Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə23/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   19   20   21   22   23   24   25   26   ...   359
 
x x x
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi səhər yeməyi 
əsnasında geniş tərkibdə görüşü olub. 
Daha sonra dövlətimizin başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm 
əsərini və Leyla Əliyevanın əsərlərinin kataloqunu qonağa hədiyyə etdi. 
Sonda xatirə şəkli çəkdirildi. 
 
AZƏRTAC 
2022, 8 dekabr 
 
 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
17 
 
Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq
konfrans keçirilib 
Prezident İlham Əliyev konfransda iştirak edib 
Bakı şəhəri, 
25 noyabr 2022-ci il 
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və 
iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. 
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. 
ADA Universitetinin rektoru Hafiz Paşayev
konfransı açıq elan edərək dedi: 
-Zati-aliləri, Prezident İlham Əliyev. 
Beynəlxalq konfransın hörmətli iştirakçıları. 
Artıq üçüncü dəfədir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham 
Əliyevin iştirakı ilə bizə şərəf verdiyi birgə beynəlxalq konfrans təşkil edirlər. Bu konfransda regionda baş verən 
hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma 
işlərinə xüsusi diqqət yetirilir. Bu zaldan səsləndirilən mesajlar qlobal analitiklər və tədqiqatçılar, habelə 
dünyaşöhrətli jurnallar və nəşrlər üçün dəyərli fikirlərdir. 
Biz bu gün qiymətli vaxtını bizə ayırdığına görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bu dəfə 
biz əsas diqqəti bu gün region üçün çox önəmli və vaxtı yetişmiş məsələ olan “Orta Dəhliz” məsələsinə 
yönəltməyə qərar verdik. Azərbaycanın geostrateji yerləşməsi həmişə - qədim İpək Yolu vaxtından Ümummilli 
Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji 
dəhlizlərinin yaratdığı müasir dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-
nəzərdən qovuşuqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə 
Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına 
baxmayaraq müqavimət göstərmişdir. 
Diqqətinizə çatdırmaq istəyirəm ki, 2010-cu ildə ADA Universiteti Con Hopkins Universitetinin Mərkəzi 
Asiya-Qafqaz institutları ilə birlikdə Azərbaycanı və Xəzər regionunu qitənin nəqliyyat qovşağına necə çevirmək 
üçün tədqiqatı nəşr etmişdir. Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa 
arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli 
dərəcədə töhfə vermişdi. Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi 
regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni 
imkanlar yaradıb. Biz bu gün və sabah keçirilən müzakirələrin regional nəqliyyat və bağlılıq gündəliyini daha da 
irəli aparacağına, regiona daha dayanıqlı sülh gətirəcəyinə ciddi surətdə inanırıq. İcazə verin, bu müzakirələrdə 
iştirak etdiyinə görə bütün beynəlxalq ekspertlərə təşəkkürümü bildirim. 
İndi isə dəyərli vaxtını bizə ayırdığına görə Prezident Əliyevə dərin təşəkkürümü bildirərək, sözü Zati-
alilərinə verirəm. Buyurun, cənab Prezident. 
Dövlətimizin başçısı konfransda çıxış etdi. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə