şölə.

Cama bax, orda nəqş olub: "aşiq",

Al şərab üstə görsənir: "məşuq".

Bağlayıb hər ümid yolunu zaman,

Bağlanan yolları açıb dövran.



________________Milli Kitabxana________________

Qəlb qəm-qüssədən azad oldu,

Çünki, mey qaynayıb cama doldu.

Camda var zəfəranla müşk fəqət,

Tərəzi xəttidir o camdakı xətt.

Hanı xanəndə ilə mey dolu cam?

Verə bu məclisə təzə ilham.

Hanı bəs o qədəh, piyalə hanı?

Gün hanı? Ay hanı? O halə hanı?

Gəl Muğan deyrinə, məni axtar,

Al əlimdən qirılmayan zünnar!

Əql açıb ağzını, danışsa əgər,

Əllərim ağzını mey ilə tikər.

Muğların adətincə xonça götür,

Meyi səkkiz bucaqlı camda gətir.

Camdakı meydə gör nə aləm var,

Elə bil Ay cahana nur saçar.

Badə nuş eyləsə cavanmərdlər,

Onları mey, inan ki, huşdan edər.

Gün şirin üstunə həmişə minir*,

Mey Günün üstünə minən şirdir.

Asiman bircə qurtum içsə şərab,

Yer kimi odlanıb olardı xərab.

Yer əgər bircə cürə meydən uda,

Göy kimi hərlənər, dayanmaz o da.

Üçü dörd ünsürün qaranlıqsa,

Hər üçü parlayar şərab olsa.



________________Milli Kitabxana________________

Xumarı qovmağa o məst başdan,

Saqi nar şirəsi edər ehsan.

Nar noğuldan şirindi mey içənə,

Dilbərin ləbləri nar oldu mənə.

Necə kafir - qılıncı çəkdi şərab,

"Kafiri öldürün" deyər mizrab.

Məst olan vaxtda olmasa badən,

Get, bazardan şərab alıb, iç sən.

Sübh çəkmiş qılıncı, qorxma, ucal,

Başın əyyar edər qılınca həlal!

Meyin hökmüylə xonça et fələyi,

İstə ulduzdan, içmə küpdə meyi.

Təzə Aydan qədəh düzəlt, al ələ,

Qədəhi doldur o şəfəqlərlə.

O Sürəyyanı sıx üzüm kimi sən,

Dola ta al şərab ilə badən.

Yediyi torpaq isə, zahid ilan,

Zəhər ifraz edər o ağzından.

An içmiş üzüm suyun tağdan,

Ağzının şəhdidir cana dərman.

Bax şərab içməyən o zahidə bir,

Su kənarında təşnə quş kimidir.

Nə qanır eyşü işrəti mömin,

Ətrin əttar bilir fəqət dəyərin.

Kim mahal bir işə əl atsa, inan,

Ummaz heç kimsə, bil, ağıl ondan.



________________Milli Kitabxana________________

Əsil insanı kim sanarsa hərif,

Kimsə etməz belə kəsi tərif.

Gər desən: əhli-dil bir insan var,

Ürəyin bu sözü edər inkar.

Sən xəyal içrə həmdəm axtarsan,

Öz yolun da çıxar yadından, inan.

Bir xəta eyləsə işində əgər,

Arifə Allah o xətanı keçər.

Yeddi şəxsə əgər nəzir versən,

Xızra tapşır o nəzrini hökmən.

Mey içəndə, unutma, sən ondan,

Torpağa bircə damla et ehsan.

Ey könül, bəsdi, bəsdi, içmə şərab,

Çox mey içmək edir çün əqli xarab.

Eyşü işrət çox olsa, qəm gətirər,

Məst olan etibarını itirər.

Şadlığın axırında, bil, qəm olar,

Hər sağın qarşısında bir sol var.

Daş suya düşsə, qərq olar naçar.

Su daşın qəlbini yarıb çağlar,

Hər sevinc min qəm ilə yetdi sona,

Bir sevinc min qəmə olubdur ana.

Altı, dörddürsə bir üzündə zərin,

Bir, ikidir o arxa üzdə yəqin.

Tarın hər pərdəsi ipək bağdır,

Öküz ətir saçar, o çılpaqdır.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə