Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə42/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   148

________________Milli Kitabxana________________

Bil, ürək əks edir bədəndə nə var,

Ürəyin halı üzdə əks olunar.

Könülün məlhəmi ağıldı fəqət,

Çəkilər Gün doğan zaman zülmət.

Ağıl eylər şikayət hicrandan,

Qaldırar əllərin rübab tək hər an.

Dəf kimi köynəyi kağızdır onun,

Cəng kimi şalvarı palazdır onun.

Əqli badə yanında eyləmə xar,

Mələyə eyləmə divi salar.

Bəs deyil, ağ bədən o saqidən

Qırmızı mey tələb edirsən sən?

Ödə bənzər o meydə var bir əsər,

Qorxaq içsə, şiri şikar eləyər.

Bir də, mey ağlı da salır kardarı,

Elə bil kəkliyə dönür tərlan.

Məndən öyrən mey içməyi ancaq,

Səhər iç, tövbə et, qəbul olcaq.

Oldu Keyxosrova bu qəlbim cam,

Dünyanın sirrini açar o tamam.

Sən bu camdan halal olan suyu iç,

Harama vurma əl, kənardan keç.

Sədəf tək aç ağız yağışa hər an,

Həzər et bu fəsad üzüm qanından.

Süd əmibsən şirin döşündən əgər,

İçmə dovşan qanından, eylə həzər.



________________Milli Kitabxana________________

Əqlimə pərdə çəkmə rəngli sudan,

Odu göstərmə ki, qaçar aslan!

Sidiyin şeytanın töküb də cama,

Təbib ağlın qabağına qoyma.

Sanma əcdadını meyə düşgün,

Əkmə şor torpağa, çalış, su gülün!

Zöhhakın çiyni üstə bir cüt ilan,

Eyşü işrət qurub, içərlər qan.

Firidun ordusu ağıldır, din

Əzəcək o ilanları, bu yəqin!

Saray əhli deyil bu Xaqani,

Ona dostdur bu qəsr dərbani.

Fil deyil, məst olanda hay qopara,

Bir hörümçəkdir o, çıxar divara.

Rumlu bülbül tək ud çalır harda?

Bir sığırçındı qəmli - gülzarda.

Ya da bəzən o söyüdlükdə olar,

Zəngitək orda nalələr qoparar.

* * *


Mavi rəngli bu yer üzündə bəşər,

Kordu, ancaq gözətçilik eylər.

Dünya xəndəkdi-palçıq ilə dolu,

Çulğamış odlu bir hasar da onu.

Bu yanan körpüdən hücum edərək,

Atım sıçradıb keç İsa tək.




________________Milli Kitabxana________________

Nədi, pərgar kimi bu nöqtədə sən,

Fırlana-fırlana qalıbsan həmən.

Səndə pərgar kimi iki hal var,

Bir ayağın durub, biri səyyar.

Nədir dünya? O hiyləgər qandır,

Bu səbəbdən o hiylə anbandır.

Yeddi pərdə, dalında pozğunlar,

Bu zibillik kəsifdir, murdar.

Qız - ağıldır, qadınlar - ulduzlar,

Bil, qadın qızlara həsəd aparar.

Fələyə əl açıb dilənmə nahaq,

Nədir o? Bir kasa qara torpaq.

Əqlinin qiyməti dinarsa əgər,

Dinar üçün əl açma, eylə həzər.

Bir bəladır tamah başa, bişekk,

Tamahından başın bəla çəkəcək.

Mis qaba sirkə tökmə, paxrı çıxar,

Tamahı qəlbə salma, canı yaxar.

Çatdı ömrün başa, nə tapdın sən?

Qəm gətirdi sənə yar ilə Vətən.

At ölüb, dırnağı düşüb, əlbət,

Olmasın baytar, olmasın nalbənd!

Baş bədəndən qopub düşərsə əgər,

Tacla əmmamə dərdinimi çəkər?

Yada salmırsa Səncarı Səncər,

Əqil öz xaliqin necə yad edər?



________________Milli Kitabxana________________

Ömrümüz Cami-Cəmə çox bənzər,

Sındırıb, ruzigar onu xar edər.

Sındı gövhər kimi, dağıldı daha.

Civə tək toplanıb cəm olmaz ha!

Can əcəldən aman çəkir bəzən,

Necə Əfrasiyab Rüstəmdən*.

Ömrünü yaxşı bil ki, Xaqani,

Qoca dünya edib onu fani.

Getsə ömrün əgər sənin hədərə,

Faydası hər nə isə, say zərərə.

Saçımın hər tükü rübab kimidir,

Baxtıma nəğmələr oxur bir-bir.

Arının, qumrunun xoş avazı,

Bəzəyər gül-çiçəkli hər yazı.

Gül toyunda çinar yaxarsa həna,

Sən təəccüb edib də, baxma ona.

Dərzi ilə yamaqçı - bir sənət,

Necə qardaşdı bəxt ilə sərvət,

Uzadar ömrü bəxt, xoş olsa əgər,

Üzə zinət verər qara gözlər.

* * *


Bəh-bəh, ey bəxt, mehriban canan,

Ey cəfalar çəkən, vəfalı olan.

Burdaca, lap yanımdasan, ancaq,

Gəzmişəm mən səni uzaqda nahaq.




________________Milli Kitabxana________________

Bir cavansan, uşaq sanırdım mən,

Məst bilirdimsə, huşlusan, əhsən!

Yuxlamış bir uşaq sanım necə də,

Oyaq oldun yataqda sən gecə də.

Üzünə mən gecə deyə bilməm,

Bir səhərdir üzün, bilir aləm.

Söyləsəm: gəl, dönək ötən günə biz,

Hirslənərsən buna yəqin, şəksiz.

Sən pozubsan keçən ilin hesabın,

Bağlayıbsan o haqq-hesab kitabın.

Nə qədər muzd verəm, nə faydası var,

Qəbul etməzsən, eyləyərsən xar.

Hazıram mən döyüşməyə hər an,

Silahımdır sənin silahın, inan.

Asiman nizəni salıb əldən,

Çünki nizə vuran Günəşsən sən.

Şöhrəti dillərə düşən quşsan,

Gecə-gündüz qəfəsdə qalmışsan.

Xəyalın fikrimə veribdi qanad,

Ötmüşəm asimanı doqquz qat.

Qanadın altdadır o əhdə vəfa,

Dimdiyində bütün bir ömrə şəfa.

Fələyin sünbülündə dən yemisən,

Sağalıb, sonra uçmusan yenidən.

Qasid oldunmu, təşnə uçmalısan,

Su içən elçi quş qalar yoldan.



________________Milli Kitabxana________________

Üzərək, qoymusan balıqları mat,

İçmisən sən doyunca abi-həyat.

Bubbusan - sən mənə xəbər gətirən,

Məndən o dilbərə xəbər yetirən.

Təzə gül tək kolunda varsa tikan,

Kimsəyə verməyibsən əsla ziyan.

Sən işıqdan doğulmuş ağ qartal,

Gecənin qarğasın qovub dərhal,

Məndən ötrü ucalmısan fələyə,

İki ulduz hədiyyə eyləməyə.

Bu ilin üç ayı olunca tamam,

Tanış oldu mənimlə bir cüt imam,

İki imam, o iki Rüknəddin,

İki sirr Kəbəsi, iki mömin.

Bu iki ən şərəfli şəxs ilə mən,

Razıyam dostluğa, inan, qəlbən.

Bütün ömrüm boyu bu xoşdu mənə:

Güvənim onların da xidmətinə.

Bəxt edibdir əta bu dövlətimi,

Mən ki, tapdım bu ildə qismətimi.

Taleyim bəxş edib sevinci mənə,

Verdi bir vaxta bir cüt inci mənə,

Nə qədər xalq var cahanda bütün,

Hamıya onlar oldu arxa bu gün.

İki tacdır, inan, bütün bəşərə,

İki ulduzdu, nur saçır da yerə.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə