Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə50/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   148

________________Milli Kitabxana________________

Zər dağıdır göy çəmən, aləmə sərvər kimi,

Qönçə açıb ağzını atdı əqiqi kənar.

Yeddi yerin sərvəri, dörd şəhərin sahibi Etdi,

görərkən onu, ən uca göylər də ar.

Ölkədə qoydu nizam, dinə edir ehtiram,

Tabe olubdur ona ölkədə pəncü çahar*.

Fəth eləyibdir Günü, vurğunudur Müştəri,

Göylər onun bəndəsi, bir quludur ruzigar.

Qiblə olubdur onun xətti Ədən dürrünə,

Kəbə sanır səmtini dəhrdə müşki-tatar.

Mədhi olubdur onun uda ətir mənbəi,

Göylər ona fəxr üçün verdi belə ixtiyar.

Oldu səxa gəncinə xaməsi bir əjdəha,

Xatəmi üstə olub möhrü onun aşikar.

Başlığı ondan alıb nazlı müzəffər gəlin,

Gündə o şöhrət hanı almasa ondan mədar...

Gün qəmərə nur verir, sultana sənsən ziya,

Etsə də öz kölgəsi sultanı pərvərdigar.

Ədlin ilə yox bu gün ölkə içində kədər,

Şəmşirinə qan səpib güllər ilə laləzar.

Sən kimi dövran hələ böylə oğul doğmayıb,

Hərçənd ki, dövranın altı min il ömrü var.

Tusda doğulmuş Həsən aləmə səs salsa da,

İndi də sən olmusan aləm üçün iftixar*.

Bəxşiş elə ədl ilə, tədbir elə əql ilə,

Yüz Həsənə, var yeri, olsan əgər hökmdar.

Sehrini etsən bəyan Misri qələmlə əgər,

Misrin əzizi olar cah-cəlalınla xar*.

Din ilə mülk, təxtü tac, qələm, üzük səndədir,

Sağla solunda sənin aləmə sığmaz vüqar.

Ədlin ilə ölkəyə eyləmisən mərhəmət,

Burda hələ olmayıb badə içənlər xumar.

Heybətinə, əzminə arxa durubdur fələk,

Çəkdi sənin dövrünə Mərrix ilə Gün hasar.

Ədlin ilə görməyib atlar ayağı kəmənd,

Tədbir ilə vermisən hər kəsə sən ixtiyar.



________________Milli Kitabxana________________

22. ATAM NƏCCAR ƏLİNİN TƏRİFİ

...Duzla çörək bəxş edər mehr ilə mehmanına,

Ömr boyu borcluyam mən onun ehsanına.

Verdim ona könlümün dağını, göz yaşımı,

Kim vuracaq böylə nəqş, de, onun eyvanına?

Keçdi ömür dərd ilə, dırnağının rəngi göy,

Böylə ağır qəmlə mən dözmərəm hicranına.

Öz gülüşüylə verib odlu nəfəslər mənə,

Böylə odu salmaram mən o gülüstanına.

Deyləmidir o, mənəm hindli kimi əcəmi,

Can-baş ilə tabeyəm daimi fərmanına.

Eşq deyir: şövq ilə söylə ki, Xaqaniyə,

Yari-əzizdir, olum qurban onun canına.

Dairə çəkdi dünən, bir ata tək, gördü o,

Harda olam, bağlıyam ,ləl ilə mərcanına.

Sənətə ustaddır işləri zərrin Əli,

Möcüzələr bəxş edər sənəti ünvanına.

* * *


Eşq zərif dürrdür, qəlb onun ümmanı,

Qəlb əcəmi bir gözəl, eşq onun dastanı.

Qəlb sağ əllə döyür çənbərini vəhdətin,

Sol əl ilə yoxlayır qulluğuna imkanı.

Qoyma könül aynası paslana, bərbad ola,

Eşq alıb gəzdirir bu ləkəsiz aynanı.

Əql atəşdən yanır, hümmət onun həsrəti,

Təşnədir o camına, süfrəsi can dərmanı.

ilk yaranarkən həyat öncə könül xəlq olub,

Dairədə olmayıb nöqtəsinin dövranı.

Əmin-amanlıqdadır könlümüzün qasidi,

Şəminə pərvanədir yer üzünün divanı.

Gövhərə bənzər könül, qiyməti həddən ziyad,

Bir əbədi feyz olub dəhrdə adı-sanı.

Ancaq, onu qorxudan gildə ediblər nihan,

Bir də ona aşkara çıxmağa imkan hanı?

Qəlb ayaq döydü hey sinədə fəryad ilə,



________________Milli Kitabxana________________

Tapdaladı aləmi hiddət ilə cövlanı.

Qəlb səmadən gəlib, yerdə yaranmazdı o,

Odla ki oynar belə varlıqının aslanı.

Oldu könül mənzili dağlı əlindən sənin,

Gör nə bəzəndi nəqşi ilə eyvanı.

Yusifı saldın əcəb sən belə bir zindana,

Sonra qızıldan qıfıl aldı onun zindanı.

Bir gözəli tapdadın mur kimi, sonra da

Milçəyini qovmusan, ta rahat olsun canı?

Palçıq at üstündəki qəlb nə cür şad ola,

Rəxşə gərəkdir onun hökm eləyə fərmanı.

Oldu piyadə, konül, səbr elə olsun vəzir,

Ta keçə bilsin bu dəm yeddi çətin məvanı*.

Böylə könül söhbəti hasili Xaqaninin

Bağlıdır o söhbətə dini ilə imanı.

Eşq uca səslə tez söylədi: Xaqaniyə,

İş böyük işdir, oyan, gör ki, nədir payanı?!

* * *

Çəkdi qoşun qəm yenə əzm ilə, dövran ilə,



Əbləq at altındadır bir belə meydan ilə.

Kim belə bir ordunu odladı, saldı yola,

Ömrü verək nal pulu gəldiyi ünvan ilə.

Qəlbə gələrkən bəla, bil, haradan gəldi o,

Gör necə odlar salıb ümmana əfqan ilə.

İlk bahar olcaq, o dəm Adəmin açdı gülü,

Bağrı qəm oldu, fəqət güllü gülüstan ilə.

Qəm meyi ilə açıb dəhr o meyxanəni,

Bizlər üə başladı saqi o dövran ilə.

Bircə içim bəs edər bizləri məst etməyə,

Bir belə hay-küy nədir şur ilə, cövlan ilə?

Gəldi qəmin selləri, sındı bütün körpülər,

Saldı bu tufanları aləmə neysan ilə...

Qəmlə göbək kəsdilər, gör necə, Xaqaniye,

Aldı bütün qəmləri ölkədə o, can ilə.

Güşənişinlikdə sən hakim olubsan qəmə,

Ver əlini vəhdətə bir belə divan ilə.



________________Milli Kitabxana________________

Sən hünərin sərvisən, həm atanın övladı,

Tərif elə sən onu sidq ilə, iman ilə.

Hafizi-din, Bülhəsən, bəhri-kəramət Əli,

Bəslədi bu canımı daimi ehsan ilə.

* * *


Dəhr qara süfrədir, el hamı mehmanıdır.

Süfrəsinin yox duzu, bu, onun ünvanıdır.

Getmə bazarlarına, cövrü cəfa satdırır,

Hiylələrin mərkəzi fıtnəli meydanıdır.

Sənsiz onun, istərəm, güllər ola başına,

Yoxsan, o kəndin bu gün kim belə bağbanıdır?

Böylə yaşıl köşkdə könlünü yandır oda,

Ahla yanan, bil, onun səqfi-şəbistanıdır.

Gövhərini, get, apar, qoyma o sandıqda sən,

Yusifə məskən onun qorxulu zindanıdır.

Qalmadı bir kimsə bu ölkədə, həm ölkə də,

Bil, səni dərdə salan pozduğu peymanıdır.

Bir də vəfa adlı bir kimsə doğarmı cahan,

Xəstəlik ilə ölən bətai və püstanıdır.

Od qala altında sən xam verilən işlərin,

Dağdan uçan eşşəyin əyri o palanıdır.

Silgilən o əbcədi, rədd elə sevda ilə,

Sirri sənə öyrədən, bil ki, bu Xaqanidir.

Öndə gedir təbinin Cövzası daim onun,

Tale isə arxada nəhs Səratanıdır*.

İndi olur sənətə burda şahənşah olan,

Arxadakı ordunun öndəki sultanıdır.

Sinəsi olmuş onun qan alanın kuzəsi,

Neştəri əlvan edən ancaq onun qanıdır.

Zəlzələ salmış əgər rəxnələr o qəlbinə,

Təmir edən qəlbini şeyx ilə rəhbanıdır.

Şeyxi-mühəndis ləqəb, şöhrəti - Nəccar Əli,

Azərin, İqlidisin ustadı, bürhanıdır...*

Bu atam olsaydı o Nuh yerinə, elm ilə,

Söylər idi: o kimin qorxulu tufanıdır?

Ya atının nalıdır, ya əlinin sənəti,

Ya, fələyin Pərvini, ya göyün Keyvanıdır.




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə