Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə32/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   28   29   30   31   32   33   34   35   ...   359
Ahmet Uysal:
- Sağ olun, cənab Prezident. Özüm üçün qeyd etdim ki, Azərbaycan tam aydın şəkildə enerji, təhlükəsizlik 
sahəsində, eləcə də Türkdilli Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrika, üçüncü 
dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-
Türkiyə münasibətləri barədə bir neçə söz söyləyin. Əlaqələrimizi gələcəkdə daha da gücləndirməli və 
genişləndirməliyik. Bu barədə baxışlarınız maraqlı olardı.
Prezident İlham Əliyev:
Mən Azərbaycan-Türkiyə münasibətləri haqqında danışmağa başlasam, biz onda 
gərək bir neçə gün burada olaq. Baxışlarımız tamamilə aydındır. Biz qardaş və dostuq. Biz müttəfiqik. Ötən il 
Şuşada biz artıq əldə olunan nəticələri rəsmiləşdirdik. Biz rəsmi olaraq Müttəfiqlik Bəyannaməsinə imza ataraq 
müttəfiqə çevrildik. Bir daha bildirirəm ki, bu, reallığın rəsmiləşdirilməsi idi, çünki uzun illər ərzində Azərbaycan 
və Türkiyə müttəfiq kimi addımlar atırdılar. Biz əməkdaşlığın, tərəfdaşlığın və qardaşlığın bu səviyyəsini yüksək 
dəyərləndiririk. Tamamilə əminəm ki, əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional 
sabitliyin mühüm meyarıdır. Çünki Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə 
sabitliyin möhkəmləndirilməsinə yönəlib. Bu meyar hamı tərəfindən nəzərə alınmalıdır. Çünki iki ölkə olaraq biz 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
23 
öz potensialımızı birləşdiririk və bir yerdə biz daha güclüyük, nəinki ayrılıqda. Bu, aydındır. Türkiyənin potensialı 
da artır. Azərbaycanın potensialı da artır. Nəinki iqtisadi və sənaye, o cümlədən hərbi gücü artır. Bu gün dünya 
görür ki, bu, hər ölkə üçün bir nömrəli meyardır. Əgər sizin güclü silahlı qüvvələriniz olmasa, siz ola bilsin ağır 
günlərdə əziyyət çəkəcəksiniz. 
Beləliklə, müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. 
Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, 
həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. 
Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin 
bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları 
planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar. 
Afrika ölkələrinə gəldikdə, biz hazırda Afrika qitəsinin ölkələri ilə daha fəal işləyirik. İsraildə səfirlik və 
Fələstində nümayəndəlik açmaq qərarı Albaniyada və Afrika ölkəsi - Keniyada səfirliyin açılması qərarı ilə birgə 
qəbul olunub. Bizim Afrika İttifaqı Təşkilatında səfirimiz var. O, eyni zamanda, Efiopiyada səfirdir. 2019-cu ildə 
Qoşulmama Hərəkatında sədrliyə başladığımız dövrdən etibarən qarşılıqlı fəaliyyətimiz daha dinamikdir. 
Azərbaycanda keçirilmiş Zirvə Görüşündə bildirmişəm ki, biz üzv dövlətlərin milli maraqlarını, ədaləti və 
beynəlxalq hüququ müdafiə edəcəyik. Sədrliyimizin 2023-cü ilə qədər uzadılması barədə 120 ölkənin yekdil 
qərarı bu ölkələrin, o cümlədən Afrika dövlətlərinin bizə verdiyi dəstəyin və bəslədiyi hörmətin əlamətidir. 
Qeyd etdiyim kimi, pandemiya vaxtı biz 80-dən artıq ölkəyə yardım göstərdik. Onların əksəriyyəti Afrika 
qitəsinin ölkələridir. Eyni zamanda, biz Afrika ölkələri üçün əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 
milyon ABŞ dolları həcmində yardım etdik. Fikrimcə, onlar da anlayırlar ki, Azərbaycan onların dostudur. 
Qoşulmama Hərəkatında bizə dəstəyin verilməsi faktı və yeri gəlmişkən, gələn ilin yazında Azərbaycanda növbəti 
Zirvə Görüşünü keçirməyi planlarımız bunun böyük potensialını göstərir. 
Avropa Siyasət Mərkəzinin baş analitiki 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə