Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə58/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   148

________________Milli Kitabxana________________

Fırfira fırlatmadım qəflət üzündən bir kərə,

Çünki hər an valideyn olmuşdu pasbanım mənim.

Nər dəvəm noğalanızı dadmamışdır sizlərin,

Dolmamış xamlar əlilə kisəm, həmyanım mənim.

Qoy vəbalım düşsün hurilər, mələklər boynuna,

Bakirə meynə qanından dolsa peymanım mənim.

Mey içərsəm də, rəvadır, çün dünən vermiş peşin,

Zəhmət həqqimi mənə cənnətli dehqanım mənim.

Sağərim alsın deyə, torpağa düşdü ruhlər,

Ta behişt içrə içilsin qırmızı qanım mənim.

Nurlu "Quran"la qara daşı gərək hər an öpüm,

Tutsa da gövsər kimi dünyanı ehsanım mənim.

Nitq gənci sahibi, söz mülkunün xaqaniyəm,

Vardır hər bir kəlmədə yüz gənci-xaqanım mənim.

Bax, əlim - Cövza, qələm - Hut oldu, məna –

Sünbülə, Sünbülə Hutdan doğar, Cövza – qələmdanım mənim*.

Yeddi ölkədə yazarsa kimsə iki beytimi, Kafərəm,

Darül-Qəmamə - darul-imanım mənim*.

Bu-ləhəblərlə döyüşməkdən nə qorxum dəhrdə,

Mustafanın mehri olmuş əldə qalxanım mənim*.

Qasimi-Rəhmət, Əbülqasim, Rəsulüllahdır,

Canıma, əqlimə sahib, şanlı sultanım mənim*.



________________Milli Kitabxana________________

2. HƏBSDƏN ŞİKAYƏT VƏ AZAD OLMASI

ÜÇÜN RUM QEYSƏRİNDƏN XAHİŞ

Tərsaların xətti kimi tərsinə işlər fələk,

Boynuma bir zəncir salıb, saxlar məni rahibtək.

Bu deyrdə sakin deyil məgər həzrəti İsa,

Ki, Dəccalın işin işlər mina rəngli kəlisa?*

Bax, Məryəmin sapı kimi ikiqatdır bədənim,

İsadakı iynə kimi təkcədir qəlbim mənim*.

Möhkəm iplə əl-qolumu bağlamışlar burada,

Necə İsa bir iynəyə bağlı qalmış orada.

Necə olmuş: Dəccal kimi təkgöz olan bir iynə,

İmkan tapıb, sancılmışdır İsanın sinəsinə?

Rahiblərin paltarıtek gündüzüm olmuş qara,

Hər gecə mən rahib kimi başlaram ahü zara.

Sur kimi nəfəslənən ahlarımla hər səhər,

Mavi damın bacasında yerləşən xaç deşilər*.

Dəryaları buxar edən ahıma tuş gələrək,

İsa üçün toyəmmümgah oldu dördüncü fələk.

Mənə ülvi atalarım olmadılar mehriban,

Odur ki, mən saqınıram İsa kimi atadan.

Mənə bilik ulduzunun nə olacaq faydası?

Mən zülmətəm, parlamaqdır ulduzumun qaydası.

O olmuşsa Keyxosrov tək İran, Turan hakimi,

Niyə zülmət bir quyuda qalmışdır Bijən kimi?

O dörduncü göydə İsa Günəşlə həmxanasa,

Bundan nə həzz ala bilər İsa quşu - yarasa?*



________________Milli Kitabxana________________

Niyə İsa öz quşunun özü təbibi olmur,

Ki, o quşun kor gözünə özü bağışlasın nur?*

Təbimin bu körpələri birər İsaya oxşar,

Anasının paklığını hər biri etmiş iqrar.

Məryəm xurma ağacıyla göstərmişsə möcüzü,

Mən təbimin paklığına şahid gətirrəm sözü*.

Beş yüz ildir doğulmamış mənim kimi sənətkar,

Yalan yoxdur bu sözümdə, mənim min şahidim var.

Yaralanmış gönlüm oxşar barlı an şanına,

Verdiyim bal bulanmışdır ürəyimin qanına.

Ah odumla alışaraq yanan bu yağlı dilim,

-Tərsamıyam məgər? - Dönüb olmuş mənim qəndilim?

Düşmən məni zəncir ilə bağlamış üç tərəfdən,

Asıb daim odlayırlar, məgər bir qəndiləm mən?

Axıdıram, Məryəm kimi yerə tikib başımı,

Məsihanın nəfəsitək saf olan göz yaşımı.

Necə iki "elif' durar bir "ətəna" sözündə,

"Tən"in o cür dayanmışam arxasında, önündə*.

Mənə zərrə yardım etmir təəssüfu dostların,

Nə lüzumu var bu qədər fəryadın, ahü zarın?

Zəmanənin pislərindən həqqə aparram pənah,

Allahsızı haqq yoluna özü-gətirsin Allah.

Abbasilər qapısına getmərəm kömək üçün,

Səlcuqilər qapısında inləmərəm bircə gün*.

Bu dövrandan görməmişəm nə ədalət, nə kərəm,

Nə Arslan, nə də Bəğra qapısına gedərəm*.



________________Milli Kitabxana________________

Yusif yoxdur, qıtlıq günü eləsin məni təmin,

Birdir mənim gözlərimdə Yəhuda, İbn-Yamin*.

Müsəlmanlar mənə qarşı ədalətsiz oldular;

Mən dimimdən əl çəkimmi? Bunun nə mənası var?

Yeddi yerdən din elmini təhsil edənden sonra,

Yeddi kitab üzrə vehyi təhlil edəndən sonra.

Əzbərləyib "Əlhəmdüllah", "Əlkəhf'i, "Ərrəhman"ı,

Həm "Yasin"i, həm "Tasin"i, həm "Mim"i, həm Tahan'i

Miqatdan Həccə gedib, təvaf edib Kəbəni,

Səyü cümar icra edib, görüb əsl qibləni*.

Otuz ildə neçe dəfə cillə tutandan sonra,

Nece gedib əlli günü pəhriz tutum aşkara?

Yəhudanın tay-tuşudur, düşmənlərim, odur, mən,

İsa kimi çox qorxuram gözlənilməz tənədən*.

Nədir əmrin, Yəhudanın sitəmindən qorxaraq,

Mən Sükuba kilsəsinə düşüm əlindən qaçaq*.

Nədir əmrin, gedib küfrün kəndarında yer tutam?

Gözləməyim öz dinimin yolunda ali məqam?

Abxazların qapısını, gedib, döyüm əlimlə?

Rumluların məzhəbinə iqrar edim dilimlə?

Qibləm olan beytüllahdan mən necə üz döndərim?

Olsun Beytülmüqəddəsin mehrabı səcdə yerim?

Əlli ildir müsəlmanam, ağartmışam saçımı,

İndi gedib ayağıma zəncir edim xaçımı?

Məhkumluqdan, gedib, öpüm kəlisanın zəngini?

Zülm əlindən züniar asıb, dəyişdirim rəngimi?



________________Milli Kitabxana________________

"Səryanilər" hədisini "İncil" üzrə şərh edim?

"Tövrat"dakı müəmmanı oxumağa mən gedim?

Nacorməklik hara, Məxran kilsəsində mən hara?

Bokratilər qapısına gedib, istəyim çara?*

Necə, gedib, zahid kimi mağaralarda qalım,

Əynimə bir çuxa geyim, orada "molo" çalım?*

Əvəz edim bir palazla ipək xara köynəyi?

Bətriq kimi yurdum olsun qayaların ətəyi?*

Uşaqların boğazına taxta dua asantək,

Bu yaşımda xaç asarsam, ağılsız olam gərək.

Mənə hörmət etməzlərsə Abxaziyada, nə edim?

Oradan da yola düşüb, Rum ellərinə gedim?

Gedib Rumun heykəlində məktəb açım təzədən?

Mətran qoyan ayinləri başlayım təlimə mən?*

Səqqa oğlu kimi atım ridanı, təyləsanı?

Züniar asım, bərnəs geyim, olum donuz çobanı?*

Verim böyük Tərsiqusun qarşısında imtahan,

Söhbət açım Cəbrayildən, oğuldan və atadan?*

Bir sözümlə nə qədər var üç əsasa inanan,

Haqq yoluna çıxar dərhal tərəddüd quyusundan:

Üsqüf mənim biliyimi üstün tutar, verər həqq,

Yəqub ilə, Nəstur ilə Məlkaya qarşı mütləq*.

Kəşf edərəm öz əlimlə əsrarını lahutun,

Göstərərəm nə deməkdir həyulası nasutun*.

Dərs almağa məndən - gələr dəstə-dəstə keşişlər,

Onlar hələ mənim kimi bir alim görməmişlər.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə