Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə33/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   29   30   31   32   33   34   35   36   ...   359
Amanda Pol:
- Sabahınız xeyir, cənab Prezident. Mən Sizin Avropa İttifaqı ilə münasibətlərinizdən bir qədər bəhs 
etməyinizi xahiş edəcəyəm. Prioritet sahələr hansılardır?
Siz Avropa İttifaqının, xüsusən də Şarl Mişelin 
Ermənistanla münasibətlərdə vasitəçilik rolunu necə görürsünüz? İkinci sualım da Avropa İttifaqı ilə əlaqədardır. 
Siz bu yaxınlarda, yayda Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılışında idiniz. Sizin bu yeni 
təşəbbüs haqqında fikirləriniz nədir? Çünki hələ də bir çox insana bu qurum haqqında məlumat qeyri-aydındır. 
Nəhayət, Siz Şərq Tərəfdaşlığının gələcəyini necə görürsünüz? Onun bir gələcəyi var, yoxsa artıq ölü bir 
qurumdur?
Prezident İlham Əliyev:
Bir çox önəmli sual verdiniz. Mən çalışacağam ki, hamısına cavab verim. 
Birincisi, bizim Avropa İttifaqı ilə əlaqələrimiz. Bu, bizim xarici siyasətimizin prioritetlərindən biridir və mən 
dəfələrlə bu haqda çıxışlarımda bəhs etmişəm. Biz Avropa İttifaqını çox mühüm tərəfdaşımız hesab edirik. Biz 
yeni razılaşma üzrə məsləhətləşmələrin son mərhələsindəyik. Razılaşma demək olar ki, 90 faiz hazırdır, orada bir 
neçə həll olunmamış məsələ qalıb. Lakin, düşünürəm ki, qarşılıqlı xoş niyyəti nümayiş etdirərək biz buna nail ola 
və Avropa İttifaqı ilə çox mühüm sənədi imzalaya bilərik. Bilirsiniz ki, Azərbaycan assosiasiya formatına 
qoşulmayıb. Şərq Tərəfdaşlığının bəzi digər ölkələrindən fərqli olaraq biz assosiasiya razılaşmasını imzalamadıq. 
Biz daha çox qarşılıqlı münasibətləri üstün tutduq. Şərq Tərəfdaşlığına gəldikdə isə bu təşəbbüsün əvvəlindən 
bəri biz onu dəstəkləmişik. Lakin, bizim mövqeyimiz çox aydındır, biz onu Avropa İttifaqı ilə əməkdaşlığın 
elementlərindən biri kimi görürük. Biz bu tərəfdaşlığa digər üzv ölkələrlə əməkdaşlıq platforması kimi baxmırıq. 
Şərq Tərəfdaşlığının altı üzv dövlətinin hər birinin fərqli geosiyasi prioritetləri, fərqli coğrafiyası var və 
fərqli vəziyyətlərdədir. Onlardan ikisi - Azərbaycan və Ermənistan müharibə vəziyyətində idi. Şərq 
Tərəfdaşlığının gələcəyinə gəldikdə isə açığını desəm, mən elə də nikbin deyiləm. Bu yaxınlarda mən buraya və 
Ermənistana səfər edən Avropa nümayəndələrinin böyük bir qrupunu qəbul etdim və gələcək ideyalarımızı 
müzakirə etdik. Ona görə də düşünürəm ki, hər bir təşəbbüs öz vaxtında yaxşıdır. Şərq Tərəfdaşlığı 2009-cu ildə 
başlayıb, səhv etmirəmsə, 15 ilə yaxındır. 
Əgər Şərq Tərəfdaşlığının üzvü olan altı dövlətə indi nəzər salsanız, siz həmin ölkələr arasında əvvəlkindən 
də daha böyük fərqlər görəcəksiniz. Bu belə davam etməli deyil. “Avropa siyasi birliyi” platforması yenidir. Biz 
dəvət olunmuşuq və mən orada fəal iştirak etmişəm. Mən onun təşkil olunmasından razı qaldım. Düşünürəm ki, 
o çox peşəkarlıqla təşkil olunub. Orada çox səmimi müzakirələr aparmaq və mühüm məsələləri həll etmək imkanı 
oldu. Beləliklə, bir platforma olaraq, bunun uğurlu olduğunu düşünürəm. Onun gələcəyinə dair isə onu deyə 
bilərəm, Praqadakı görüşdən məndə belə təəssürat yarandı ki, hətta bu platformanın təşəbbüskarları da gələcəkdə 
nə olacağını bilmir. Mən düşünürəm ki, proses davam edir və yəqin ki, bu təbiidir. Çünki gözləmək olmaz ki, hər 
şey artıq əvvəlcədən təşkil olunub və siz də bu təlimatların olduğunu gözləyə bilməzsiniz. Növbədə nədir? Yaxşısı 
odur ki, bu sammitlərin altı aydan bir keçirilməsi qərarlaşdırılıb. Düşünürəm ki, bu yaxşı əlamətdir. Çünki əgər 
ildə bir dəfə olsa idi, onda gəlirsən, görüşürsən, unudursan, evə qayıdırsan və hər şey dayandı. Beləliklə, hər altı 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə