Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə57/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   148

________________Milli Kitabxana________________

Yəhudilər onu susdurmağa çalışmışlar,

O, dövrün Həzrəti-İsasıdrr, dözər, yaşayar.

Həva, həvəs əli ağlı, fəziləti uçurur,

Qərəz evi bu xərabə yerindəcə qurulur.

O saf bir göz idi, sönmədi, işıqlandı,

Onun odunda alışdı, həva, həvəs yandı.

Cahanı yaxsa da bir göz, nəhayət ömrü bitər,

Ziyası qalsa da daim, özü nəzərdən itər.

Onun ziyası - onun şəridir, cilalanacaq!

Həmişə müşk kimi aləmə ətir saçacaq...

Sözün xəlifəsi Xaqaniyəm, cahan tanıyrr,

Qəsidəmi hamı şahanə ərməğan tanıyır.

Bu vəsfi yazdığım insan sadə insandır,

Biliklərin tacı, elm aləmində'sultandır.

Yoxumsa da ona layiq hədiyyə, ləlü göhər,

Söz incisin telə düzməklə yatmadım gecələr.

Nəzər yetir ona, hər beyti hikmətin canıdır,

Mürəkkəbi bu kədər mülkü - qəlbimin qanıdır,

Göyərçinim də qazandı bu işdə şanü şərəf,

Alıb da dimdiyinə, uçdu İsfəhana tərəf.

Böyük imam, zəka mürşüdü Cəlaləddin,

Bu şeri töhfə tək eylər qəbul, yəqin!

Həyalı qız kimi ruhum da söz niqabında,

Gedir bu vəsfım ilə qasidin rikabında.

Himayəsində onun bu əsər əmanətdir,

Əmanəti qorumaq dəhrdə səadədir.

Bilik, fəzilət onun sayəsində tapmış aman,

Onu himayəsi altında saxlasın yaradan.



________________Milli Kitabxana________________

HƏBSİYYƏLƏR

1.HƏBSDƏN ŞİKAYƏT

Hər səhər qalxar göyə ah ilə əfqanım mənim,

Qərq olar qanda şəfəqtək çeşmi-giryanım mənim.

Qurmuşam qəm məclisi, yanmış söyüdtək indi, bax,

Mey süzür məndən mənimçün qanlı müjkanım mənim.

Yüz oyunbazlıq edər, narınca oxşar bu fələk,

Neyləyim səfra ilə odlanmasın canım mənim?

Ah oxumla hər səhər aldım hədəf, etdim şikar,

ol qoca qurdu ayaqdan saldı peykanım mənim.

Pas kimi sardı məni dövran ki, yandırsın, həmən,

Ah odumla yandı, his oldu o dövranım mənim.

Görmüsənmi ki, sarınsın bir çöpə, əfi ilan?

Əfidir zəncir, ayağım çöp, gedir canım mənim.

Bax, necə gör halqalanmış damənimdə əjdaha,

Qorxuram, tərpənsəm, agah olsun heyvanım mənim*.

Qorxmasın ta gözlərimin nənmisində cüt uşaq,

Əjdahanı gizlədər hər an bu damanım mənim*.

Boynuma Zöhhak ilanı saldı ahəngər bu gün,

Çün Firidun xəznəsidir əqlü ürfanım mənim*.

Oxşayır kündə ayağımda dəyirman daşına,

Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim.



________________Milli Kitabxana________________

Paltarım xara, yaxam da göz yaşımla islanar,

Gizlədər Xara dağını rəxti-əlvanım mənim*.

Bu samanla torpağa dönmüş üzümdən göz yaşım,

Palçıq hazırlar, suvansın ta ki, zindanım mənim.

Şam kimi diş-diş olubdur qıçlarım zəncirdə,

Çeynəmiş sanki qıçımı qanlı dondanım mənim.

Qütbtək saxlar məni çarmıx dəyişməz nöqtədə,

Bu Zühəlsima iki Mərrix zənəb-sanım mənim*.

Surtək saldı fəğanım göylərə min vəlvələ,

Bu dəmir kürsüdə olcaq saqi-lərzanım mənim*.

Söykənib divarına zindanın, üz tutdum göyə,

Asimantək güllər açdı çeşmi-giryanım mənim.

Qoz içitək möhnət ilə mən dayandım üz-üzə,

Bağlıdır fındıq kimi zindanda hər yanım mənim.

Gündüzüm qəmlə, gecəm hey "Allah, Allah"la keçər,

Dinləməzmi naləmi o həyyi-sübhanım mənim?

Eylə qorxuncdur bu zindanda mənim hər bir gecəm,

Qorxudar məhşər gününü xovfi-zindanım mənim.

Yüz hasar olsa, aşar ahım və mütləq söndürər,

Şəmini bədxahların, bilsin nigəhbanım mənim.

Nəzr edib, tutdum oruc Məryəm kimi, Məryəmsifət,

Cəbraildən doğdu İsa, pak vicdanım mənim.

Xəstə bir qəlb ilə mümkünmü tutam mən də oruc?

Çün oruc batil edər gözdən axan qanım mənim.

Ağzıma iftar vəqti isti göz yaşım axar,

Yoxdur ondan başqa bir iftara imkanım mənim.



________________Milli Kitabxana________________

Sanki sevdalı başım etmiş bəlayə mübtəla,

Qıçlarımı saldı işdən indi rəhbanım mənim.

Dağ dəmir hər dərdə dərmandır deyirlər, ah ilə,

Qızdı zəncirim ayaqda, oldu dərmanım mənim.

Deyləmi gördüm gözümlə, nizəyə döndü tüküm,

Qıvrılıb Deyləm tükütək cismi-piçanım mənim.

Bir rübabə oxşaram, kasəm, xəzinəm boş qalıb,

Boynuma kəndir salıb zülm ilə düşmanım mənim.

Danə qoydum ovcuna - gördükdə bir hindu qadın,

Tapmadı, əfsus, o falçı - harda xırmanım mənim.

Zərtək itmək, gül kimi solmaqdan əsla qorxmuram,

Dilsizəm pərvanətək, çıxmaz bir əfganım mənim.

Əldə hər gül hər qızıl əğlə tikandır, qoymaram,

Bir tikana seyd ola əqli-süxəndanım mənim.

"Zər" sözündə iki hərf var - qovuşmaz heç zaman*,

Razı ollammı qovuşsun zərlə vicdanım mənim?

Samiri tiynətliyəm, Musa təbiət olmaram,

Bir buzov dırnağı olsun möcüzə kanım mənim.

Həsrətəm yayda söyüd yarpağına, qədrimə bax,

Oldu Tuba şaxəsindən yayda yelpanım mənim.

Xurma yarpağı mənəm, yelpazə eylərlər məni,

Çün sərin ahım dodaqda titrədər canım mənim.

Oxşaram müşkə, məni gər yüz hasara salsalar,

Çulğayar dünyanı öz ətrilə reyhanım mənim.

Müşkə kimüxt üz tutub, bir gün dedi rişxənd ilə:

- Sən nə çirkinsən, varımdır rəngi-əlvanım mənim.



________________Milli Kitabxana________________

Tez cavabında dedi müşk: - Ey həyasız, az danış!

Ətrim ilə oldu dünya xoş gülüstanım mənim.

Güzgütək zahirdə parlaqsan, içindir qapqara,

Kimyayəm, zahirimdən xoşdu pünhanım mənim.

Kəbəyəm, cümlə mələklər səcdə eylərlər mənə,

Çünki İsa tirməsindən oldu xüftanım mənim.

Məskənim çirkin de olsa, xatirimlə gövsərəm,

Cənnətlə mərac üçün vardır hər imkanım mənim.

Kütbeyin düşmən mağara axtarır gizlənməyə,

Hər biri olmuş, odur, quli-biyabanım mənim.

Abinusam mən, sədəflə batmışam dəryalara,

Olmaram çöp, üzdə olsun kəfiə cövlanım mənim.

Əql məndə, feyz məndə, qəlbü can da məndədir,

Aləmin həqqi nədir ki, verə fərmanım mənim.

Ülviyəm, ruhaniyəm, qeybi doğuldum qüdsdən,

Qoy bunu inkar qılsın xəsm-nadanım mənim.

Şirnim olmuşdur şəriət, nənmim - insaf, dayəm - əql,

Oldu dörd ünsür anam, ülviyyət ərkanım mənim.

Səbrlə doldu təbiət dayəsinin döşləri,

Ki, təriqət oldu aləmdə dəbistanım mənim.

Həm Xəlilüllah kimi oldu atam nəccar Əli,

Məryəmə bacı olub tərsa anacanım mənim.

Gəlmişəm dünyaya mən beylə gözəl, saf çeşmədən,

Xəlq olub ol çeşmədən gövhərli ümmanım mənim.

Fəqr bətnində yetişdim, nitq əli oldu mamam*,

Oldu yurdum elmü ürfan yurdu - Şirvanım mənim.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə