Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə47/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   148

________________Milli Kitabxana________________

* * *


Ey Axsitan, sənə tay hələ cahan görməmiş,

Asiman da sənin tək böyük xaqan görməmiş.

Sən məgər Cəmşidsən ki, bu dünya ondan savay,

Elə polad vücudlu bir pəhləvan görməmiş.

Bayrağının zinəti olub "Əbülmüzəffər",

Kaviyan bayrağı da belə nişan görməmiş.

Deyirlər ki, keçmişdə nə Turan, nə də İran,

Rüstəmi-Dastan kimi bir qəhrəman görməmiş.

Səninsə, ey hökmdar, qullarının içində,

Yüzlərlə Rüstəm var ki, heç Sistan görməmiş.

Şah ilə şah banunu bağ ilə dəniz kimi,

Qəlbi geniş, uca baş heç dudman görməmiş.

Bəxşiş verən əlləri bulud, Günəş, dənizmi?

Adi əldən bir insan belə ehsan görməmiş.

İki ruhla iki nur, bu ikisindən savay,

Bir evdə, bir süfrədə heç bir insan görməmiş.

Dünyanın üfüqləri ismət fələklərində,

Şah xanımından savay işıq saçan görməmiş.

Ölkənin Qiydafəsi, zaman gəzib sənə tay,

Rabiədən savayı bir oxşayan görməmiş*.

O Rabiə əslində Bənati-nəş qızıydı,

Yoxsa elə Rabiə bütün cahan görməmiş.

Məhəmmədə xas olan doqquz arvaddan savay,

Yüz əsrdə ona tay bir axtaran görməmiş.

O səfanı ki, gördü vücudunda Cəbrayıl,

Məryəmin pak cismində bir elə can görməmiş.

Pərdəsində ikinci Məryəmi saxlamaqçın,

Fələk Qeysərdən özgə bir pasiban görməmiş.

Bəxtin hüması uçmuş, bütün cahanı gəzmiş,

Qapısından savayı bir aşiyan görməmiş.

Xurma ağacı duydu ətrini ədalətin,

Xurma içində çərdək xurma açan görməmiş.

Səadət kəcavəsi gəlmədən, bir nəfər də,

Xeyir yurduna dönsün mülki-Şirvan, görməmiş.




________________Milli Kitabxana________________

* * *


Şahbanunun ver əli, səxavəti önündə,

Xəzinələr, mədənlər tab gətirməz bir gün də.

Əgər Kərəm əlini açmasa Səfvətəddin,

Kərəmin cismindəki ruh da görünməz, yəqin.

Özü gizli sirrdir, pərdədə olmuş nihan,

Ancaq bütün sirrlər qəlbinə olmuş əyan.

Kəbə kimi örtüdən zinət tapıbdır o da,

Ancaq elə Kəbə ki, görən yoxdur dünyada.

Məlikənin vətəni cənnətdir, o mələkdir,

O cənnət ki, şübhəsiz, bir kəs görməyəcəkdir.

Şah İdrisdir, İdrisin cananıdır o dilbər,

Ona nəzər salmağa başqasında yox hünər.

Cəmşid ailəsində xanım olan, ey qadın!

Ailəyə şərəfdir sənin mübarək adın!

Sən sifətcə Sarasan, paklıqda Asiyəsən,

Heç kəsin görmədiyi mehriban Zübeydəsən*.

Hər kəs sənin vəsfini dilə almışdır, inan.

Ağzı dada gəlibdir, sanki gövsər suyundan!

Sənin mədhini yazan oda yansa da, ancaq,

Odunu ya Zəmiran, ya da Tuba olacaq.

Astananda torpağı öpübsə kim, ey pəri!

Zəhmətsiz, əziyyətsiz qucaqlamış gövhəri.

Nə sən kimi məlikə gəlmişdir bu cahana,

Nə mən kimi sehrkar şair görmüş zəmana.

Könlüm elə bəzəndi səni vəsf edən zaman,

Elə bəzək neysandan tapa bilməz gülüstan.

Məclisində dil açıb, vəsfini söyləsəm mən,

Xoş gələr gülşəndəki bülbülün nəğməsindən.

Sənin adın könlümün bağında bir ağacdır,

Xəzan gəlib, qış ötsə, yenə solmayacaqdır.

Sənə nisar etdiyim bu kiçicik mədhiyyə,

Bir müşkdir ki, hələ culğanmamış ipəyə.

Görüncə şer bazarı kasad olubdur təmiz,

Bağladı şairliyin dükanını bəndəniz.

Açdı həllac dükanı, lakin, heç bir zamanda,

Oddan başqa müştəri görmədi o dükanda.

Soruşmadı halımı bir kərə şah xanımı,



________________Milli Kitabxana________________

Bilsin necə sarsıdır qəmlər yazıq canımı?

Nə halımı soruşan, nə yadına salan var,

Nə bir təsəlli verən, nə dərdimə qalan var.

Çoxlarından istədim əlac ürək dərdinə,

Bilmədilər qəm nədir, xəstə ürək dərdi nə?

İki-üç ildən bəri şah da olub mənə yad,

Nə bir para çörəklə, nə hörmətlə edib yad.

Çoxdan çıxıb aradan ənam, bəxşiş, həvalə,

Bir nəfərdən soruşsun halımı laməhalə.

Şah məndən acıqlıdır, bircə soruşun ondan,

Söyləsin ki, nə xəta görmüş yazıq qulundan?

Şair şah sarayında əl çəkib xidmətindən,

Sonra da məhrum qalıb şah verən nemətindən.

İndi ki, bağlanıbdır üzümə şah dərbarı,

Yad ellərə getməyə icazə versin barı!

Arzum budur, bu işdə vasitəçim olasan,

Səndən yaxşı kimdir o, mənə olsun mehriban?

Bir adam ki, tanımaz səndən yaxşı bir kömək,

Sən də o biçarəyə kömək edəsən gərək!

Dadına çat, naləsin dinlə, göstər mərhəmət!

Onun varı, dövləti ahü fəğandır fəqət!

İstədim bir şer yazım vidalaşıb gedərkən,

Şer deyil, tərif üçün sehr axıtdım dilimdən.

Əlimdəki qələmin iki dilli quşunun –

Görən yoxdur mislini gül budağında onun.

Yəhərləyib, oturdum nitq atına, ucaldım,

Ucalaraq, bu atla Ütariddən öc aldım.

Məlikənin sağlığı bir bağdır ki, heç zaman,

Fəna yeli əsməsin, o bağ görməsin xəzan.

Mələklər lövhəsində zaman onun adını,

Yazsın: "İns ilə canın ən möhtərəm qadını".

ömrü olsun əbədi, günü keçsin kədərsiz,

Sayəsində ölkəmiz yaşasın dərd-sərsiz.

Arzum budur: ömrümdə yüz elə bayram ola,

Şahla xanım ömrünün hər günündən kam ala!




________________Milli Kitabxana________________

18. EŞQ VƏ MƏHƏBBƏTDƏ GUŞƏNİŞİNLİK VƏ

MƏNUÇÖHRÜN BAÇISI İSMƏTƏDDİNİN MƏDHİ

Tərk qılmaqçın cabanı seçmişəm,

Eşqi canın mehribanı seçmişəm.

Vermərəm dünyaya eşqin zövqünü,

Bir gün olsun, ya bir anı seçmişəm.

Asimanın minnətini çəkmədən,

Mən Günəş rəmzi vəfanı seçmişəm.

Gözlərim tər incilər dəryasıdır-,

Sahilində ləl kanı seçmişəm.

Dastan etmiş Məcnunun eşqin cahan,

Mən bu şövkət, həm bu şanı seçmişəm.

Hər pətək aşiqlərin şan-şan evi,

Şah kimi mərkəz məkanı seçmişəm.

Dərdimə vaqif olan dost istərəm,

Mən qılınc tək "mehribanı" secmişəm.

Dostların zülmü aşıbsa həddini,

Dostunun qədrin qananı seçmişəm.

Mən quşam, sevgi qəfəs, uçsam belə,

Dönmək üçün o yuvanı seçmişəm.

Mən xəyalən yarla həmdəm olmağa,

Axtarıb xəlvət məkanı seçmişəm.

Yar deyəndə mən, elə fikr etməyin,

Gördüyüm hər şux cavanı seçmişəm.

Məndə bu arzu, inan, mənsiz doğub,

Xurmanı tumsuz zamanı seçmişəm.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə