Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə30/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   26   27   28   29   30   31   32   33   ...   359
Ahmed Taher:
- Zati-aliləri, bu görüşdə iştirak etdiyinizə görə çox sağ olun. Siz Əlcəzairdə Ərəb Liqası Dövlətlərinin 
görüşünə qatıldınız. Biz Sizin çıxışınızı məmnunluqla dinlədik. Siz Azərbaycan ilə ərəb ölkələri arasında 
münasibətlərin dərin olduğunu qeyd etdiniz. Sualım belədir: Azərbaycan ilə ərəb ölkələri, xüsusən də Misir 
arasında əlaqələrin gələcəyini, ümumiyyətlə, necə görürsünüz? Təşəkkür edirəm.
Prezident İlham Əliyev:
Ərəb Liqası Sammitində iştirak etməyə dəvət olunmağım mənim üçün böyük 
şərəf oldu. Mən bunu dostluq və hörmət nümunəsi kimi qəbul edirəm. Bu ilin əvvəlində mən Ərəb Liqasının Baş 
katibi cənab Əbul Qeyti qəbul etdim və biz gələcək əməkdaşlığımızı müzakirə etdik. Hazırda biz, həmçinin 
müzakirə aparırıq və ola bilsin ki, Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması ideyasını həyata keçirək. Biz 
bütün lazımi şəraiti yaratmağı öz üzərimizə götürməyə və prosesə dəstək verməyə hazırıq, çünki bu, 
əməkdaşlığımızın mahiyyətini əks etdirəcək. 
Biz Ərəb Liqasının üzv dövlətlərinə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində 
Azərbaycana verdiyi davamlı dəstəyə görə minnətdarıq. İşğal dövründə və işğaldan azad edilmə zamanı bizi 
dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul edilmişdir. Beləliklə, biz bunu 
həmin dəstəyin bariz nümunəsi kimi görürük. Biz, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında 
həmrəyliyin gücləndirilməsi üzərində fəal surətdə çalışırıq. Biz burada bir sıra beynəlxalq tədbirləri təşkil etmişik. 
Pandemiya vaxtı biz 80-dən çox ölkəyə, o cümlədən Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə maliyyə 
yardımı və humanitar dəstək göstərmişik. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
22 
Bilirik ki, potensial böyükdür. Lakin biz iqtisadi əməkdaşlığın əsas sahələrini müəyyən etməliyik. Çünki 
siyasi əlaqələrə gəldikdə, hər bir şey aydındır. Biz dostuq. Mənim Zirvə Görüşündə iştirakım bunu bir daha əks 
etdirir. Lakin ticari və iqtisadi sahələrdə fəaliyyətimiz, əlbəttə ki, bizi qane edə bilməz. 
Misirlə münasibətlərə gəldikdə, bunun yaxşı tarixi var. Azərbaycanın müstəqilliyinin ilk illərindən biz 
siyasət, iqtisadiyyat, ticarət və turizm kimi müxtəlif sahələrdə fəal şəkildə əlaqə saxlayırıq. Mən Misirdə rəsmi 
səfərdə olmuşam. Həmçinin Misir Prezidenti bir neçə il əvvəl Azərbaycanda rəsmi səfərdə olub. Bir sözlə
əməkdaşlığımızın bu formatı da var. Fikrimcə, həmin iş birliyinin potensialı həqiqətən çox böyükdür. Sağ olun. 
Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə ekspert 
Con Roberts:
- Mənim sualım Mətyu Brayzənin verdiyi sualın davamıdır. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz 
yataqlarının işlənilməsi və “Şahdəniz”də hasilatın artırılması ilə bağlı BP ilə danışıqlarınız nə dərəcədə 
irəliləyib? Mən bəlkə də, artıq tamah göstərərək, Sizə bir sual da verim: Sizi gecə yatmağa qoymayan nədir?

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə