Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə25/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   21   22   23   24   25   26   27   28   ...   359
 
X X X
Sonra Prezident İlham Əliyev konfrans iştirakçılarının suallarını cavablandırdı. 
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin 
üzvü 
Mətyu Brayzə:
-Salam cənab Prezident. ABŞ-dan Mətyu Brayzədir. Şərq-Qərb dəhlizi, yaxud Orta Dəhliz baxımından və 
xüsusilə enerji ilə bağlı, Türkmənistana gəldikdə işlər necə gedir? Ola bilsin türkmən qazı bəlkə İran ərazisindən 
svoplar vasitəsilə buraya daxil edilə bilər və Türkiyə ərazisində qaz tranzitinə özəl şirkətlərin cəlb olunması üzrə 
intensiv müzakirələr gedən Türkiyə ilə bağlı bu məsələ nə yerdədir? Təşəkkür edirəm.
Prezident İlham Əliyev:
Əlbəttə ki, biz əməkdaşlığın geniş perspektivlərini nəzərdən keçirərək bu məsələ 
ilə məşğuluq. Hesab edirəm ki, artıq fəaliyyət göstərən bu nəqliyyat marşrutları Xəzər regionunun bütün 
ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bizim Türkmənistanla əməkdaşlığımızın çox yaxşı 
tarixi var. Bu gün biz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradırıq. Hətta biz Ələt Dəniz-
Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayırmışıq. Biz türkmən qazı ilə bağlı svop 
əməliyyatlarına başlamışıq. Bunun səbəbi odur ki, indi sənayemizdə artım müşahidə olunur və əlavə qaz 
həcmlərinə böyük tələbat var. Sənaye artır, əhalimiz artır. Biz indi Qarabağ və Şərqi Zəngəzurun yenidən 
qurulması ilə fəal şəkildə məşğuluq və buna görə təbii qaza tələbat, əlbəttə ki, artacaq. Nə edilməlidir? Əlbəttə ki, 
biz mövcud yataqlardan və növbəti ildən etibarən istifadəyə veriləcək yeni yataqlardan qaz hasilatını artırmağı 
planlaşdıran əcnəbi neft şirkətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik. Xüsusilə böyük qaz kondensatı yatağı 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə