Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə53/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   148

________________Milli Kitabxana________________

Sübhü Bağdadın gözəldir, incədir,

Hər büsatı, hər işi könlümcədir,

Bağlarında gül açar, bülbül ötər,

Cismimi güllər ətirdə qərq edər.

Fikrimə vüsət verən, nur bəxş edən,

Bağdada qəlbimdə mən verdim vətən.

Göz yaşımdan pak, ləhcəmdən şirin,

Torpağı candan əzizdir bu yerin.

Bağdadı seyrə dalarkən hər səhər,

Hüsnünə məftun könül vəcdə gələr.

Sanki "i" hərfı adımdan ayrılar,

Onda Xaqani dönər Xaqan olar.

Qəlbimi sıxar kədər, cövrü cəfa,

Var ümidim ki, verər Bağdad şəfa.

Versə bədbəxtlik əgər üz Bağdada,

Görmərəm xoş gün yəqin bu dünyada.

Bağdadın yox ehtiyacı boş sözə,

Kim onu sevsə, gərək dərdə dözə.

Dillər düşmüş adım Simurğtək,

Düşmənim kimdir mənim? Miskin böcək!

Oğrular Bağdadda da pusqu qurar,

Şerimi quldur kimi çırpışdırar.

Etmişəm hər nəğmədə Bağdadı yad,

Quşlara vermiş mənim şerim qanad.

Doğma bildim Bağdadı, açdım ürək,

Uçmağa aldı oxum ondan lələk*.

Çatdı Bağdadın zəkası dadıma,

Qəssi Saidə deyildi adıma.

Qəssə oxşatdı məni bağdadlılar*,

Qəss ərəbcə şerə çəkmiş tunc hasar.

Nə qəribəm, nə fəqirəm, nə əcəm,

Nitqim ilə Bağdada hakim mənəm.

Bağdada yoxsul əcəmlər ki, gələr,

Dostluğu ilə bu yer zənginləşər.

Sanki bir aşiq qalıb həsrət yara,

Hər sevən qəlbə vurar Bağdad yara.

Sarsılar Bağdad dərdi onları,

Dostların bəxti qara, üzlər sarı,



________________Milli Kitabxana________________

Bağdad eşqi xəstəlikdir bir elə,

Sarsınar bu eşqdən İsa belə!

Solğun üzlər ki, qaradır ya san,

Bağdad eylər qırmızı, ağ onları.

Üzlərinə şahların salsan nəzər,

Bağdada xidmətlə onlar yüksələr.

Mən o gün ki, Bağdada qoydum qədəm,

Tanrıdan bircə səadət istərəm.

Xidmətində qul məni bilsin imam,

Müstəcab olsun, ilahi, bu duam!

25.

Ey açılan sübh kimi parlaq olan mənim röyam!

Şəfəq söküb, sübh açıldı, mən hələ də yuxudayam.

Aldadıcı rəngi ilə sübh gözəl qıza oxşar,

Gah gizlədər çöhrəsini yad baxışdan, gah da açar.

Qövs-qüzeh büsatını üfüqlərdə açmış səhər,

Bircə gözün baxışıyla naxışlanır bütün tellər.

Üfüqlərin gözlərində qaranlıqdan sürmə vardı,

Onu səhər çisələyən qətrələr yuyub apardı.

Bu yumyumşaq buludlar ki, göydə pərən-pərəndilər,

Sübhün əli toxunanda cərgə-cərgə gizləndilər.

Səndələyən ulduz həşiş udmuş kimi yuvarlandı,

Rahiblərin zülfü kimi sübhün halı pərişandı.

Həşiş udub doymamışmı, ulduz belə yuvarlanır?

Altun rəngli o yeganə fətiri də həşiş sanır.

Ey ülviyyət bağçasına camalıyla işıq verən!

Yaşıl səma bağlarının nur çiləyən gülü sənsən.



________________Milli Kitabxana________________

Yusif kimi o qaranlıq zindanından oldun azad,

Sənə nifrət edən qohum-qardaşı da eylədin şad.

Ey aləmin parlaq nuru, sən Məsihin həmdəmisən*,

Belə nurun sönməsinə məgər razı olaram mən?

Urəyimdə bir yara var, göz yaşlarım ondan axar,

Ruhum onun eşqi ilə əriyərək candan çıxar.

Qorxuram ki, son nəfəsi alım ürək yarasından,

Bu ki inkar edilməzdir, - ürək ilə yaşar insan!

Şirvandandır şikayətim, bu şikayət məni yordu,

Qaytar məni səadətə, bir daha, ey ana yurdum!

Camalının həsrətiylə, xəlvət edib öpərdim mən,

Mümkün olsa, sevmədiyim əmirinin əllərindən.

Ey "Ərrəhman" surəsinə hüsnü ilə timsal olan*.

İkinizi bir göz ilə görürəm mən, deyil yalan.

Sən, ey Dərbənd, ram edənin adı ilə çox öyündün,

Dırnağıyla yer üzünü tapdalayan ata döndün.

Xosrov bürcü zərgər kimi sənə vurdu yaxşı bəzək,

Üzü açıq gözəllərdən sənin hüsnün durdu yüksək.

Gözəl, parlaq bir xələti əmir sənə etdi əta,

O xələti geyinərək, fəxr edirsən bu dünyada.

Aləm sənə sığınmışdır, ey allahın kölgəsi, sən,

Bu əlçatmaz adın ilə haqlısan ki, fəxr edəsən!

Səni döyüş meydanında vəsf eləmək deyil asan,

Seyfəddinin qılıncından qopan yaqut qığılcımsan.

Müzəffər bin Məhəmmədə bəşəriyyət baş əyərkən,

Dünyalara zəfər çalan Məhəmməddir, deyərdim mən.



________________Milli Kitabxana________________

Cavan şahlar qütbüdür ki, çevrilərək zahir oldu,

Döyüşçülər ürəyinə sanki Günəş nuru doldu.

Onun yüksək əxlaqıdır ürəkləri şənləndirən,

Hər əməli insanlara nəciblikdən müjdə verən...

Nəzərində cəvahirin saman qədər qiyməti var,

Bulud kimi səxavətli əllərindən gövhər yağar.

Torpaq onun kəmərindən dönmüş abad xəzinəyə,

Xəzinələr viran qalmış, ver əlinə açmış deyə!

Onun adı minbərlərdə təkrar oldu hər nə qədər,

Söz bitmədi, xətibləri buraxmadı yenə minbər.

Minbər onun əlahəzrət varlığından istər kömək,

Hər xeyirxah işdə ona dayaq olsun minbər gərək!

Sən Allahın hüzurunda ibadətə duran zaman –

Xoşagəlməz qonaq kimi görünmədin hətta bir an!

Qılıncını siyirəndə isitməyə düşdü dağlar,

Yeddi dəniz miqdarında bu dağlardan qan-tər axar.

Ədalətin günəşiydi ,qılıncın ki, çıxdı qından,

Batdı zülmün ulduzları sağ əlinin qalxmağından.

Döyüşlərdə zəfərindən bayraqların verdi xəbər,

Qopdu qoşa gur dərili qalxan tutan güclü əllər.

Torpağında düzgün yolun möhkəm səddi görünərkən,

Xızr dedi: - Ey hökmdar, sən ikinci İskəndərsən!

Ey Qapılar qapısı, sən əbədiyyət qapısısan,

Bünövrən var sərt poladdan, səni yıxmaq deyil asan.

Canım qurban torpağına, yer üzünün cənnətisən,

Dünya görmüş bu şairdən dinlə vəsfi, hikməti sən!



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə